Azərbaycan mədəniyyəti
Kuba və Meksikada
Xəbər verdiyimiz kimi,
2010-cu ilin 2-6 mart tarixlərində
Havana şəhərində Hökumətlərarası Komissiyanın
3-cü iclası zamanı
Kuba Respublikasında, habelə 7-12 mart tarixlərində
Birləşmiş Meksika
Ştatlarında Azərbaycan
Mədəniyyəti Günləri
keçirilib. "Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi və Kuba Respublikasının
Mədəniyyət Nazirliyi
arasında mədəniyyət
sahəsində əməkdaşlıq
haqqında saziş"ə
uyğun olaraq reallaşan bu tədbir respublikamızın
müstəqillik dönəmində
mədəniyyət günlərinin
keçirildiyi ən uzaq ölkələrdəndir.
Belə ki, Kuba və Meksika
ilk dəfə olaraq müstəqil Azərbaycanı salamlayıb,
onun mədəniyyəti,
musiqisi, kinosu, incəsənəti ilə
yaxından tanış
olub.
Səfər təəssüratlarını bizimlə bölüşən
Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva Kubada start gütürən
mədəniyyət günlərinin
tədbir iştirakçılarının
yaddaşında dərin
iz buraxdığını
deyir. Belə ki, kubalılar səfər iştirakçılarının
yaddaşında öz
səmimiliyi, mehribanlığı
və doğmalığı
ilə qalıb: «Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin
ilk tədbiri Havananın Xose Marti adına Milli Kitabxanasında keçirildi. Kitabxananın
qalereyasında Azərbaycan
haqqında bukletlər
sərgiləndi. Həmçinin
səfər Novruz bayramı ərəfəsinə
təsadüf etdiyindən
xonçalar bəzədildi,
zalda Azərbaycanı
tərənnüm edən
fotosərgi nümayiş
olundu. Daha sonra milli geyim
üzrə muzey replikalarından hazırlanan
geyimlər 27 modelin simasında nümayiş olundu. Kubalıların böyük marağına
səbəb olan sərgidə Azərbaycanın
BMT yanında daimi nümayəndəsi və
Kubada akkreditə olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Aqşin Mehdiyev də iştirak edirdi. Qeyd edim ki,
Havanadan başqa Azərbaycan incəsənət
ustaları Kubanın Matansaz əyalətində
də konsert proqramı ilə çıxış etdilər.
Səfər Kuba televiziyası və mətbuatı tərəfindən
də geniş işıqlandırıldı».
Z.Əliyeva Azərbaycan
Mədəniyyəti Günlərinin
açılışı münasibətilə Havananın
məşhur Mella Teatrında düzənlənən
qala konsertin də maraqla izləndiyini diqqətə
çatdırdı: «Ən
müxtəlif janrların
çələng halında
təqdim olunduğu konsert maraqla izləndi. Caz ifaçıları İsfar Rzayev-Sarabski, Ruslan Hüseynov, Tofiq Cabbarov, Aleksandr Zinger, xanəndələr Təyyar
Bayramov, Vəfa Orucova, balaban ifaçısı İlham
Nəcəfov, ud, tar ifaçısı Mircavad Cəfərov, Dövlət Mahnı Teatrının ifaçıları
- qarmon ifaçısı
Kamil Vəzirov, kamança ifaçısı
İsmayıl Həmidov,
sintezator
ifaçısı Emil
Məmmədov, qoşanağara
ifaçısı Cəmaləddin
Dadaşov, nağara ifaçısı Bəhruz
Cavadov, klarnet ifaçısı Hürmət
Rəhimov, Təranə
Muradovanın rəhbərliyi
ilə Dövlət Rəqs Ansamblının rəqqasları, İradə
Əlizadənin rəhbərlik
etdiyi "Şərq
çırağı" uşaq yaradıcılıq mərkəzinin
bir qrup üzvünün çıxışlarını
kubalılar böyük
heyranlıqla izlədilər.
Eləcə də rejissor Cavid İmamverdiyevin rəhbərlik
etdiyi (“Yaddaş” sənədli filmlər studiyasının direktoru,
rejissor) işçi qrupun təqdim etdiyi səhnə tərtibatı böyük
marağa səbəb
oldu. Eləcə də kubalı uşaqlar Azərbaycan Mədəniyyət Günləri
iştirakçıları üçün konsert proqramı ilə çıxış edib.
