Böyük türkoloqun yubileyinə həsr olunmuş beynəlxalq konfrans

 

Aprelin 30-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında böyük türkoloq-alim Əhməd Zəki Validi Toğanın 120 illik yubileyinə həsr olunmuş sərgi beynəlxalq elmi konfrans keçirildi.    

 

Mədəniyyət Turizm Nazirliyi, TÜRKSOY AMEA-nın Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Başqırdıstan Krımdan gəlmiş qonaqları konfrans iştirakçılarına təqdim etdi. K.Tahirov bildirdi ki, Əhməd Zəki Validi Toğan 1890-cı ildə Başqırdıstanda, Ufa quberniyasının Kuzən kəndində dünyaya göz açıb. Əhməd Zəki doğma başqırd xalqının azadlığı uğrunda fəal mübarizə aparıb, eyni zamanda, böyük türkoloq-alim olub.

Mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirərək, bugünlərdə qurumun qeyri-maddi mədəni irsin qorunması üzrə Bakıda keçirdiyi III Beynəlxalq seminarın mühüm əhəmiyyət daşıdığını dedi. O, TÜRKSOY-un 2010-cu ili «Əhməd Zəki Validi Toğan ili» elan etməsini qurumun uğurlu addımı kimi dəyərləndirdi.

Elmi konfransda AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva “Professor, doktor Əhməd Zəki Validi Toğanın həyatı elmi fəaliyyəti”, Türkiyə Milli Kitabxanasının direktoru Tuncel AçarƏhməd Zəki Validi Toğanın həyatı fikir mücadiləsi”, Başqırdıstan Milli Kitabxanasının direktoru Azad İbrahimovƏ.Z.Validi adına Başqırdıstan Milli Kitabxanası başqırd xalqının mənəvi-mədəni irsinin qoruyucu mərkəzi kimimövzularında məruzə etdilər.

Məruzə çıxışlarda Əhməd Zəki Validi Toğanın həyatından türkoloq-alim kimi əvəzsiz xidmətlərindən ətraflı söz açıldı. OnunTürklərin ümumi tarixinə giriş”, “Oğuz haqqında dastan”, “Quran türklər”, “Tarixi araşdırmalarda metodologiya”, “Müasir Türküstan onun yaxın keçmişi digər əsərləri türkologiya elmi üçün bu gün əhəmiyyətini itirməyən böyük töhfə kimi dəyərləndirildi. Bildirildi ki, onun ilk dəfə dərc etdirdiyi İbn FadlanınSəyahət kitabıdünya alimlərinin arasındatürk tarixinin balaca ensiklopediyasıadlandırılır.

Tədbir çərçivəsində Əhməd Zəki Validiyə həsr olunmuş kitab sərgisinin açılışı da oldu. Bir həftə davam edəcək sərgidə yubilyarın əsərləri onun haqqında yazılmış 200-dən artıq kitab nümayiş olunur.

 

 

F.Sakitqızı

 

Mədəniyyət.- 2010.- 5 may.- S. 15.