Ənvər Əsgərovun yubiley sərgisi

 

Mayın 4-də Muzey Mərkəzinin Sərgi Qalereyasında istedadlı fırça ustası, Azərbaycanın Əməkdar rəssamı Ənvər Əsgərovun 70 illiyi ilə bağlı yubiley sərgisi açılıb. Ekspozisiyada rəssamın son illərdə yaratdığı 85-dən çox yeni rəngkarlıq əsəri nümayiş olunur.

 

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov və başqaları Ə.Əsgərovun özünəməxsus yaradıcılıq üslubundan danışmışlar.

Qeyd edək ki, Ə.Əsgərov ilk peşəkar təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində alıb, sonra Sankt-Peterburqdakı V.Muxina adına Ali Sənaye Rəssamlıq İnstitutunu bitirib. 1968-ci ildən Azərbaycan SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1993-cü ildə Rəssamlar İttifaqı tərəfindən Soltan Məhəmməd mükafatına layiq görülüb.

Ə.Əsgərov 1994 və 2003-cü illərdə Bakıda fərdi sərgilərini təşkil edib. Onun əsərləri 1998-ci ildə Vaşinqtonda keçirilənWorld bank artadlı sərgidə nümayiş etdirilib bir neçə əsəri ABŞ kolleksiyaçıları tərəfindən alınıb. 1967-ci ildə ilk dəfə olaraq Ə.ƏsgərovBorularadlı əsəri ilə sərgidə iştirak edib. 2009-cu ildəAzerbaijan culturalscapeslayihəsi çərçivəsində Mədəniyyət Turizm Nazirliyi tərəfindən İsveçrənin Bazel şəhərində keçirilənBaku Unlimitedadlı sərgidə Ənvər Əsgərovun əsərləri uğurla nümayiş etdirilib. Əməkdar rəssamın əsərləri Rusiya Mədəniyyət Nazirliyinin fondunda, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Dövlət Rəsm Qalereyasında bir çox xarici ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

Sonda çıxış edən Ənvər Əsgərov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sərgi mayın 10-dək davam edəcək.

 

 

Mədəniyyət.- 2010.- 5 may.- S. 2.