Dünya ölkələrində Novruz şənlikləri...

 

Bir sıra xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın diplomatik nümayəndəliklərimizin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə təntənəli mərasimlərə artıq start verilib.

 

Norveç Azərbaycanlıları Gənclər Təşkilatının təşəbbüsü ilə martın 19-da OslodaAzərbaycandan musiqiadlı Novruz konserti təşkil ediləcək. Tədbirə Oslo Universitetinin professor müəllim heyəti, əcnəbi yerli tələbələr qatılacaq. Azərbaycanın İdman Gənclər Nazirliyinin dəstəyi ilə keçiriləcək konsertdə incəsənət ustalarımız Azərbaycan milli musiqisinin zənginliklərini Norveç xalqına çatdıracaqlar.

Martın 20-də isə Norveçin ən məşhur konsert zallarından olan “Oslo Konserthus”da Azərbaycan Gəncliyi Novruz Konserti keçiriləcək. Konsertə Norveç hökumətinin nümayəndələri, xarici ölkələrin səfirliklərinin təmsilçiləri, ölkənin ictimai, siyasi mədəniyyət xadimləri dəvət olunub.

Elə həmin gün Berlində Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyiləNovruz töhfələriadlı musiqili-ədəbi proqram təşkil olunacaq. Gecədə Novruz bayramına aid şeirlər, mahnılar səslənəcək, milli rəqslərimiz ifa olunacaq, eləcə Kosa ilə Keçəl mərasimə bayram rəngi qatacaqlar.

TÜRKSOY-un Ankaradakı mərkəzi ofisindən verilən xəbərə görə, təşkilat Novruz bayramı günlərində Türkiyənin Mədəniyyət Turizm Nazirliyi, Ankara valiliyi bələdiyyəsi, Avrasiya Yazıçılar Birliyi ilə birlikdə martın 18-dən 31-dək bir sıra tədbirlər həyata keçirəcək.

Bayram günləri türk dünyası elm adamlarının iştirakı ilə ilk dəfə Beynəlxalq Novruz simpoziumları keçiriləcək. Martın 18-də İstanbuldakı Maltəpə Universitetindən başlayaraq türkdilli ölkələrdən gəlmiş folklor qruplarının iştirakı ilə şənliklər keçiriləcək.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin paytaxtı Seulda Novruz bayramı qeyd edilib. Səfirlikdən verilən xəbərə görə, tədbirdə bu ölkədə təhsil alan işləyən azərbaycanlılarla yanaşı, Koreya Xarici Dillər Universitetinin Azərbaycan dili fakültəsinin müəllim tələbələri, həmçinin diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Belarus Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Minskdə Belarus Dövlət Filarmoniyasında Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Belarus nazirliklərinin idarələrinin nümayəndələri, diplomatik nümayəndəliklərin missiyaların rəhbərləri, yerli ziyalılar, ölkənin aparıcı ali təhsil ocaqlarının rektorları, habelə Belarusun bütün guşələrindən gəlmiş çoxsaylı Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Rusiyanın paytaxtı Moskva şəhərində 14 millət Novruz bayramını qeyd edir. Martın 17-də Moskva ətrafında yerləşən Domodedovo şəhərində yaşayan azərbaycanlılar tərəfindən bayram tədbirinə start verilib.

Qeyd edək ki, bu il Novruz bayramı bütün dünyada 200 milyon insan tərəfindən qeyd edilir.

 

 

FƏXRİYYƏ

 

Mədəniyyət.- 2010.- 19 mart.- S. 4.