Azərbaycan turizmi Pekində uğurla təqdim olunub

 

«COTTM» sərgisinin iştirakçıları zəngin təəssüratla qayıdıblar

 

Xəbər verdiyimiz kimi, aprelin 28-dən 30-dək Çin Xalq Respublikasının Pekin şəhərində «COTTM» Beynəlxalq Turizm Sərgisi keçirilib. İlk dəfə olaraq sərgidə Azərbaycan da iştirak edib.

 

Ölkəmizi «COTTM» sərgisində Mədəniyyət Turizm Nazirliyinin Turizm şöbəsinin tədqiqat işləri, statistika lisenziyalaşdırma sektorunun baş məsləhətçisi Bəxtiyar Qılıcov, Azərbaycan Turizm Şirkətləri Assosiasiyasının (AZTA) turizm şirkətləri üzrə departamentinin müdiri Faiq Muqimzadə qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsgəndərli, ölkəmizdə fəaliyyət göstərən «İmprotex Travel», «N Travel» «GEO Travel» turizm şirkətlərinin nümayəndələri təmsil ediblər.

Bəxtiyar Qılıcovun qəzetimizə verdiyi məlumata görə, tədbirdə dünyanın 80 ölkəsinin turizm qurumları, turizm şirkətləri mehmanxanalar iştirak edib. Həmsöhbətimiz bildirdi ki, sərgidə Azərbaycana turist səfəri etmək marağında olanlara ölkəmizlə bağlı ətraflı məlumatlar verilib: «Respublikamızın zəngin turizm potensialı haqqında məlumatları ziyarətçilərə buklet reklam çarxları vasitəsilə çatdırırdıq. Tədbir müddətində müxtəlif ölkələrin nümayəndələri ilə görüşlərimiz oldu».

B.Qılıcovun sözlərinə görə, sərgi zamanı Azərbaycan Respublikasının Pekində yerləşən səfirliyinin əməkdaşları bir neçə dəfə stendimizi ziyarət edərək sərginin gedişi ilə maraqlanıblar.

Sərgi zamanı Azərbaycan nümayəndə heyəti ölkəmizin turizm potensialının təşviq olunması məqsədilə bir sıra ölkələrin KİV təmsilçiləri turizm təşkilatlarının rəhbərləri - «World Travel Online» saytının müxbiri Katerina Bai, “China Business Network” təşkilatın baş icraçı direktoru Dr. Adam Vu, “Travel Abroad Online” saytının müştəri üzrə baş meneceri Maqqi Mi, “China Radio İnternationalradiosunun müxbiri Emi Vanqla görüşüblər: «Bu görüşlər zamanı turizm sahəsində səmərəli əməkdaşlığa dair fikir mübadiləsi apardıq. Azərbaycanı yeni turizm məkanı kimi Çin Xalq Respublikasında təbliğ etmək üçün təkliflər verildi. Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın genişlənməsində qarşılıqlı infoturların ölkənin mövcud turizm potensialına dair təqdimatın keçirilməsi əsas istiqamət kimi vurğulandı. Azərbaycanın “COTTM” sərgisində iştirakı respublikamıza səfər etmək istəyənlərin sayının gündən-günə artdığını bir daha göstərdi: «Bu səbəbdən turizm imkanları böyük olan ölkəmizin daha geniş müstəvidə təşviqi üçün Azərbaycanın turizm bazarına marağı olan ölkələrdə keçirilən sərgilərdə iştiraka üstünlük vermək lazımdır”.

 

 

Fəxriyyə Abdullayeva  

 

Mədəniyyət.- 2010.- 7 may.- S. 9.