Milli teatrımızın 137 yaşı qeyd edildi

 

Martın 10-da Teart Xadimləri İttifaqında Azərbaycan peşəkar teatrının yaranmasının 137-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Mərasimdə Mədəniyyət Turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Xalq artistləri Amaliya Pənahova, Afaq Bəşirqızı, Şəfiqə Məmmədova, Rafiq Əzimov, Yaşar Nuri, Vaqif İbrahimoğlu, Məleykə Əsədova başqa aktyor rejissorlar iştirak edirdilər.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Azər Paşa Nemət, son bir ildə dünyalarını dəyişmiş həmkarlarının xatirəsinin sayğı duruşu ilə yad edilməsini xahiş etdi. Ardınca il ərzində yubileyi olan sənətkarlara təbrik ünvanladı, mədəniyyət turizm sahəsinə xüsusi diqqət qayğılarına görə Mədəniyyət Turizm Nazirliyinə təşəkkürünü bildirdi: “Minillik tarixi olan teatrımızın peşəkar tarixi 137 ildir. Teatr Xadimləri İttifaqı isə 113 ildir fəaliyyət göstərir. Qurum fəaliyyətinə Artistlər İttifaqı adı altında start verib. Bu gün teatrımız inkişafdadır. Keçən ilin noyabrında respublika Prezidenti cənab İlham Əliyevin 2009-2019-cu illərdə Azərbaycan teatrının inkişafı ilə bağlı imzaladığı sərəncam bu sahənin tərəqqisinə stimul verdi. Bundan başqa, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi nəticəsində Milli Teatr Festivalı keçirilir. Ümumiyyətlə, bu ilin noyabr-dekabr aylarında Bakıda Çexov festivalı keçiriləcək. Son illər teatr sahəsində baş verən bütün bu proseslər teatrımızın gələcəyinin daha parlaq olasağından xəbər verir”.

Teatra göstərilən dövlət qayğısından Mədəniyyət Turizm nazirini müavini Ədalət Vəliyev söz açdı: “Azərbaycan teatrının eniş-yoxuşu hamımızın gözü qarşısında baş verib. Amma son illərdəki uğurlar bizi sevindirir. Teatrlarımız özlərinin sərbəst azad dövrünü yaşayır. Bəzi şəxslər bəzən teatrşünaslarımızın belə öz çiyinlərinə götürə bilmədiyi məsələlərdən danışır, proqnozlar verirlər. Teatrımız yeni inkişaf istiqamətindədir. Teatr binaları təmir olunur, səhnəüstü səhnəaltı qurğular yenilənir. Bu təmir respublika Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq növbəli şəkildə aparılır. Dövlət Kukla Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı artıq təmir olunaraq istifadəyə verilib. Hazırda bu proses Akademik Milli Dram Teatrında gedir. Növbə Akademik Opera Balet Teatrınındır. Dörd qaçqın teatrımız - İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Füzuli Ağdam teatrlarında problemlər çoxdur. Orada çalışan insanların fədakarlığı nəticəsində bu teatrlar öz fəaliyyətlərini davam etdirirlər. İrəvan Şuşa teatrlarının təmiri üçün smeta hazırlanıb bu yaxınlarda işə başlanacaq. Pantomima Yuğteatrlarının da yerləşmə problemləri həll olunub. Bakı Bələdiyyə Teatrına bina verilməsi barədə düşünürük. Eyni zamanda, region teatrlarımızda da problemlər aradan qaldırılmaqdadır. Mingəçevir teatrı təmir olunub bu yaxınlarda açılışı olacaq. Gəncə teatrı üçün yeni bina tikiləcək.

Bundan başqa, son illər teatrlarımızın qastrol siyasəti genişlənib. Bütün bunlarla yanaşı, teatrımızda dramaturgiya rejissura ilə bağlı problemlər mövcuddur. Mədəniyyət Turizm Nazirliyi bu problemi aradan qaldırmaq üçün ən yaxşı dram əsərləri müsabiqəsi keçirir. Bütün bu gördüyümüz işlər, inanıram ki, gələcəkdə öz bəhrəsini verəcək”.

Nazir müavini sonda Mədəniyyət Turizm naziri Əbülfəs Qarayevin imzaladığı fəxri fərmanları pul mükafatlarını aşağıdakı teatr xadimlərinə təqdim etdi:

  

   1. İnqilab Kərimov (teatrşünas)

   2. Cənnət Səlimova (Gənc Tamaşaçılar Teatrı)

   3. Afaq Bəşirqızı (Musiqili Komediya Teatrı)

   4. Yaşar Nuri (Akademik Milli Dram Teatrı)

   5. Vaqif İbrahimoğlu (“YuğTeatrı)

   6. Tamilla Abdullayeva (İrəvan Dövlət Azərbaycan Dram Teatrı)

   7. İranə Tağızadə (Dövlət Rus Dram Teatrı)

   8. Nigar İbrahimova (Akademik Opera Balet Teatrı)

   9. Elşad Rəhimzadə (Dövlət Kukla Teatrı)

   10. İqrar Salmanov (Şuşa Dövlət Musiqili Dram Teatrı)

 

Mükafatlandırmanın ardınca teatrımıza həsr olunmuş elmi konfrans keçirildi, teatrşünas Məryəm Əlizadə teatr tarixinə dair məruzə etdi. Konfrans Mədəniyyət İncəsənət Universitetinin bakalavr magistr pilləsində təhsil alan gənc teatrşünaslar Aygün Süleymanova, Könül Əliyeva, Elçin Cəfərovun oxuduqları resenziyaların Xalq artistləri Azər Paşa Nemət, Afaq Bəşirqızı, Vaqif İbrahimoğlu, Amaliya Pənahova tərəfindən müzakirələri ilə sona çatdı.

 

 

 İntiqam

 

 Mədəniyyət.- 2010.- 12 mart.- S. 7.