Kuba Meksikada Azərbaycan Mədəniyyəti Günləri başa çatıb

 

Xəbər verdiyimiz kimi, Azərbaycan-Kuba hökumətlərarası Komissiyasının növbəti üçüncü iclası ilə eyni vaxtda, martın 3-6-da Kubada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, mədəniyyət günlərində Cavid İmamverdiyevin (“Yaddaşsənədli filmlər studiyasının direktoru, rejissor), rəhbərlik etdiyi işçi qrupdan, caz ifaçıları İsfar Rzayev-Sarabski, Ruslan Hüseynov, Tofiq Cabbarov, Aleksandr Zinger, Dövlət Mahnı Teatrının xanəndələri Təyyar Bayramov, Vəfa Orucova, balaban ifaçısı İlham Nəcəfov, ud, tar ifaçısı Mircavad Cəfərov, qarmon Kamil Vəzirov, kamança İsmayıl Həmidov, sintezator Emil Məmmədov, qoşanağara Camaləddin Dadaşov, nağara Bəhruz Cavadov, klarnet Hürmət Rəhimov, Dövlət Rəqs Ansamblının rəqqasları Təranə Muradova, Regina Tahirova, Gülarə Əhmədova, Canana Əmirxanova, Nikolay Peşerov, Gülməmməd Şahverdiyev, Fazil Əhmədov, Faiq Rüstəmov, İradə Əlizadənin rəhbərlik etdiyiŞərq çırağıuşaq yaradıcılıq mərkəzinin bir qrup üzvü iştirak edib.

Havananın Xose Marti adına Milli Kitabxanasında Azərbaycanı tərənnüm edən fotosərgi xalqımızın milli geyimləri təqdim olunub. Bundan başqa, Kuba paytaxtının «İnfanta» kinoteatrlarında yeni Azərbaycan filmləri göstərilib, «Qırxıncı qapı», «Hökmdarın taleyi», «Məhkum edilmişlər» filmləri geniş tamaşaçı marağı qazanıb. Azərbaycan mədəniyyəti günlərinin açılışı münasibətilə düzənlənən qala konsert Havananın məşhur Mella Teatrında baş tutub. Mindən artıq tamaşaçının seyr etdiyi konsertdə Azərbaycanın Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın Kubadakı fövqəladə səlahiyyətli səfiri Aqşin Mehdiyev, Azərbaycan-Kuba hökumətlərarası Komissiyasının azərbaycanlı nümayəndələri, Kubanın hökumət rəsmiləri, hakim Kommunist Partiyasının rəhbər şəxsləri, diplomatik korpusun üzvləri, digər rəsmilər iştirak ediblər. Bundan əlavə, vaxtilə ölkəmizdə təhsil almış yüzlərlə kubalı da konsertə gəlib.

Qeyd edək ki, Havanadan başqa Azərbaycan incəsənət ustaları Kubanın Matansaz əyalətində geniş tamaşaçı qarşısında çıxış ediblər.

Kuba televiziyası ölkə mətbuatı Azərbaycan mədəniyyət günlərini geniş işıqlandırıb. Azərbaycan mədəniyyəti günləri silsiləsi Latın Amerikası bölgəsində ölkəmizlə tanışlığın artırılması məqsədilə martın 6-dan 11-dək Meksikada da davam etdirilib. Bu ərəfədə Meksikanın ingilisdilli mətbu orqanı olan “The News” qəzeti martın 5-də ölkəmiz barədə 4 səhifəlik xüsusi buraxılış nəşr edib. Rəngarəng fotolarla zəngin buraxılışda Azərbaycan Respublikasının Meksikadakı səfiri İlqar Muxtarovun müsahibəsi, Azərbaycan haqqında ümumi göstəricilər, habelə xalqımızın tarixi, ədəbiyyatı, musiqisi, folklor mədəniyyəti, milli mətbəximizə dair ətraflı məlumat verilib.

Səfir müsahibəsində bildirib ki, Latın Amerikası bölgəsində Azərbaycanın ilk yeganə diplomatik nümayəndəliyi Meksikadadır. Diplomatın sözlərinə görə, Meksika ilə Azərbaycan arasında siyasi əlaqələr gündən-günə inkişaf edir, Meksika beynəlxalq toplantılar zamanı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir.

Nəşrdə Azərbaycan haqqında dərc edilmiş məqalədə, həmçinin milli mətbəximizin inciləri təkamül tarixi barədə ətraflı söz açılıb. Səfir Muxtarovun həyat yoldaşı Nərgiz Rəhimxanova “The News” qəzetinin müxbirini Azərbaycan mətbəxinin geniş nümunələri, xalqımızın süfrə mədəniyyəti adətləri ilə tanış edib, xalqımızın misilsiz qonaqpərvərliyindən söhbət açıb.

 

 

FƏXRİYYƏ

 

Mədəniyyət.- 2010.- 12 mart.- S. 3.