Dost gəlişi
bayram olar
Bu günlərdə Bakı
sakinləri Misir mədəniyyəti ilə
Bugünlərdə Bakıda
səfərdə olan
Misirin təhsil nazirinin birinci müavini Məhəmməd
Cabir Əbu əl Əla ali təhsil
ocaqlarının rəhbərlərilə
görüşüb, “Dünya
sivilizasiyaları kontekstində
Misir mədəniyyəti”
elmi konfransında, Qafqaz Universitetində çıxış edib.
Nazir müavini Misirin Bakıdakı Mədəniyyət Mərkəzinin
yeni binasının rəsmi açılışında
da iştirak edib. Xatırladaq ki, mərkəz 10 ildən çoxdur şəhərimizdə fəaliyyət
göstərir.
Qonaq xalqlarımız
arasındakı yaxınlıq,
dostluq əlaqələrindən,
burada təhsil alan misirli gənclərin
əldə etdikləri
uğurlardan, mənəvi
bağlılığımızdan, mədəni dəyərlərdən
danışaraq 2010-cu ilin
əvvəllərində Misirdə
keçirilən «Azərbaycan
mədəniyyəti günləri»nə olan böyük
maraqdan bəhs etdi. Mərkəzin direktoru doktor Adel Dərviş burada çalışdığı
bir neçə il ərzində görülən işlərdən,
gələcək planlardan
məlumat verdi. Misirin ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri cənab Saber Mənsur toplaşanlara ölkələrimiz
arasındakı mehriban
münasibətdən, əlaqələrin
daha da inkişaf
etdirilməsi imkanlarından
danışaraq Azərbaycan
xalqını qarşıdan
gələn 28 May - Respublika Günü münasibətilə
təbrik etdi, xoş arzularını bildirdi.
Hər iki ölkənin mahnıları, rəqsləri,
musiqisi bir-birini əvəz etdikdən sonra şirin söhbət çay süfrəsi arxasında davam etdirildi. Açılış mərasimində digər ərəb ölkələrinin
Bakıdakı səfirləri
də iştirak edirdilər.
İ.Əsədova
Mədəniyyət.- 2010.- 21 may.- S. 15