Fransa
azərbaycanlı tələbələrin
gözü ilə
Mayın 13-də Fransa Mədəniyyət
Mərkəzində keçirilən tədbir belə
adlanırdı. Fransada təhsil almış tələbələrin
fotosərgisinin açılışına həsr olunan tədbiri
səfirliyin mədəniyyət məsələləri
üzrə məsul işçisi Sevrin Ofar açdı. O,
qeyd etdi ki, nümayiş olunan fotoşəkillər peşəkar
fotoqraflar tərəfindən çəkilməsə də,
olduqca maraqlı görüntüləri əks etdirir.
Sərgidə Aytən Məmmədova,
Ülfət İbrahimov, Xalid Aslanov, Fərəh Rzayeva, Cəmilə
Axundovanın 60-dan çox əsəri nümayiş etdirilir.
Aytən Nitsa şəhərində
təhsil alıb. Çəkdiyi 100-dən çox şəklin
içindən yalnız birini - Nitsanın mənzərəsini
sərgiyə təqdim edib.
Ülfət İbrahimov isə
deyir ki, Strasburqda təhsil aldığım müddətdə
həmişə fotoaparat yanımda olub: «O vaxt Fransada
qarışıq bir dövr idi. İş müqaviləsi ilə
bağlı tələbələrin aksiyaları
keçirilirdi. Tələbələrin tətilləri və
müəllimlərin onlarla birliyi mənim diqqətimi çəkdi».
Mərkəzin kitabxana müdiri
Turanə İsayeva bildirdi ki, burda tədbirlər tez-tez
keçirilir: «Bu yaxınlarda yazıçı Oliviye Rolandla
maraqlı görüş oldu. O, 1994-cü ildə ilk dəfə
Bakıya gəlib. Ölkəsinə qayıdandan sonra «Kristall
oteldə otaq» adlı bir roman yazıb. 2009-cu ildə O.Roland
yenidən Bakıya gəlir. Bu səfərdən sonra
Bakının təsviri (Baku, dereers yours - 2010) adlı yeni
roman yaranır. Yazıçı görüşdə bu səfərlərdən
də söhbət açdı».
T.İsayeva Fransa Mədəniyyət Mərkəzinin paytaxtın təhsil ocaqları ilə sıx əlaqələri olduğunu da vurğuladı: «Bu yaxınlarda Dillər Universitetinin tələbələrinin səhnələşdirdiyi tamaşanı təqdim etdik, foto-müsabiqə keçirdik, sonra komandaların yarışması oldu. Fotomüsabiqənin birinci yeri qazanan qalibi Fransaya səyahətə göndərildi. Belə tədbirlərin keçirilməsi tələbələrin də marağına səbəb olur və böyük həvəslə iştirak edirlər. Dil kurslarımız da var. Həm tələbələr, həm də dil öyrənmək istəyən müxtəlif peşə sahibləri bura gəlirlər. Qapımız hamının üzünə açıqdır».
Sədaqət Yusifqızı
Mədəniyyət.-
2010.- 14 may.- S. 10.