Milli mədəniyyət
siyasəti: mərkəzdən
bölgələrə
Xəbər verdiyimiz kimi, ötən ilin dekabr ayından başlayaraq Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə rayonlarda “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti”
mövzusunda seminarlar keçirilir.
Nazirliyin Elm və
təhsil şöbəsinin
mütəxəssisləri tərəfindən həyata
keçirilən layihə
çərçivəsində indiyədək Gəncə,
Lənkəran, Şamaxı,
Ağdaş və Şirvanda seminarlar təşkil olunub.
Qeyd edək
ki, bölgələrdə
ilk dəfə olaraq bu mövzuda seminarlar keçirilir.
Bu səbəbdən
yerlərdə layihəyə
münasibətdə müxtəlif
baxışlar var. Əsas
odur ki, mövzunun mahiyyətini bölgələrdə çalışan
mədəniyyət işçiləri
düzgün dərk etsinlər. Bəs mahiyyət nədən ibarətdir?
Kiçik layihələr başlanğıc
üçün stimuldur
Mədəniyyət siyasəti
ilə bağlı verilən sərəncam və qərarların həyata keçirilməsində
yerlərdəki mütəxəssislərin
fəaliyyətindən çox
şey asılıdır.
Çünki yerli mədəniyyət müəssisələrinin
rəhbərləri və
işçiləri bu
sahənin probleminə
daha yaxındırlar.
Bu baxımdan yerlərdə
həyata keçirilən
kiçik layihələr
başlanğıc üçün
ilkin stimul ola bilər.
Ötən müddətdə
keçirilən seminarları
müqayisə edən
nazirliyin işçi
heyəti Lənkəran
şəhərindəki tədbiri
xüsusilə yüksək
qiymətləndirir, mədəniyyət
işçilərinin müzakirələrdə
daha fəal iştirak etdiklərinin vurğulayırlar.
Nazirliyin Elm və
təhsil şöbəsinin
sektor müdiri Asif Usubəliyevin sözlərinə görə,
rayonlarda keçirilən
görüşlərdə önə çıxan məsələlərdən biri
də mədəniyyət
sahəsində inkişafın
qeyri-tənasüblüyü ilə bağlıdır.
Buna başlıca səbəb
yerlərdəki passivlikdir.
Mədəniyyətimizin təbliğində
yerlərdən hansı
təşəbbüslər olub? Belə təşəbbüs yoxdur.
Mədəniyyətin böyük
bir siyasət olduğu hamıya bəllidir. Regionlarda özünü mədəniyyət
mütəxəssisi hesab
edən hər bir şəxs bu siyasətə nə ilə xidmət etdiyini göstərməlidir.
Yerlərdən gələn məktublarda
təkliflər şikayətləri
üstələməlidir
Məlumdur ki, bu cür seminarlarda
auditoriyalar maraqlı olur. Yerlərdəki əhali üçün ziyalılarla təmasda olmağın, alimlərlə
görüşməyin, fikir
mübadiləsi aparmağın
böyük önəmi
var. Digər tərəfdən,
yerlərdə mədəniyyət
sahəsində fəaliyyəti
gücləndirmək üçün
yalnız sərəncamları,
tapşırıqları gözləməyə
ehtiyac yoxdur.
Məhz bu yanaşmada peşəkarlığın
səviyyəsi üzə
çıxır. A.Usubəliyevin
sözlərinə görə,
nazirliyin Elm və təhsil şöbəsinə
il ərzində 40-a yaxın məktub daxil olub. Onların
çoxu şikayətlərdir.
Təklif və təşəbbüs xarakterli
məktublar isə, demək olar ki, yoxdur. Bu fakt göstərir ki, yerli mədəniyyət
işçiləri problemin
həll yollarını
yalnız şikayət
etməkdə görür:
“Milli mədəniyyət
və müasir mədəniyyət siyasəti”
mövzusunda keçirilən
seminarların da əsas mahiyyəti yerlərdə bu işi sürətləndirməkdir.
Bu proses isə demərkəzləşmədən keçir. Demərkəzləşmə
mədəniyyət siyasətində
əsas məsələlərdən
biridir. Yəni yerlərin paytaxtdan asılılığı aradan
götürülməlidir. Nazirlik də demərkəzləşmənin tərəfdarıdır. Keçirilən
bütün seminarlarda
bu vurğulanıb. Qonşu Rusiyada artıq demərkəzləşmə
sistemi mövcuddur».
Nazirlik rəsmisinin
sözlərinə görə,
demərkəzləşmə siyasətinin həyata keçirilməsi yerli mütəxəssislərin aktivliyindən
asılıdır: «Nə
qədər ki, yerlərdə kadr problemi olacaq, təkliflər, təşəbbüslər
olmayacaq, problemlər də artacaq. Bunun qarşısını
almaq üçün
Mədəniyyət və
Turizm Nazirliyi yerlərdə “Milli mədəniyyət və
müasir mədəniyyət
siyasəti” mövzusunda
seminarlar təşkil
edir. Şübhəsiz
ki, bu layihənin
müsbət nəticələri
növbəti illərdə
özünü göstərəcək».
İntiqam Hacılı
Mədəniyyət.- 2010. - 5 may.- S. 4.