İstiqlal tariximizi yaşadan muzey

 

    Ölkəmizdə muzeylər çoxdur. Hər biri fəaliyyət göstərdiyi istiqamətə uyğun olaraq ayrı-ayrılıqda Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, görkəmli şəxsiyyətlərini tanıdır, təbliğ edir. Haqqında danışacağım İstiqlal Muzeyi isə ölkəmizdə fəaliyyətə başlayan ilk belə mədəniyyət müəssisəsi olub.

  

   İstiqlalla başlanan tarixçə

  

   İstiqlal Muzeyi Azərbaycanın tarix mədəniyyətini, milli bədii irsini nümayiş təbliğ edən ilk dövlət muzeyi kimi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. Muzey 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə təşkil olunub. Muzey elə parlamentin binasında yerləşirdi.

   1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın sovetləşməsindən sonra muzey fəaliyyətini dayandırdı. İstiqlal Muzeyinin eksponatları yeni təşkil edilmiş Azərbaycan Dövlət Muzeyinə (indiki Milli Azərbaycan Tarixi Muzeyi - red.) verildi. Sonradan eksponatların bir hissəsi Moskva İnqilab Muzeyinə aparıldı.

   İstiqlal Muzeyinin fəaliyyəti bir 71 il sonra, müstəqilliyimizlə birlikdə bərpa edildi. 1991-ci il yanvarın 9-da Azərbaycan İstiqlal Muzeyinin yaradılması barədə qərar verildi. Cəmi 7 min eksponatla fəaliyyətə başlayan muzeyin indiki zəngin ekspozisiya zallarında qədim zamanlardan müasir dövrədək xalqımızın tarixi-mədəni həyatındakı mühüm hadisələri, dövlətçilik tarixi, müstəqillik mübarizəsi əksini tapıb.

  

   Yaşanan tarix eksponatlarda əks olunub

  

   Muzeyin elmi katibi Nigar Qazızadə bütün ekspozisiyanın 6 zalda nümayiş etdirildiyini deyir. Otaqları gəzdikcə, eksponatlarla tanış olduqca ölkəmizin istiqlaliyyət tarixinin bütün mərhələləri göz önündə canlanır. Birinci zal Azərbaycanın qədim zamanlardan XIX əsrə qədər olan tarixini əks etdirir”.

   Azərbaycanın dövlət rəmzlərinin geniş təbliğ olunduğu bu otaqda diqqətimi bir məqam çəkir. Cəbrayıl Füzuli rayonlarının işğalı səbəbindən həmin rayonların tarix-diyarşünaslıq muzeylərinin eksponatları müvəqqəti olaraq burada yerləşdirilib. 25 mindən çox eksponat sanki işğal olunmuş torpaqların azad olunmasını, dağıdılmış mədəniyyət müəssisələrinin bərpasını gözləyir...

   İlk zalda Azərbaycanın istiqlaliyyət tarixini, görkəmli şəxsiyyətlərin həyatını əks etdirən fotolar, müxtəlif məlumatlar, sənədlər yer alıb.

   İkinci zalda Azərbaycan tarixinin XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinədək olan dövrü əks etdirilir. Burada Azərbaycanın tarixi şəxsiyyətləri haqqında maraqlı məlumatlar, neft milyonçuları onların xeyriyyəçilik fəaliyyətləri haqqında informasiya əldə etmək mümkündür. Zalın digər bölməsində 31 mart soyqırımına həsr olunmuş fotofaktlar, arxiv materialları, sənədlər nümayiş etdirilir. Eksponatlar Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, o dövrün şəxsiyyətləri haqqında da zəngin təəssürat yaradır. Xalq Cümhuriyyətinin pul vahidləri, poçt markaları o dövrün tarixindən xəbər verir.