Onların ifa etdikləri
balet nömrələri,
rəqslər, mahnılar
Azərbaycan nümayəndə
heyəti tərəfindən
rəğbətlə qarşılandı.
Hətta Xalq artisti Təranə Muradova uşaqlara Azərbaycan rəqsini -
"Yallı"nı
öyrətməyə nail
oldu».
Kubanın Musiqi Evində caz ifaçılarının
açıq havada keçirdikləri konsert də böyük marağa səbəb olub. "İnfant" kinoteatrında
Azərbaycan Kinosu Günləri çərçivəsində
"Hökmdarın taleyi",
"Qırxıncı qapı",
"Məhkumlar" filmlərinin
nümayişi də reallaşıb.
Havananın Dostluq Evində komissiyanın iclasının
protokolu imzalanıb. Mərasimdə
Azərbaycan Respublikasının
BMT yanında daimi nümayəndəsi, eyni zamanda Kuba Respublikasına
akkreditə olunmuş
fövqəladə və
səlahiyyətli səfiri
Aqşin Mehdiyev, Gənclər və İdman Nazirliyinin müavini, İqtisadi İnkişaf, Rabitə nazirliklərinin ekspert səviyyəsində nümayəndələri
və Kubanın dövlət rəsmiləri
iştirak edib.
Mədəniyyət günləri
silsiləsi martın
7-dən 11-dək Meksikada davam
etdirilib. Nümayəndə
heyətinin Birləşmiş
Meksika Ştatlarına
ilk səfəri Meksikanın bir neçə kilometrliyində
yerləşən asteklərin
yaratdığı piramidalara
və antrapoloji muzeyə ekskursiya ilə başlayıb. Meksika şəhərinin tarixi, mətbəxi, mədəniyyəti, nümayəndə
heyətinin yaddaşında
xoş izlər buraxıb.
Mərasimin açılışında Əbülfəs
Qarayev, Azərbaycanın
Meksikadakı səfiri
İlqar Muxtarov və Meksika Xarici İşlər Nazirliyinin nümayəndəsi
çıxış edib. Burada
təşkil olunan konsertə yerli sakinlərlə yanaşı,
Meksikada yaşayan azərbaycanlılar da qatılıb. Meksika Filarmoniyası ilə tanışlıq, Azərbaycanın
orada yaşayan tanınmış nümayəndələri
ilə görüşlər,
Taluka şəhərindəki
universitet səhnəsindəki
çıxış, ayrı-ayrı
şəhərlərdə keçirilən konsertlər
yaddaqalan olub. Konsertlərdə Azərbaycanın
ABŞ-dakı səfiri
Yaşar Əliyev də iştirak edib. Tədbir çərçivəsində
fotosərgi və Azərbaycan haqqında bələdçi kataloqun
təqdimatı, həmçinin
milli geyim üzrə muzey replikalarının nümayişi
və Azərbaycan Kinosu Günləri çərçivəsində göstərilən filmlər
yerli əhalidə mədəniyyətimiz haqqında
xoş təəssürat
formalaşdırıb.
Mədəniyyət günlərinin Meksika
KİV-i tərəfindən
də maraqla izləndiyini vurğulayan mətbuat katibi, nazir Ə.Qarayevin Meksikanın «The News" qəzetinə
müsahibə verdiyini
də bildirdi: «Müsahibədə əsasən
Azərbaycanın inkişaf
perspektivlərindən, mədəniyyət
və turizm əlaqələrinin genişlənməsindən
və inkişafından
söz açılıb. Qəzetin
5 mart sayında isə ölkəmiz barədə 4 səhifəlik
xüsusi buraxılış
nəşr edildi. Rəngarəng fotolarla zəngin
buraxılışda Azərbaycan
Respublikasının Meksikadakı
səfiri İlqar Muxtarovun müsahibəsi, Azərbaycan haqqında ümumi göstəricilər,
habelə xalqımızın
tarixi, ədəbiyyatı,
musiqisi, folklor mədəniyyəti, milli
mətbəximizə dair
ətraflı məlumat
verilib».
Ümumilikdə
bu kimi tədbirlərin mühüm mədəniyyət hadisəsi kimi xalqlararası dostluq münasibətlərinin möhkəmlənməsinə
və
mədəniyyətinə
böyük töhfə olacağı
vurğulanıb.
Təranə Məhərrəmova
Mədəniyyət.- 2010.- 19 mart.- S. 4.