“Xüsusi təyinat” filmi təqdim edildi
“Heydər Əliyev Azərbaycan kinosunu tarixi kökünə qaytardı. Milli kinomuzun
dirçəliş dövrü
məhz o, hakimiyyətə gələndən
sonra başladı”. Bu fikirlər mayın 6-da Dövlət Film Fondunda ümummilli
lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə
həsr olunan «Heydər Əliyev və Azərbaycan kinosu» adlı tədbirdə səsləndi.
Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və YAP Yasamal rayon təşkilatının birgə
keçirdiyi tədbirdə
ulu öndərə həsr olunan fotosərginin açılışı
və tanınmış
rejissor Vaqif Mustafayevin dahi şəxsiyyətə həsr
etdiyi “Xüsusi təyinat” sənədli filminin təqdimatı oldu.
Tədbirdə çıxış
edən Dövlət
Film Fondunun direktoru Cəmil Quliyev milli kinomuzun tarixində H.Əliyevin müstəsna rol oynadığını vurğuladı:
«Ulu öndərin göstərişi ilə
“Babək”, “Nəsimi”,
“Dədə Qorqud”, “Üzeyir ömrü” və başqa filmlər çəkildi.
Filmlərimiz məhz
onun rəhbərliyi dövründə SSRİ Dövlət
mükafatına layiq görüldü. Respublikamız
kino nümayişinə
görə ittifaqda
4-cü yeri tutdu. Kinematoqrafçıların sosial
vəziyyəti xeyli yaxşılaşdı”.
C.Quliyev ulu öndərin diqqəti sayəsində
“Kino haqqında» Qanunun
qəbul olunduğunu və Dövlət Film Fondunun yarandığını
da vurğuladı. O, tədbir
çərçivəsində nümayiş etdirilən rejissor Vaqif Mustafayevin H.Əliyevin həyat və fəaliyyətinə həsr
etdiyi “Xüsusi təyinat” sənədli filmini yüksək kinematoqrafik keyfiyyətlərə
malik ekran əsəri kimi dəyərləndirdi: “Bu,
poetik filmdir. Filmdə yol var. Bu yola
Heydər Əliyev siması işıq saçır və bu işıq bizi gələcəyə
aparır. Film Azərbaycan kinosunun
tarixi baxımından
ən gözəl ekran əsəridir. Ümumiyyətlə, Heydər
Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə
həsr olunan 10 filmin hər birində biz dahi şəxsiyyətin müxtəlif sahələrdəki
fəaliyyəti ilə
yaxından tanış
oluruq. Bu filmlərin heç biri bir-birinə bənzəmir”.
Kinoşünas Aydın
Kazımzadə H.Əliyevin
milli kinomuza göstərdiyi diqqət və qayğıdan danışdı: “Ulu öndərin diqqəti sayəsində 60-cı illər
Azərbaycan kinosunda yeni mərhələ idi. Vaqif Mustafayev isə 80-ci illərdə milli kinomuzda yeni söz dedi. O, sənədli filmi bədii səviyyəyə
qaldırdı. Həmin
filmlər gənclər
üçün əsl
örnəkdir”.
Xalq artisti Vaqif Mustafayev ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında
sənədli filmlərin
müəllifi olduğuna
görə özünü
xoşbəxt rejissor adlandırdı: “Bu filmlər
təkcə mənim yaradıcılığım deyil,
mövqeyimdir. H.Əliyevin
şəxsiyyətinə olan
səmimi münasibətimdir.
Ona görə də başqa filmlərdən fərqlənir”.
Tədbirdə
YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov və
sədrin müavini, Bakı
Metropoliteninin rəisi Tağı Əhmədov çıxış
edərək ulu
öndərin həyat və
fəaliyyətinə
həsr olunan filmləri Azərbaycan tarixinin salnaməsi adlandırdılar.
Sonda “Xüsusi təyinat” filmi nümayiş olundu.
Təranə Sərdarqızı
Mədəniyyət.- 2010.- 7 may.- S. 3.