   Digər zala keçirəm. XX əsrin birinci yarısında Cənubi Azərbaycanda olan milli-azadlıq hərəkatlarını əks etdirən otaq... Nigar Qazızadə Azərbaycan tarixinin bu dövründən, Səttarxanın, Xiyabaninin, Pişəvərinin azadlıq mübarizəsindəki fəaliyyətlərindən danışır. Azadlıq fədailəri, canı, qanı ilə Azərbaycanın bir olmasına çalışan mübarizlər haqqında hazırlanmış materiallarla tanış olur, rəsm əsərlərinə baxır, onlarla fəxr edir, qürur duyuram. Muzeyin dördüncü zalı 2 bölmədən ibarətdir. Bölmələrdən biri Azərbaycanın sovet tarixinin acılı illərini - repressiyalar dövrünü əks etdirir. Buradakı stendlərdə repressiya dövrü qurbanları haqqında ətraflı məlumatlar yerləşdirilib. Digər bölmə isə Böyük Vətən müharibəsinə (1941-1945) həsr edilib. Burada nümayiş olunan silah, partladılmış mərmi, çap maşını, Morze teleqraf aparatı digər eksponatlar o qanlı-qadalı müharibənin təsəvvürünü yaradır.

  

   Xalq hərəkatının ilk üçrəngli bayrağı

  

   XX əsrin sonunda milli-azadlıq hərəkatına, Qarabağ müharibəsinə həsr olunan ekspozisiyanın növbəti zalı Azərbaycanın yeni tarixini əks etdirir. Əllə tikilmiş Azərbaycan bayrağı buraya gələn hər kəsin diqqətini özünə cəlb edir. 1989-cu il may ayının 28-də Azərbaycanda fövqəladə vəziyyət komendant saatı rejiminin olduğu vaxtda milli-azadlıq hərəkatının bir neçə fəalı Xalq Cümhuriyyətinin üçrəngli bayrağını saat 11 radələrində Qız qalasında ucaltmışdı. Sadə azərbaycanlı qadının öz əli ilə tikdiyi həmin bayraq sonradan xalq hərəkatının simvoluna çevrildi. Bölmədə Ermənistanın Azərbaycana qarşı təcavüzü, erməni terroru, 20 Yanvar qırğını, Xocalı soyqırımı barədə fotolar, müxtəlif sənədli materiallar nümayiş olunur. Burada Azərbaycanın bütövlüyü uğrunda həlak olan Milli Qəhrəmanların şəxsi əşyaları, hərbi geyim formaları yerləşdirilib.

   Muzeyin daha bir bölməsi müstəqil Azərbaycan Respublikasının tarixinə ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr edilib. Burada Heydər Əliyevin daxili xarici siyasəti, neft strategiyası barədə tarixi faktlar, sənədlər, kitab qəzet materialları yer alıb. Burada həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti, son illərdə ölkəmizin qazandığı nailiyyətlər barədə çoxsaylı məlumat fotolar da nümayiş olunur.

  

   Muzeyin bu günü

  

   Direktor Fəridə Şəmsi hazırda muzeydə 20 mindən çox eksponatın olduğunu deyir. Onun sözlərinə görə, muzeyin zənginləşdirilməsi istiqamətində mütəmadi görülür: “Muzeyin Fond Şöbəsi yaradıcı insanlarla, təşkilatlarla davamlı əlaqələr saxlayır, ekspozisiyanın zənginləşdirilməsi istiqamətində aparırlar. Muzeydə Azərbaycanın azadlıq istiqlaliyyətinə aid sənəd materiallar, tarixi maddi-mədəniyyət nümunələri, arxeoloji tapıntılar, silahlar, numizmatika nümunələri, rəsm əsərləri digər sənət əsərləri nümayiş olunur. Muzeyin ekspozisiyasında müxtəlif tarixi hadisələrə aid ardıcıl olaraq maraqlı tematik sərgilər tədbirlər keçirilir”.

   Muzeydən xoş təəssüratla ayrıldım. İstiqlaliyyət tariximiz haqqında özümü məlumatlı saysam da, etiraf edim ki, muzeydə tariximizlə bağlı daha maraqlı, yeni məqamlara rast gəldim. Muzeydə zəngin eksponatların dili ilə qədim zəngin tariximiz hər bir ziyarətçiyə təqdim təbliğ edilir. Ekspozisiyada nümayiş olunan sənədlər müstəqilliyimizi hansı çətinliklərlə əldə etdiyimizi, onun qorunmasının isə qədər şərəfli olduğunu hər birimizə aşılayır...

  

 

  Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2010.- 14 may.- S. 7.