“Salnamə” sənədli filmlərin çəkilişlərini davam
etdirir
“Salnamə” studiyası sovet dövründə yalnız
sənədli filmlərin
istehsalı ilə məşğul olub. Ötən əsrin
80-ci illərindən bu
yana Azərbaycanın
ictimai-siyasi həyatında
baş verən hadisələr, Meydan hərəkatı, 20 Yanvar
olayları “Salnamə”
tərəfindən kinolentin
yaddaşına köçürülüb.
Bu gün studiyada istehsal artır, müxtəlif layihələr həyata keçirilir. Gələcəkdə
studiyada bədii filmlərin istehsalı da planlaşdırılır.
“Şimalda cənub
küləyi”
“Salnamə” studiyası Sankt-Peterburqun “Lennauçfilm”
kinostudiyası ilə
birgə “Şimalda cənub küləyi” sənədli filminin çəkilişlərinə başlayıb. Film Böyük Vətən müharibəsində ilk
«Lenin» ordeni almış azərbaycanlı
qəhrəman Hüseynbala
Əliyev haqqındadır.
Filmin rejissoru Tahir Əliyevin verdiyi məlumata görə, artıq ekran əsərinin Sankt-Peterburqda müəyyən
hissələri çəkilib:
“İndi Azərbaycandakı
çəkilişlərə başlamışıq. İyun
ayında yenidən Rusiya çəkilişlərini
davam etdirəcəyik.
Filmdə Hüseynbala
Əliyevin qəhrəmanlıqları
ilə yanaşı, həm də onun niyə Sovet İttifaqı Qəhrəmanı adını
almaması da açıqlanacaq”. Faşizm
üzərində Qələbənin
65 illiyinə həsr olunmuş 26 dəqiqəlik
filmin ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və prodüseri Böyükağa Məmmədovdur.
“Qarabağ qəhrəmanları”
layihəsi
“Salnamə”
studiyasında “Qarabağ
qəhrəmanları” adı
altında Azərbaycanın
Milli Qəhrəmanlarına
həsr olunmuş 15 dəqiqəlik sənədli
filmlərində istehsalına
start verilib. İlkin
olaraq dörd Milli Qəhrəman haqqında film istehsalata buraxılıb.
“Koroğlu Rəhimov”
filminin çəkilişləri
artıq bitmək üzrədir. Filmin rejissoru Kəmalə Musayevanın sözlərinə
görə, bu yaxınlarda filmin son səhnələrini çəkmək üşün
Oğuz rayonuna yola düşəcəklər:
“Oğuzdakı çəkilişlərdən
sonra filmin səsləndirilməsi işi
başlayacaq. İyun ayında film hazır olacaq”. “Koroğlu Rəhimov” filminin ssenari müəllifi Rəfiqə
Budaqova, operatoru Rüfət Süleymanovdur.
İkinci film Milli Qəhrəman Şirin Mirzəyevdən bəhs edir. Filmin rejissoru Vüsalə Mirzəyeva bildirdi ki, “Şirin Mirzəyev” filminin çəkilişləri artıq
tamamlanıb: “Film montaj
prosesindədir. Şirin Mirzəyevin
qəhrəmanlığı üç nəslin - uşağın, gəncin,
ağsaqqalın dili ilə verilib”. Filmin ssenari müəllifi Fehruz Şamıyev, operatoru Elşən Həsənoğludur.
“Albert Aqarunov” filminin ssenari müəllifi və rejissoru Yefim Abramovdur. Onun bildirdiyinə
görə, Milli Qəhrəman Albert Aqarunov
haqqında film hazırlıq
dövründədir və
bu yaxınlarda çəkilişlərinə başlanacaq. Filmin operatoru
Elşən Həsənoğludur.
“Qarabağ qəhrəmanları”
layihəsi çərçivəsində
dördüncü film Məzahir
Rüstəmovun keçdiyi
döyüş yolunu
əks etdirir. Ekran əsərinin rejissoru Tofiq Məmmədov filmin hazırlıq işlərinin bitdiyini deyir: “Bu ayın son on günündə filmin Bakıdakı çəkilişləri
qurtaracaq. İyun ayında Məzahir
Rüstəmovun döyüşdüyü
Gədəbəy rayonunda
çəkilşlər davam
etdiriləcək”. Filmin ssenari
müəllifi İ.Hacılı,
operatoru E.Rüstəmovdur.
Layihənin icraçı prodüseri
Nicat Hüseynovun bildirdiyinə görə,
bu filmlər tədris ocaqları və telekanallar üçün nəzərdə
tutulub.
“Qara bayram”
“Salnamə” studiyasında istehsal olunan “Qara bayram” filminin
çəkilişlərinin isə bədii hissəsi artıq yekunlaşmaq üzrədir. Mehriban Ələkbərzadənin
Nadir Bədəlovun ssenarisi
əsasında quruluş
verdiyi tarixi sənədli film üç
hissədən ibarət
olacaq. Filmin prodüseri Böyükağa
Məmmədov, quruluşçu
operatoru Adil Abbasov, quruluşçu rəssamı Əziz Məmmədovdur. Filmdə Məmməd
Əmin Rəsulzadə
obrazını İntiqam
Soltan, Nəriman Nərimanov obrazını
Bəxtiyar Şərifzadə
yaradıb. 1918-ci ilin 31 mart soyqırımına
həsr olunmuş sənədli ekran əsərində Ə.Topçubaşov,
M.Əzizbəyov, S.Şaumyan
obrazları yer alıb. Çəkilişlər isə Azərbaycanla
yanaşı, Rusiya və Türkiyədə də aparılıb.
Filmdə tanınmış alimlərin
də söhbətləri
yer alıb. Yaxın vaxtlarda
filmin montaj işlərinin başlanması
gözlənilir.
Qeyd edək
ki, “Salnamə” studiyasında istehsal olunan “İz...Qala” sənədli filmi hazırda keçirilən
Kann Beynəlxalq Kinofestivalının “Short Corner” bölməsində iştirak
edir. “Təxəllüsü
Mixaylo” filmi isə bir çox
kinofestivalların mükafatlarını
qazanıb.
İntiqam Hacılı
Mədəniyyət.- 2010.- 19 may.- S. 11.