Kinoda rimeyk: bizdə buna ehtiyac varmı?
XX əsrin məşhur
filmlərinin rimeyklərinin
çəkilməsi artıq
dəbə çevrilir.
Rimeyk köhnə
filmlərin yeni versiyası və ya interpretasiyasıdır.
Bəzi kinoşünasların
fikrincə, əgər
yeni versiya orijinalın ümumi süjetini deyil, yalnız bəzi elementlərini qoruyub saxlayırsa, onu rimeyk adlandırmaq çətindir. Bu baxımdan dünya təcrübəsində uğurlu
rimeyklər çoxdur.
Hollivud kinosənayesi
başda olmaqla, dünyanın əksər
kino şirkətləri
daha çox tarixi mövzulara müraciət edərək
eyni mövzuda bir neçə film çəkirlər. Amerika
kino şirkətləri
tarixi filmlərin rimeykindən başqa, döyüş və qorxulu filmlərin rimeyklərinə də üstünlük verir. Məsələn, “Fox” studiyası Arnold Şvarsneggerin iştirakı
ilə çəkilən
“Yırtıcı” filminin
rimeykini çəkməyə
hazırlaşır. Film-rimeykin
ilin sonuna qədər ekranlara çıxarılması planlaşdırılır.
Studiya həmçinin
klassik döyüş
filmi olan “Komandos” filminin rimeykini də başa çatdırmalıdır.
Məşhur döyüş
filminin yeni versiyasını “Küçə
kralları”nın rejissoru Devid Eyer çəkəcək.
Dünya kinosunda həmçinin Xasa Van Sentanın ”Psixo” (Hiçkokun «Psixo»
filmi
) və
yaxud
«Mələklər şəhəri» (Vim Vendersin
«
İtaliyada isə Vilyam Şekspirin məşhur “Romeo və Cülyetta” faciəsi əsasında çəkilən
eyniadlı filmin yeni rimeyki çəkiləcək.
Bu filmin son versiyası 1996-cı ildə çəkilib.
Rusiya təcrübəsi
Rusiyada da filmlərin rimeykinin istehsalı genişlənib.
Belə ki, Timur Bekmambetov 2007-ci ildə Eldar Ryazanovun «Qəribə təsadüf», Georgi Yunqvald-Hilkeviç 2009-cu ildə
“Üç muşketyor”
haqqında filmin davamını çəkiblər.
Eləcə də Nikita Mixalkovun «12» filmini Amerika rejissoru Sidni Lyümetin “On iki qəzəblənmiş
kişi” filminin rimeyki saymaq olar.
Rusiya mətbuatında
yayılan xəbərlərə
görə, E.Ryazanovun
«İşdə məhəbbət
macərası» ikiseriyalı
melodramının da rimeyki çəkiləcək.
Xəbərə görə,
işçi adı «İşdə məhəbbət
macərası. Bizim dövr» rimeykini 2011-ci ilin qışında ekranlara çıxarmaq planlaşdırılır. E.Ryazanovun
özü isə bununla bağlı hər hansı bir rəy verməkdən
imtina edib. O bildirib ki, yalnız
2006 -cı ildə özünün «Karnaval gecesi - 2, yaxud 50 il sonra» filminin
davamını çəkib.
Rimeyklər lazımdırmı?
Film-rimeyklərə
baxışlar, təbii
ki, birmənalı deyil. Məsələn,
tanınmış gürcü
aktyoru və müğənnisi Vaxtanq Kikabidze Rusiya mətbuatına müsahibəsində
“Mimino - 2” filminin davamının çəkilməsi
ilə bağlı suala “Film çəkilsə
də, əvvəlki səviyyədə alınmayacaq”
cavabını verib. Eləcə də filmin rejissoru Georgi Daneliya vaxtilə filmin davamını çəkmək
təklifindən imtina
edib.
Milli kinomuzda rimeyklərə
ehtiyac olub-olmaması ilə bağlı
kino mütəxəssislərimizin fikirləri də fərqlidir.
Tanınmış kinoşünas
Aydın Kazımzadə
milli kinomuzda rimeyklərlə bağlı
faktların olduğunu
bildirir. Kinoşünasın
sözlərinə görə,
1916-cı ildə çəkilən
«Neft və milyonlar səltənətində»
filmi it-bata düşdüyündən, 1981-ci ildə həmin film «Qızıl uçurum» adı ilə yenidən çəkilib. «Bu, çox yaxşıdır.
Çünki biz əvvəl çəkilmiş
filmdə baş verənləri sonradan çəkilən ekran əsərindən bildik. Bu film hətta
festivalda mükafat qazanıb. Eləcə də «Arşın mal alan» filmi
üç dəfə
çəkilib. 1916-cı ildə
çəkilən «Arşın
mal alan» səssiz olduğundan
1945-si ildə çəkilən
eyniadlı film daha böyük uğur qazandı. Film dünyanın 150-dən
çox ölkəsini
gəzib. 1965-ci ildə
çəkilən «Arşın
mal alan» isə texniki cəhətdən daha müasir olsa da, əvvəlki filmin effektini verə bilmədi. Çünki həmin aktyor ansamblı yox idi».
