Norveçdə Azərbaycan mədəniyyəti təbliğ olunur

 

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) bu ölkə ilə Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsi istiqamətində maraqlı layihələr həyata keçirir. Bu barədə qəzetimizə NAYO-nun sədri Ramil Əliyev məlumat verib. Qeyd edək ki, R.Əliyev Norveçdə ali hüquq təhsili alan ilk azərbaycanlıdır.   

 

Həmsöhbətimiz bildirdi ki, NAYO mart ayında muğamlarımızın Norveçdə tanıtımı layihəsinə start verib. Layihə çərçivəsində ilk tədbir Novruz bayramına təsadüf edib: «Azərbaycanın Norveçdəki bu ölkənin Azərbaycandakı səfirliklərinin dəstəyi ilə reallaşan layihəni həyata keçirməkdə məqsədimiz mədəniyyətimizin Norveçdə tanıdılması, Azərbaycan gənclərinin bu ölkədə fəallığının artırılması, burada yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi eyni zamanda, milli adət-ənənələrimizin qorunub saxlanmasıdır».

R.Əliyevin sözlərinə görə, Azərbaycan muğamları norveçli tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb: «Norveçlilər dilimizi bilməsələr , muğamımızın sehrli musiqisinə valeh olmuşdular. Tamaşaçılar musiqiçilərimizi ayaq üstə alqışlayırdılar. Konsertdən sonra bizim ifaçılara yaxınlaşaraq təşəkkürlərini bildirir belə layihələrin davamlı olmasını istəyirdilər».

Skandinaviya ölkələrində yaşayan azərbaycanlı gənclərin bu il keçiriləcək forumundan danışan R.Əliyev bildirdi ki, NAYO fəaliyyət göstərdiyi müddətdə Norveçdə müxtəlif mövzularda seminar, konfrans, sərgi mədəni layihələr həyata keçirib: «Zənnimcə, NAYO uğurlu bir modeldir. İstəyirik ki, bu modeli Norveçlə yanaşı, başqa Skandinaviya ölkələrində, Finlandiyada, İsveçdə tətbiq edək. Ola bilsin ki, gələcəkdə bu model tərəfimizdən Avropada daha geniş bir formada tətbiq olunsun. Hazırda Skandinaviya ölkələrində yaşayan azərbaycanlı gənclərin forumuna hazırlaşırıq əminəm ki, bu, maraqlı bir tədbir olacaq”.

Hər il yayda Norveçdə keçirilənBeynəlxalq Yay Məktəbifestivalından da danışan həmsöhbətimiz xatırlatdı ki, 2005-ci ildən NAYO xüsusi layihə iləBeynəlxalq Yay Məktəbi”ndə Azərbaycanı təmsil edir: «Bu festivala dünyanın 100-dən çox ölkəsindən tələbələr gəlir. Planlaşdırırıq ki, bu il yay məktəbində Azərbaycandan olan sənət adamlarının yer aldığı sırf NAYO-nun təşəbbüsü ilə festival keçirək. Əsas hədəfimiz isə Norveçdə yaşayan azərbaycanlıların bu ölkənin ictimai həyatına daha sıx inteqrasiyasına nail olmaq, eyni zamanda, bizim mədəni savadlı bir xalq olduğumuzu Avropaya göstərməkdir».

 

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2010.- 5 may.- S. 15.