Möhtəşəm caz gecəsi
Martın 16-da Heydər Əliyev
Sarayında əməkdar
artist, Dövlət mükafatı
laureatı, Azərbaycan
caz musiqisinin banilərindən Vaqif Mustafazadənin 70 illik yubileyinə həsr edilmiş təntənəli
tədbir keçirildi.
Yubiley tədbirində baş nazirin müavini Elçin Əfəndiyev də iştirak edirdi. Qonaqlar ilk
olaraq Sarayın foyesində sənətkarın
həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.
Mərasimdə çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev V.Mustafazadənin mənalı həyat yolundan, böyük istedadından və bənzərsiz yaradıcılığından
söz açdı:
«Bu gün 70 illik yubileyini qeyd etdiyimiz Vaqif Mustafazadənin xatirəsinin
anılması üçün
silsilə tədbirlərin
dövlət səviyyəsində
keçirilməsi Azərbaycan
Prezidentinin imzaladığı
müvafiq Sərəncamda
öz əksini tapmışdır. Bu,
bir daha əsl sənətin heç bir zamana sığmadığını,
zamanın sərt təpkilərinə sinə
gərərək ölməzliyə
yol açdığını
açıq-aydın göstərir.
39 il yaşamış
insan 31 ildir ki, bizim aramızda
yoxdur. Lakin bu gün müasir
Azərbaycan musiqi palitrasına baxarkən biz onun tədbiq
etdiyi müxtəlif musiqi rənglərinin varlığını hiss
edirik. Onun musiqisi yaşayır və yaşayacaq da”.
Gecədə Əzizə
Mustafazadə, Faiq Sücəddinov, Dövlət
Kamera Orkestri, “Bakustik” caz qrupu,
Salman Qənbərov, Beynəlxalq caz müsabiqəsinin qalibi İsfar Sarabski, Əfqan Rəsulov, Elçin Şirinov, Sevda Ələkbərzadə
və digər caz ustaları V. Mustafazadənin əvəzsiz
musiqilərindən rəngarəng
ifalar təqdim etdilər.
Mədəniyyət.- 2010.- 19 mart.- S. 3.