Gənc pianoçuların Şopen adına
festivalı yekunlaşdı
Mədəniyyət və Turizm Nazirliyi və Polşanın Azərbaycandakı səfirliyinin
təşkilatçılığı ilə keçirilən gənc ifaçıların
Frederik Şopen adına festivalına
mayın 13-də Beynəlxalq
Muğam Mərkəzində
keçirilən final konserti
ilə yekun vurulub.
Tədbirdə giriş
sözünü mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
söylədi: “Bu il dahi bəstəkar Şopenin 200 illik yubileyi qeyd olunur.
Elə sənətkarlar var ki, onlar öz
ölkələrinin rəmzlərinə
çevrilir. Şopen də
belə sənətkarlardan
idi. 2010-cu il Avropada Şopen ili kimi qeyd olunur.
Bu il bütün
dünyada dahi bəstəkarın xatirəsinə
həsr olunmuş iki minə qədər
tədbir keçiriləcək.
Azərbaycanda da bu il ərzində dahi bəstəkarın 200 illiyinə
həsr olunmuş müsabiqə və festivalların keçirilməsi
nəzərdə tutulub.
Bu tədbirlərdən biri
də Mədəniyyət
və Turizm Nazirliyinin Polşa Respublikasının ölkəmizdəki
səfirliyi ilə birgə keçirdiyi Frederik Şopen adına gənc
pianoçuların festivalıdır».
Nazir müavini festivalda 17 yaşınadək
gənc pianoçuların
iştirak etdiyini, qaliblərin Polşada dahi bəstəkarın
200 illik yubileyinə həsr olunmuş festifalda iştirak hüququ qazandıqlarını
bildirdi.
Sonra söz Polşa
səfirliyinin nümayəndəsi
Darota Mamay və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə verildi.
Çıxış edənlər festival iştirakçılarına təşəkkür
edib qalibləri ürəkdən təbrik
etdilər.
Tədbir proqramında
Şopenin “Polonez sol
minor”, “Mazurka fa diez
minor”, “Vals re bemol
major”, “Mazurka sol minor, lya minor”, “Noktürn re bemol major” və başqa musiqiləri gənclər
tərəfindən ifa
olundu.
Yeganə
Mədəniyyət. –
2010.- 14 may.- S. 2.