Aydın Kazımzadə
köhnə filmlərin
yenidən çəkilməsinə
lüzum olmadığını
bildirsə də, tarixilik baxımından bəzi filmlərin yenidən çəkilməsini
zəruri hesab edir. Onun fikrincə, “Uzaq sahillərdə” filminin çoxseriyalı televiziya
variantının çəkilməsi
çox vacibdir. Belə ki, yaradıcı
heyət Mehdi Hüseynzadənin qəhrəmanlığının
hamısını filmdə
göstərə bilməyib.
A.Kazımzadənin fikrincə,
bu qəhrəmanlıqlar
bir neçə seriyaya sığışa
bilər. “Müharibə
dövründə yaşadığımız
üçün Mehdi
Hüseynzadə kimi qəhrəmanları ekrana
gətirmək çox
vacibdir. Hərçənd
indi Nodar Şaşıqoğlu kimi
aktyor tapmaq da çətindir. Çünki o filmin uğurunun çoxu Nodar Şaşıqoğlunun hesabına
yarandı. Film özü də yaxşı çəkilmişdi».
A.Kazımzadə hesab edir ki, “26-lar” haqqında da yeni film çəkilməli,
tarixi- inqilabi filmə yeni bir baxış olmalıdır: ”Yaxud da götürək Ceyhun Mirzəyevin “İşarəni dənizdən
gözləyin” filmini.
Azərbaycan Xalq Cümhuriyyətinin son günlərini
təsvir edən bu filmdə tarixi həqiqətləri
göstərmək onu
yenidən çəkmək
lazımdir».
Filmlərin davamının
çəkilməsinə gəlincə,
kinoşünas bildirdi
ki, hər bir əsər yazılır və nöqtəsi qoyulur. Həmin filmə süni şəkildə əlavələr etmək
heç vaxt uğur gətirmir. “Köhnə filmlərin rimeykini və ya davamını çəkməkdənsə, müstəqilliyimizi,
məsələn, Azərbaycan
neftinin müharibə
illərində oynadığı
rolu əks etdirən filmlər çəkilməlidir. Kim
deyirsə ki, filan filmin davamını
sənət xatirinə
çəkirik, bu, doğru deyil. Bunlar yaradıcı heyətin pul qazanmaq xatirinə uydurduqları süjet xətləridir”. A.Kazımzadə
vaxtilə böyük
maraqla baxılan “Evləri köndələn
yar” filmtamaşasının
davamı olan “Evləri göydələn
yar” tamaşasını
ugursuz versiya adlandırdı.
Xalq artisti, kinorejissor Eldar Quliyev də filmlərin rimeykini, davamını çəkməyə
müsbət yanaşmır:
“Rusiyada rimeykləri kinotetrlar üçün
deyil, televiziyalar üçün çəkirlər.
Onlarda yüzlərlə
telekanallarla yanaşı
təcrübə də
çoxdur. Bizim telekanallar da bu barədə düşünməli və
yaxşı teleserillar
çəkməlidirlər. Hollivudda isə klassik filmlərin rimeykini edirlər. Hansı ki o
filmlər bir ekran əsəri kimi öz sözünü
deyib. Ancaq onları təkrarlamaq çox çətindir. Təcrübələr göstərir
ki, rimeyklər əsas filmdən zəif alınır”.
Kinorejissorun fikrincə, bu gün milli kinomuzda adı kino tarixinə qızıl hərflərlə yazılan Leyla Bədirbəyli, Həsənağa Turabov,
Ələsgər Ələkbərov, Möhsün Sənani kimi aktyorlar olmadığından onların çəkildiyi filmlərin rimeykinə də ehtiyac yoxdur.
Kinorejissor Cəmil Quliyevin isə məsələyə yanaşması
fərqlidir. Onun fikrincə, əgər hər bir dəyərli
filmə tələbat
varsa, 20-30 il və ya daha
çox vaxt keçəndən sonra rimeyk şəklində çəkilə bilər.
“Rimeyk onu göstərir ki, həmin filmə böyük diqqət var. Ona görə
də o filmə qayıdılır
və onu yeni interpretasiyada tamaşaçılara təqdim
edirlər. Bu, kinoda maraqlı bir proses ola
bilər”. C.Quliyev bildirir ki, rimeyklərin
çəkilişi zamanı
müəllif hüquqları
qorunmalıdır. Çünki
vaxtilə dünya kinosunda “7 samuray”, “Qarğa”, “Hərb və sülh” filmlərinin rimeykləri müəllif hüquqları
ilə bağlı problemlər yaradıb.
C.Quliyev rimeyklərlə
təkrar ekranlaşdırmanı
eyniləşdirən kinoşünasların
fikirləri ilə razılaşmayaraq bildirir
ki, rimeyk orijinal ssenari əsasında çəkilir.
Ekranlaşdırmaya isə
dəfələrlə müraciət
etmək olar. Kinorejissor bu baxımdan hesab edir ki, milli
kinomuzda “Arşın mal alan”, “O olmasın,
bu olsun” musiqili komediyaları bir müddətdən sonra rimeyk olunacaq.
Həmçinin İ.Şıxlının
“Dəli Kür”, Y.Səmədoğlunun “Qətl
günü”, Lev Tolstoyun “Hərb və sülh”, “Anna Karenina”, Dostoyevskinin “Cinayət və cəza” əsərlərinə dəfələrlə
müraciət etmək
olar.
Təranə Sərdarqızı
Mədəniyyət.- 2010.- 5 may.- S. 11.