Teatr tariximizdən:
Abbas Qurbanov
Milli teatrımızın
təşəkkülündə və inkişafında
Bu teatrda
Mustafa Mərdanov, Möhsün
Sənani, Əli Qurbanov, İbrahim İsfahanlı, Mirzəli
Abbasov kimi qüdrətli səhnə
ustaları yetişmiş
və fəaliyyət
göstərmişlər. Onlardan
biri də görkəmli komik, bədii qiraət ustası, Gürcüstanın
əməkdar artisti Abbas Qurbanov idi.
Bir vaxtlar Borçalıda, onun hüdudlarından kənarda
çox məşhur
idi bu ad. Onu tez-tez mədəniyyət
evlərində, kənd
klublarının səhnəsində,
bilavasitə kənd əməkçilərinin iş
yerlərində - tarlalarda,
fermalarda, xırmanlarda,
tütün sahələrində
görmək olardı,
səsi radio dalğalarından eşidilərdi.
Abbas Qurbanov gülüş bəxş
edərdi. Ürəkdən
gələn sağlam,
mənalı gülüş...
El məsəlinə,
söz-söhbətlərin şirinliyinə çevrilmişdi
onun adı: «Abbas Qurbanov demişkən», «Abbas Qurbanov dəsti», «Abbas Qurbanovun ərizəsi kimi»...
O, 1912-ci ildə
Abbas 1925-ci ildən
etibarən qardaşı
Əlinin təşəbbüsü
ilə Tiflis Azərbaycan teatrının
aktyoru olub. (Əli bu zamanlar
həmin teatrın tanınmış aktyorlarından
idi).
Abbas Qurbanov bu teatrda bir
çox maraqlı və yaddaqalan obrazlar yaratmışdır.
«Şeyx Sənan»da Şeyx Əbuzər
və Serqo, «Sevil»də Atakişi
və Babakişi, «Almaz»da Baloğlan
və Şərif, «Oqtay Eloğlu»nda Mazandaranski, «Hind qızı»nda Cəlaləddin, «Özgə uşağı»nda (S.Şaniaşvili) Sençina, «Şamil»də (Vangeli) Musa, «Koroğlu»da Vəzir, «Otello»da Rodriqo,
«Müfəttiş»də
Dobçinski, «Qaçaq
Nəbi»də Koxa, «Kinto»da
(A.Sereteli) Kinto və bir çox
başqa obrazlar Abbas Qurbanovu hələ gənc yaşlarından tamaşaçıların
sevimlisi etmişdi.
M.F.Axundov adına
Tiflis Azərbaycan Dram
Teatrının problemləri
az deyildi. Bəzən iqtisadi çətinliklər, bəzən
yersiz hücumlar teatrın inkişafına
müəyyən qədər
təsir göstərə
bilmişdir. Lakin bunlar
30-cu illərdə
A.Qurbanov teatrın bir çox uğurlu tamaşalarında
çıxış etmişdi.
1938-ci ildə Tur qardaşları və A.Şeynin «Üzləşdirmə»
pyesinin tamaşası
böyük müvəffəqiyyət
qazanmışdı. Rejissor
V.Quşitaşvilinin hazırladığı
tamaşada Abbas Qurbanov Qureviç obrazını yaratmışdı.
«Yeni kənd» qəzeti 21 fevral 1938-ci il tarixli nömrəsində
bu tamaşanı «teatrın parlaq qələbəsi» adlandıraraq
yazırdı k, Qurbanov
bu rolla “inam və sədaqətlə
dolu bir aləm yaradıb”.
1938-ci ildə
teatrın daha bir tamaşası - «Arşın mal alan» böyük müvəffəqiyyət
qazanır. Gürcüstanın
Xalq artisti İbrahim İsfahanlının
hazırladığı tamaşada
Vəli rolunda A.Qurbanov çıxış
edirdi. Tiflis Azərbaycan teatrının
tarixinə aid qiymətli
əsər yaratmış
filologiya elmləri doktoru, professor Abbas Hacıyev yazır ki, həmin tamaşaya baxmaq üçün Gürcüstanın
uzaq kəndlərindən
belə Tiflisə gələnlər olurdu. Tamaşanın uğur qazanmasında Vəli rolunun ifaçısı Abbas Qurbanovun da əməyi vardı. Bu faktı İ.İsfahanlı təsdiq
edərək belə yazmışdı: «Vəli
rolunu, həmişə
olduğu kimi, Abbas Qurbanov məharətlə ifa edirdi».
