Heydər Əliyev fenomeni milli mədəniyyətimizi daim zənginləşdirir

 

Xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur. 1969-cu ildən başlayaraq bu möhtəşəm insanın keçdiyi həyat yolu, çoxşaxəli məqsədyönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hüdudlarından kənarda tanıtmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir.

 

Heydər Əliyev uzaqgörənliyi, qətiyyəti cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasətçi diplomat kimi bütün dünyada özünü tanıtmış, dünya miqyaslı siyasətçilər siyahısında ön cərgələrdə yer tutmuşdur. Dahi rəhbərimiz ulu öndərimiz Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.

Dünyada tanınmış bir çox ekspertlərin fikrincə, Heydər Əliyev məharətli uzaqgörən siyasətçi olmaqla yanaşı, dövlətçilik təcrübəsində dövlət idarəçiliyinin fenomeni kimi daim yaşayır. Azərbaycanın son illər ərzindəki nailiyyətləri davamlı yüksək templi inkişafı buna açıq-aydın sübutdur.

Ulu öndərimiz Azərbaycanın bütün sahələri üzrə dinamik inkişafa qədəm qoymaqla yanaşı, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün möhkəm zəmin yaratmışdır. Bunu statistik məlumatlara müraciət etdikdə görmək mümkündür. Statistikaya görə, 1969-cu ildə respublikamızda 12 peşəkar teatr, 5 konsert müəssisəsi, 2312 kitabxana, 1535 klub müəssisəsi, 17 park, 29 muzey, 79 musiqi məktəbi vardı. Bir rəsm qalereyası belə fəaliyyət göstərmirdi.

2003-cü ildə isə respublikamızın mədəniyyət müəssisələrinin sayı xeyli dərəcədə artmışdır. Həmin dövrdəki məlumatlara görə, ölkəmizdə 27 peşəkar teatr, 13 konsert müəssisəsi, 4124 kitabxana, 3066 klub müəssisəsi, 210 mədəniyyət istirahət parkı, 159 muzey, 30-dan çox dövlət rəsm qalereyası bədii sərgi salonu, 232 uşaq musiqi incəsənət məktəbi fəaliyyət göstərirdi.

Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir.

Respublikaya rəhbərlik fəaliyyəti dövründə ulu öndərimiz Heydər Əliyev musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Hələ Sovet İttifaqı dövründə Azərbaycan professional musiqi sənətinin baniləri Üzeyir Hacıbəyov Müslüm Maqomayevin, SSRİ xalq artisti, professional vokal sənətimizin banisi kimi tanınan Bülbülün, SSRİ xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununla yanaşı, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının, SSRİ xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin onlarla başqa istedadlı sənətkarlarımızın, eləcə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yer tutan ayrı-ayrı məbədlərin-Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yubiley tarixləri respublikamızda təntənə ilə qeyd olunmuşdur.

Heydər Əliyevin müvafiq fərmanlarına əsasən, Məhəmməd Füzulinin 500 illik yubileyinin İraq, İran, Türkiyə, Fransa və Rusiyada, dünya şöhrətli müğənnimiz Bülbülün 100 illik yubileyinin Moskvada, Tiflisdə və Ankarada, unudulmaz bəstəkarımız Qara Qarayevin 80 illik yubileyinin Moskvada və Parisdə, Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, Azərbaycan xalqının milli eposu «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyinin Fransada yüksək səviyyədə qeyd olunması Azərbaycanı bir daha yenidən dünyaya tanıtmışdır.

Bakıda qeyd olunan tanınmış sənət adamlarının tarixi yubileyləri - Şövkət Ələkbərovanın, Qəmər Almaszadənin, Leyla Vəkilovanın, Nəsibə Zeynalovanın, Tofiq Quliyevin və başqalarının yaradıcılığına həsr olunmuş təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olmuşdur.

Bu tədbirlərin hər birində ümummilli liderimiz Heydər Əliyevin şəxsən iştirak etməsi dövlət rəhbəri tərəfindən sənətə, sənətkara verilən yüksək qiymətdir.

Dünyanın ən müxtəlif meridianlarında Azərbaycan mədəniyyəti incəsənəti günləri keçirilmişdir. Buna misal olaraq Avropanın Asiyanın bir çox ölkələrini, eynilə Rusiya, Moldova, Ukrayna, Özbəkistan, Gürcüstan s. ölkələri göstərmək olar.

Son onillikdə Parisdə UNESCO-nun mənzil-qərargahında Məhəmməd Füzulinin, Qara Qarayevin «Kitabi-Dədə Qorqud» dastanının yubileylərinin yüksək səviyyədə keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğində mühüm rol oynamışdır.

Mədəniyyət incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq ümummilli liderimiz Heydər Əliyevin həyat tərzinə çevrilmişdir. Bəstəkar, yazıçı, şair, aktyor, müğənni, rəssam əməyinə verdiyi yüksək qiymət sahəsində ölkəmizin yüzlərlə sənətçisi xalq artisti, xalq rəssamı, xalq şairi, xalq yazıçısı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi kimi müxtəlif fəxri adlara layiq görülmüşdür.

Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamla addımlamasında böyük rolu olan ulu öndər, müstəqil Azərbaycanımızın memarı, təkrarolunmaz şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı möhtərəm prezident İlham Əliyev ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifi olmuşdur.

«Qloballaşan dünyada Azərbaycan Respublikası azərbaycanlılar özünün maddi-mənəvi intellektual potensialına uyğun layiqli yer tutacaqlar» - deyən möhtərəm prezidentimiz xalqın inkişafı yolunda dönməz mübariz olduğunu daim sübut edir məhz onun rəhbərliyi altında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində ürəkaçan nailiyyətlər qazanılmışdır.

Müasir dövrdə sənətkarlar diyarı olan Azərbaycanımıza sənəti yüksək qiymətləndirməyi bacaran İlham Əliyevin başçılıq etməsi, həm mədəniyyətimizin uğuru, xoşbəxtliyidir. Möhtərəm prezidentimiz xalqın milli xüsusiyyətlərinin qorunub saxlanılmasında ədəbiyyatın, mədəniyyətin böyük rolu olduğunu xüsusi vurğulayaraq demişdir: «Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün əlbəttə ki, ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur».

Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, zənginləşməsi yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır. Bu yüksəlişi gözəl diyarımızda yaşayan bütün vətənsevər insanlar duyur, görür, alqışlayır dəstəkləyirlər.

 

 

Yaşar Əliyev,

Mədəniyyət Turizm Nazirliyinin

Elm təhsil şöbəsinin müdiri,

pedaqoji elmlər namizədi

 

Ramazan Şabanov,

Respublika Mədəniyyət Müəssisələri

İşçilərinin Hazırlıq İxtisasartırma

Mərkəzinin direktoru,

fəlsəfə elmləri namizədi

 

Mədəniyyət.- 2010.- 7 may.- S. 5.