Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş tədbir
Mayın 4-də Tədris Teatrında
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
təşəbbüsü ilə Xalq şairi,
Sosialist Əməyi Qəhrəmanı, Dövlət
mükafatı laureatı
Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii mərasim
keçirildi.
“Üzü küləyə”
adlanan mərasimdə
çıxış edənlər
- professor Nizaməddin Şəmsizadə,
şairlər Çingiz
Əlioğlu və Ramiz Rövşən Rəsul Rzanı Azərbaycan şerinə yeni məzmun və forma gətirmiş novator bir şair
kimi dəyərləndirdilər. R.Rza poeziyasının
Azərbaycan ədəbiyyatına
böyük təsiri
vurğulandı. Natiqlər Rəsul
Rzanın obrazlar, deyim tərzi, ifadələr, heç kəsin ona qədər işlətmədiyi
qafiyələr və
neologizmlərlə poeziyamızı
zənginləşdirmiş bir sənətkar olduğunu vurğuladılar.
Qeyd olundu ki, ötən əsrin 30-cu illərində
ədəbiyyata gələn
R.Rzanın bu dövrdə, habelə Böyük Vətən müharibəsi (1941-1945) illərində
bir çox gözəl əsərlər
yaratmasına baxmayaraq,
onun yaradıcılığının
ən məhsuldar dövrü 50-ci illərin
ikinci yarısında başlayıb.
Tədbirdə Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin
məhəbbətini, şairin
həyatının müxtəlif
anlarını əks
etdirən fotoşəkillər
nümayiş etdirildi. Şairin sözlərinə
yazılmış mahnılar
və unudulmaz şeirləri universitetin tələbələri və
müəllimləri tərəfindən
ifa olundu.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar da iştirak
edirdi.
Nuray
Mədəniyyət.- 2010.- 5 may.- S. 5.