«Toy» komediyasında
A.Qurbanovun yaratdığı
Kərəmov obrazı
da mətbuatın nəzərini cəlb etmiş, onun barəsində xoş sözlər söylənmişdi.
Böyük Vətən
müharibəsi illərində
teatr Rza Şahvələdin «Qız
qalası» əsərini
tamaşaya qoymuşdu.
İ.İsfahanlının hazırladığı bu
tamaşa böyük
müvəffəqiyyət qazanmış,
Gürcüstan mətbuatı
ilə yanaşı, Azərbaycan mətbuatını
da maraqlandırmışdı.
«Ədəbiyyat qəzeti»nin 25 iyun 1944-cü il tarixli nömrəsində
«Qız qalası» Tiflis Dövlət Dram Teatrı səhnəsində»
adlı yazıda tamaşa geniş təhlil edilmiş, Kəndbaşı rolunun ifaçısı A.Qurbanovun
öz gözəl oyunu ilə hadisələri daha da canlandırdığı,
ümumi müvəffəqiyyətə
çox yardım etdiyi xüsusi qeyd olunmuşdu.
Abbas Qurbanov bu teatrda Mirzəli
Abbasov, İbrahim İsfahanlı, Mirzəxan
Quliyev, Əli Qurbanov kimi sənətkarlarla
çalışmış, Abbas Mirzə Şərifzadə, Ülvi
Rəcəb, Mustafa Mərdanov,
Mərziyə Davudova ilə eyni tamaşalarda
çıxış etmişdi.
1947-ci ildə
Tiflis Azərbaycan Dram
Teatrı öz fəaliyyətini dayandırdıqdan
sonra onun aktyorlarının əksəriyyəti
başqa teatrlara getdilər, bəziləri
başqa sahələrdə
işə keçdilər.
A.Qurbanov isə doğma şəhərdən,
bir də öz sevimli peşəsindən ayrılmadı.
O, 1947-ci ildən
etibarən taleyini özfəaliyyətə bağlayıb,
Tbilisi şəhər Xalq
Yaradıcılığı Evi və Marneuli
rayon mədəniyyət evi
kollektivləri ilə
birlikdə çıxış
edib. Bu kollektivlərdə
kiçik həcmli tamaşalar və tamaşalardan parçalar
hazırlayıb, həmin
tamaşaların rejissoru
(bəzən də müəllifi) və əsas aktyoru olub. Onun «truppası»
maraqlı proqramlarla dəfələrlə Tbilisi şəhərində,
Borçalının ən
ucqar kəndlərində
çıxış edib,
tamaşaçıların dərin hörmətini qazanıb. «Lənkəran
xanının vəziri»,
«Arşın mal alan»,
«O olmasın, bu olsun», «Beş manatlıq gəlin», «Durna», «Toy kimindir?» və bir çox
başqa tamaşaları,
onlardan parçaları
Abbas Qurbanov tamaşaçılara təqdim
etmişdi. Yüksək
sənətkarlığı və gözəl səsə malik olması onu Mirzə Həbib, Sultan bəy, Məşədi İbad, Dursun, Qoşun, Quluş bəy kimi obrazların
məşhur ifaçısı
etmişdi.
O, eyni zamanda, Gürcüstan radiosunun Azərbaycan redaksiyasının hazırladığı
radio-tamaşalarda çıxış
edərək «Lənkəran
xanının vəziri»,
«Hacı Qara», «Kinto», «O olmasın, bu olsun» və
s. tamaşalarda yaddaqalan
obrazlar yaradıb.
Elə bu gün də el məsəlinə, söz-söhbətlərin
şirinliyinə çevrilib
onun adı: «Rəhmətlik Abbas Qurbanov demişkən...»
Bax, beləcə
yaşayır aktyor. Tamaşaçı beləcə
yaşadır aktyoru...
Adilxan Bayramov,
Filologiya elmləri doktoru
Mədəniyyət.- 2010.- 19 may.- S. 12.