Kinomuzuntənbəl uşağı

 

O, «Bıdı» kimi yaddaşımıza yazıldı

 

Bıdı deyəndə, yaşından asılı olmayaraq, hamının üzündə təbəssüm yaranır bu səhnələr qeyri-ixtiyari gözlərimiz önündə canlanır: “Ayaqlarım yanır e...”, “Qələmim pis yazır”, “Mətanət bacı, Mətanət bacı”...

 

Bu həftə kinomuzun «Bıdı» ilə əbədi vidalaşdıq. Yaratdığı tənbəl xarakteri ilə tamaşaçıların yaddaşında möhürünü vurmuş Fərhad İsmayılov, uzun sürən xəstəlikdən sonra 64 yaşında vəfat etdi.

O, ixtisasca şərqşünas olsa da, özünəməxsus aktyorluq istedadına malik idi. OnunKazbek qutusu” “Mozalansüjetindəki Məmişovun oğlunu, “Bir qalanın sirri”ndə Bıdısını ortaq nöqtədə birləşdirənVer yeyim, ört yatım, gözlə canım çıxmasınprinsipi idi. “Kazbek qutusunda tipik müdir oğlunu yaradan Fərhad zəmanəmizinana uşaqlarına bənzəyir. Nədənsə, hər zaman bu obrazBəsdir, ağlamafilmindəki erməni bir Şərikli çörəkfilmindəki mürəbbə yaxılmış çörəyi ləzzətlə yeyən uşağı xatırladır. Filmdə əsir düşmüş azərbaycanlılara acıq verirmiş kimi çörəyi ağzına ötürən kök oğlanlaBəsdir ağlama»), “Kazbek qutusu”ndakı arsız, dünyadan bixəbər, qarınqulu Məmişovun oğlu arasında xarakter bənzərliyi var.

Bir qalanın sirriekran əsərindəDaha bu gündən mən sizdən qorxmuram” - deyib, Göygöz Kosanın çubuğunu görər-görməz geri çəkilən, gülüş doğuran Bıdı tamaşaçıda ona qarşı ikrah, nifrət yox, əksinə qəribə bir rəğbət hissi yaradır. Ona əks xarakter olan Hadı obrazıyla müqayisədə Bıdı tənbəl olduğu qədər dinamikdir. Bu rol film boyunca dəyişən xətt üzrə inkişaf edir. Belə ki, əlini ağdan qaraya vurmayan, beyninin yox qarnının qulu olan, qorxaq Bıdı filmin finalında 180 dərəcə dəyişərək (bu yalnız nağıllarda ola bilərdi), məhz tamaşaçının film boyu gözlədiyi cəsur, ibrət götürüləcək qəhrəmana çevrilir.

Bu gün kinomuzda onlarla beləBıdı”lar vardır ki, ictimaiyyətin diqqətindən kənarda qalıb. Hansı ki, yaratdıqları rollar hələ tamaşaçıların yaddaşında yaşayır onların sözləri el arasında zərb-məsəllərə çevrilib. “Mədəniyyətqəzeti olaraq özümüzə bir borc kimiYaxın-uzaq adamlayihəmizdə belə adamları yenidən gündəmə gətirməyi vacib bilərək qollarımızı çirməyib işə başlamışıq. Təəssüf, Bıdını həmin rubrikada oxucularla görüşdürməyə gecikdik. Beləcə, yaddaşımızın bir köşəsinə sığınan «sevimli tənbəlimiz» görüş elə tənbəl arzudan nisgilə köçdü.

 

 

Yeganə CANSAİL

 

Mədəniyyət.- 2010.- 12 mart.- S. 10.