Qəmküsar - şair publisist

 

Şair, publisist, ictimai xadim Əliqulu Ələkbər oğlu Nəcəfov (Əliqulu Qəmküsar) 1880-ci il may ayının 24-də Naxçıvanda doğulub. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçı, sonralar isə Culfa gömrükxanasında komissionçu işləyib. Ana babası Məşədi ƏsədMəddahtəxəllüsü ilə şeirlər yazıb, əmisiFanitəxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın tanınmış şairlərindən olub.

 

Qəmküsar 8 yaşından molla məktəbində ərəb fars dillərini öyrənib. Hələ məktəbdə ikən şeir yazmağa başlayıb. 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olub. 1896-cı ildə xəstə atası müalicə üçün Təbrizə gedir Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir.

Bir müddət Təbriz Xorasanda, sonra isə 1913-ci ilədək Naxçıvanda, Culfada yaşayır. Molla Nəsrəddindərgisinə Bakıda dərc olunan qəzet jurnallara şeir məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir.

1912-ci ilin oktyabrında Qəmküsar Tiflisə köçür Mirzə Cəlil ilə birlikdəMolla Nəsrəddinjurnalının dərc olunmasında yaxından iştirak etməyə başlayır. 1916-cı ilin may ayında jurnal müvəqqəti olaraq dayandırılır.

Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. Ölülərkomediyasını əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə Volqaboyu şəhərlərdə oynayırlar. QəmküsarÖlülər Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynayır.

Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları iləMolla Nəsrəddin”, “Yeni füyuzat”, “Həyat”, “İrşad”, “Sədayi-həqq”, “Al bayraq”, “Gələcək s. qəzet jurnallarda çıxış etmişdir. ƏsərləriOtaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, "Sarsaqqulu bəy”, “Qəmküsar başqa imzalarla nəşr edilib. 1917-ci ilin axırında Tiflisdə çıxanAl bayraq”, sonraGələcəkqəzetlərində şeir felyetonlar çap etdirib.

Ə.Qəmküsar 1919-cu il martın 14-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülüb Tiflisdə dəfn edilib.

 

 

Mədəniyyət.- 2010.- 21 may.- S. 14.