Aktrisa Ofeliya Aslan vəfat edib
Tanınmış
aktrisa Ofeliya Aslan (Əfqanlı) mayın 18-də vəfat
edib. 71 yaşlı aktrisa ürək tutmasından
dünyasını dəyişib.
Qeyd edək ki, Ofeliya
Aslan 1939-cu il yanvarın 27-də Bakıda, görkəmli
aktyor Rza Əfqanlının ailəsində doğulub. 1983-cü
ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun «Musiqili Komediya aktyoru» fakültəsini bitirib. 1963-cü
ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra
isə aktrisa işləyib.
Uzun fasilədən sonra
1997-ci ildə yenidən teatra qayıdıb.
O.Aslanın ilk rolu
«Durna» komediyasında Lalə obrazı olub. Bundan sonra aktrisa
get-gedə püxtələşərək,
«Beşmanatlıq gəlin»də Gülnaz, «Arşın mal
alan»da Telli, «Hicran»da Çarliston, «Axırı yaxşı
olar»da Dilbər, «Bankir adaxlı»da Səmayə və s.
rolları ifa edib.
Aktrisa keçmiş
SSRİ-nin müxtəlif şəhərlərində qastrol
səfərlərində olub. Moskvanın Operetta Teatrında
tamaşaya qoyulmuş R.Hacıyevin «Mama, ya jenyus» əsərində
Bibixanım rolunda çıxış edib.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2010.- 19 may.- S. 6.