Ölkəmizin qida məhsulları dünya bazarına çıxır
«World Food Azerbaijan 2010» sərgisində
18 ölkədən 85 şirkət
iştirak edir
Mayın 19-da Heydər Əliyev
adına İdman-Konsert Kompleksində
16-cı Azərbaycan Beynəlxalq
Qida Sənayesi (“World Food
Azerbaijan 2010”) sərgisinin açılışı
oldu. «İteca Caspian LLC” və
“İTE Group PLC” şirkətləri tərəfindən təşkil edilən sərginin keçirilməsinə
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək verilib. Qeyd edək ki, builki sərgidə dünyanın 18 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Bolqarıstan, Latviya, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrdən 85 şirkət iştirak edirdi.
Sərginin açılışında
çıxış edən
Türkiyənin ölkəmizdəki
səfiri Hulusi Kılıç dedi ki, qida sənayesi
dünyada ən vacib sahələrdən biridir. Ona görə də
qida təhlükəsizliyini təmin etmək bütün dünyanın problemidir və insanların bu problemi birgə həll etməsi lazımdır. Səfir bildirdi ki, sərgidə
Türkiyədən 10 şirkət iştirak
edir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının baş
katibi Məmmədəli Əfəndiyev
ölkəmizdə biznesin inkişafı
istiqamətində görülən tədbirlərdən danışdı
və
bildirdi ki, artıq bir sıra Azərbaycan şirkətləri öz məhsullarını
dünya bazarına çıxarıblar.
Dünyadakı qlobal iqtisadi böhrana rəğmən bu gün belə bir sərginin ölkəmizdə keçirilməsinin
sevindirici hal olduğunu deyən “İteca Caspian” şirkətinin
rəhbəri Fərid
Məmmədovun sözlərinə
görə, xarici şirkətlərlə yanaşı,
sərgidə yerli - ”Badamlı”, “Beta”, “Jalə”,
“John Deere”, “PalSüd” və
digər məşhur
ticarət nişanları
da təqdim olunur. Sərginin ümumi iştirakçılarının 60 faizini yerli şirkətlər təşkil edir. Macarıstan, İran,
Fransa,
ABