Mayda xatırlananlar

 

Peşəsindən asılı olmayaraq hər bir sənətkarın özünəməxsus cəhətləri var. Hətta onların bir çoxu eyni fəsildə, eyni ayda, bəzən eyni gündə doğulmalarına baxmayaraq, eyni peşə sahibləri olsalar belə bir-birlərindən fərqlənirlər. Bu yazıda eyni fəsildə, eyni ayda doğulan iki sənətkarı xatırlayacağıq. İkisi Azərbaycanın unudulmaz xanəndələridir. Hər ikisi musiqi sənətinin sirlərini dahi Üzeyir bəydən alıblar.

 

Hüseynağa Soltan oğlu Hacıbababəyov 1898-ci il mayın 19-da Şamaxıda anadan olub. Lirik-tenor səsə malik olan bu gəncin ifası erkən yaşından ətrafdakıların diqqətini cəlb edir. Tezliklə o, sənət yoluna qədəm qoyur. Bu yol qədər uğurlu olsa da, məşəqqətləri az deyildi. Bircə bunu demək kifayətdir ki, o səhnəmizdə milli qadın ifaçılarının olmadığı dövrlərdə uzun zaman səhnədə Leyli, Əsli, Gülçöhrə, Gülzar kimi qadın obrazlarını oynayıb, musiqi mədəniyyətimizin, teatr sənətimizin inkişafına öz töhfəsini verib. H.Hacıbababəyov 1928- ci ildə Konservatoriyanı bitirib, 1920-1960-cı illərdə Azərbaycan Dövlət Opera Balet Teatrının solisti olub. Vaxtilə qadın obrazları yaratdığı əsərlərdə sonralar baş qəhrəmanları - kişi rollarını bacarıqla ifa edib. Bu sırada Ü.HacıbəylininLeyli Məcnununda Məcnun, “Əsli Kərəmində Kərəm, Z.HacıbəyovunAşıq Qəriboperasında Qərib başqa obrazları qeyd edə bilərik. Bədii məzmunu musiqi dilini bir-biri ilə mükəmməl uzlaşdıran Hacıbababəyov Azərbaycan opera səhnəsində yaratdığı bu digər obrazları ilə xalqın rəğbətini qazanıb.

H.Hacıbababəyov muğam xalq mahnılarının, eləcə bəstəkar mahnılarının mahir ifaçısı olub. Xalqımızın ifaçılıq sənətinə məlahətli səsi ilə gözəl töhfələr bəxş edən sənətkar 1938-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. H.Hacıbababəyov 1972-ci il noyabrın 10-da Bakıda vəfat edib. May ayında doğulan, bu gün xatirələrdə yaşayan digər sənətkarımız Şirzad Hüseynovdur. O da milli opera səhnəmizdə yaddaqalan obrazlar yaradıb.

Erkən yaşlarından muğama maraq göstərib, gur məlahətli səsi, gözəl ifası ilə diqqət çəkib. Dini mərasimlərdə, dram tamaşalarında çıxışlar edən Ş.Hüseynovun sorağını eşidən Üzeyir bəy onu Opera Balet Teatrına dəvət edir. O, əvvəlcə xorda oxuyur. Sonra isə Ş.Hüseynova aparıcı rollar tapşırılır. “Leyli Məcnunoperasında əvvəlcə Zeyd, İbn-Səlam, sonra isə Məcnun rolunu oynayır. Bundan başqa opera səhnəsindəƏsli Kərəm Kərəm Sofi, M.MaqomayevinŞah İsmayıloperasında Şah İsmayıl digər obrazları yaradır.

Ş.Hüseynovu digər opera müğənnilərindən fərqləndirən bir cəhət odur ki, o, vokal üslublu obrazları da yarada bilib. Onun ifa etdiyi Koroğlu obrazı buna nümunə ola bilər. Əlbəttə, Məcnunla Koroğlu obrazları arasında məzmun ifaçılıq baxımından qədər fərqin olması aydındır. Amma Ş.Hüseynov bu rolların hər birini özünəməxsus tərzdə yaratmışdı. Hətta o, klassik rus Qərb operalarında da əsas rolları ifa edib.

Sənətinin fədaisi olan Ş.Hüseynov 1950-ci ildə Opera Balet Teatrından uzaqlaşmasına baxmayaraq, müxtəlif mədəniyyət ocaqlarında çalışaraq ömrünün sonuna qədər mədəniyyətimizin inkişafına xidmət edib. O, 1943-cü ildə Əməkdar artist fəxri adına layiq görülüb. Amma bu sənətkar üçün ən böyük ad, həm bu gün onun yazılı mənbələrdə, lent yaddaşlarında canlı xatirələrdəki əbədiyaşarlığıdır.

1906-cı ilin 14 mayında dünyaya gələn sənətkar elə may ayında - 10 may 1971-ci il il tarixdə vəfat edib.

Yaxşı sənətkarı xalq həmişə anır yad edir . Hüseynağa Hacıbababəyov Şirzad Hüseynov da daim xatırlanan sənətkarlardır.

 

 

Səadət Təhmirazqızı

 

Mədəniyyət.- 2010.- 19 may.- S. 5.