Dünya sənin...
Sən dünyanın
- Məmməd Araz!
Hər duyğunu
hamıdan öncə
və hər kəsdən incə duyan, hər mətləbi hər biləndən yaxşı
bilən, saymaqda mahir fələyin hesabından yayındırılanları
belə öz fəhmi gücünə tapıb xalqın ayıqlıq hesabatına,
mənəvi bankına
sayan Məmməd Araz...
Və hər
şeyi belə duya-duya, bilə-bilə, saya-saya - hələ ömrünün sonuna neçə illər qalmışdan «Bu da belə bir ömürdü
- yaşadım...» deyə
bu dünyasına «xitam» verən, alın yazısına qələm qoşan Məmməd Araz!..
Mənim Məmməd Arazım...
«O zamanmı bitdi
bizim dilimizin «sənin»-«mənim» damarı da, O zamanmı bitdi bizim dilimizin «haralısan» qabarı da?!»
Bu qədər Azərbaycançı,
din-imançı, türk-turançı
misralardan sonra, indi gəl, izahat ver görüm,
necə yəni «mənim Məmməd Arazım»?! Bu sual hər şeydən
agah və arif olmayan oxucudan
kənarda şərhə-bəyana
gələn deyil. Çünki Məmməd
Araz nə qədər ümumxalq, ümumvətən olsa da, hər kəsin
ayrıca bir Məmməd Arazı var...
Mən onu 60-cı illərin sonunda - doğulduğum Arazboyu rayonda bünövrəsi qoyulan
«Arazstroy» tikintisi ərəfəsində oxuduğum
«Araz axır» kitabından tanımağa
başlamışam. Sovetlərdən
qaçaq düşüb
Arazın o tayına keçənlərini
ağlayan nənələrimizin
göz yaşları ilə bu poemadakı
bir çox misraların üst-üstə
düşdüyü məqamlardan
tanımışam. Biz tay-tuşlar
Araz çayı üstdə salınmış
Sovet-İran işıqlarına
baxıb ümidlənən
o nənələrə
o kitabdan oxuyanda ki; «Eh,
işıqlar da ayrılığa öyrəşəcək,
Yükünü çək,
dəvə qardaş,
yükünü çək...»
- o arvadların yanaqlarından yaş süzülürdü...
Bir müddət
keçmiş hamının
payına düşən
paytaxtımıza gəldim,
onun sözündən
sonra özüylə
də
Sənin Məmməd Arazın...
Bu «sən»
ki var, o qədərsən ki! Minlərlə, milyonlarlasan...
İndi mən hansınıza dilmanclıq
edim, hansınızın
Məmməd Arazınızdan
söhbət açım?
Səninmi, - Aydın Qurbanlı, səninmi, - Kamil Heydəroğlu, Nadir Diridağlı, Əlipənah Bayramlı,
İsrafil Qurban, Ənnağı Hacılı,
Tahir Aydınoğlu, Ülviyyə Familqızı,
Mirzə Dəmirli?..
Qoy sənin - rəhmətlik Mirzə Dəmirli, sənin Məmməd Arazından bəhs edim bir az.
Ruhun da şad olar. Necə ki, onun
«Məndən ötdü...»
şeiri «Azərbaycan»
jurnalında çap olunan günün sabahısı şadlığından
yataqxanada yekə bir qazan asıb,
Vətənə, millətə
dəxli olan tələbələri başına
yığdın. O şeiri
bəlağətlə oxuyub,
o tay-bu tay Azərbaycanın artıq bu poetik
möhürlə birləşdiyini
elan etdin. Sonra o taylı tələbə
yoldaşımız Rəhim
Huşiməndinin «Mirzə,
əgər Azərbaycan
reallıqda da birləşsə, neylərsən»
sualına «nağıllarda
su verməsi üçün hər gün bir gözəl
istəyən əjdahanın
bir günlük övnəsi kimi - özümü Araza atıb qurban gedərəm!» - dedin.
Onun Məmməd
Arazı...
«O» da çoxdu, təkcəmiz Məmməd Araz! Yaman çoxdular. Sənin bugünədək
çap olunmuş 25 kitabının 5 min 5 yüz səhifəsindəki
hərf-işarələrdən də çoxdular. Onların yolu dağa-daşa düşəndə
çox vədə sənin dilinlə danışırlar: «Danış
görək, a daş qardaş!» deyirlər. «Ey dəvə yal, düşdüm daha belindən, Ovsar cığır, sıxdın
daha əlimdən, Balam çiçək, bir də öpüm
telindən, Salamat qal, salamat..» deyirlər. Elə ki onlara bir
kədər üz verdi, sənin kimi azaylanırlar: «Bu axşam... Özümdə yoxam bu axşam, Ağlı kəsilməmiş
kəsilmiş başam,
Ey ilham pərisi, varsansa əgər, Bu axşam üstümə qanadını gər...»
Onlar «Gözünü
sıx, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır» kimi misralarından ruhlana-ruhlana
Fəxri Xiyabana - səni ziyarət etməyə gedib görürlər ki, məzar daşlarının
birinin üstündə
belə yazılıb:
«Bu daş altda Məmməd Araz yaşayır...»
Arazın Məmməd
Arazı...
Mən Araz üstündə bitən çinardım,
Ömrüm boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım -
Məmməd Araz karandaşı göyərdi...
...Və
bütün Azərbaycanın
Məmməd Arazı!
Azərbaycan - mayəsi
nur,
qayəsi nur ki,
Hər daşından
alov dilli
ox ola bilər.
«Azərbaycan!» - deyiləndə
ayağa dur ki -
Ana yurdun ürəyinə
toxuna bilər...
Azərbaycan Prezidentinin
11 mart 2010-cu il sərəncamı ilə
Bakı küçələrindən
birinə sənin adın veriləcək, yaşadığın binaya
xatirə lövhən
vurulacaq, Məmməd
Araz!
Bu məqamda «Heykəlimlə
söhbət» şeirin
yadıma düşdü. O poetik abidə-şeirində bir
çox əsrarəngiz
duyğu və mənalarla bahəm, belə bir nüansa
da toxunursan ki, «mən hara,
heykəl hara?..» Bəs bu abidə nədi, şair? Çox yəqin ki, 3 ildən sonra - sənin 80 illiyinin tamamında heykəlin də ucalacaq, uca ustad!
Ruhun şad!..
Tahir Abbaslı
Mədəniyyət.- 2010.- 19 mart.- S. 7.