Azərbaycanın turizm imkanları BİTE-2010 sərgisində
Bütün dünyada turizm
mövsümünün başlandığı
ərəfə may ayı
hesab edilir. Bu ayda turizmlə
bağlı beynəlxalq
səviyyəli tədbirlər
daha çox təşkil olunur. May ayı ərzində
Mədəniyyət və
Turizm Nazirliyi də ölkəmizi bir neçə beynəlxalq turizm sərgisində təmsil edib.
Bunlardan biri də mayın
13-15-də Bəhreynin Manama şəhərində reallaşıb. BİTE-2010 sərgisində
ölkəmizi Mədəniyyət
və Turizm Nazirliyi Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar
Şıxəmmədov, Tədqiqat
işləri, statistika
və lisenziyalaşdırma
sektorunun müdiri Rəhman Oruclu, həmçinin Dövlət
Mahnı və Rəqs Ansamblının üzvləri təmsil ediblər.
V.Şıxəmmədovun bildirdiyinə
görə, sərgidə
Azərbaycanla yanaşı,
17 ölkədən, o cümlədən
İtaliya, Almaniya, Türkiyə kimi turizm sahəsinin yüksək inkişaf etdiyi ölkələrdən
turizm fəaliyyəti
ilə məşğul
olan 52 şirkət iştirak edib: «Azərbaycanın lövhəsinə
ziyarətçilər tərəfindən
böyük maraq vardı. Nümayəndə heyətimiz sərgiyə
özləri ilə ölkəmizin səfalı
yerlərinin, tarixi abidələrinin, turizm obyektlərinin, hotellərinin
görüntülərini əks
etdirən bukletlər,
xalçalarımız, mətbəximiz haqqında məlumatlar, Bakının
və Azərbaycanın
xəritələri, regionlarımız
haqqında ərəb
və ingilis dillərində ümumiləşdirilmiş
kitablar aparmışdı.
Ziyarətçilərə Azərbaycanın turizm potensialı haqqında geniş bilgilər verildi. Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinin çıxışları
isə bəhreynlilər
və sərginin iştirakçısı olan
digər ölkələrin
nümayəndələri tərəfindən
alqışlarla qarşılandı».
Həmsöhbətimiz bildirdi ki, Bəhreynin
turizm şirkətlərinin
nümayəndələri bizə
yaxınlaşaraq qarşılıqlı
əməkdaşlıqla bağlı
konkret təkliflərlə
müraciət ediblər. Onlar Azərbaycan
Turizm Assosiasiyası və turizm şirkətləri ilə
əməkdaşlıqda çox
maraqlıdırlar.
Sərginin davam etdiyi günlərdə
Bəhreynin kütləvi
informasiya vasitələri
də ölkəmizlə
bağlı məlumatlara
geniş yer ayırıblar. V.Şıxəmmədov
deyir ki, sərginin ilk günündə Bəhreyn
beynəlxalq televiziyasına
müsahibə verib: «Müsahibədə Bəhreynlə
Azərbaycanın dörd
illik əməkdaşlığı,
turizm sahəsində aparılan işlər barədə məlumatlar verdim. Müsahibə Bəhreyn Dövlət Televiziyasının xəbərlər
proqramında yayımlandı.
Ümumiyyətlə, Azərbaycan
haqqında sərgi müddətində hər
gün mətbuatda və televiziyada geniş məlumatlar öz əksini tapırdı».
Bəhreynliləri Azərbaycanda ən çox maraqlandıran turizm növü isə çimərlik və ovçuluq turizmidir. V.Şıxəmmədovun sözlərinə görə,
turizmin bu növlərinə maraq bütün ərəb ölkələrində var:
«Ərəb ölkələrində
indiyə qədər
keçirilən bütün
turizm sərgilərində
bu marağı hiss etmişik. Azərbaycanda ovçuluq turizmi üçün böyük potensial var. Lövhəyə yaxınlaşan əksər
ziyarətçilərin ilk
sualı bu iki turizm növü
ilə bağlı olurdu. Dünyada ölkəmizin turizm
potensialını lazımınca
tanıtdırmaq üçün
belə beynəlxalq səviyyəli sərgilərin
iştirakçısı olmaq
çox vacibdir. Çünki hər ölkəyə çıxış,
yeni-yeni açılışlarda
iştirak yeni münasibətlər, yeni
əlaqələr deməkdir».
Qeyd edək ki, Azərbaycan
BİTE beynəlxalq turizm
sərgisində artıq
3-cü dəfədir iştirak
edir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 21 may.- S. 9.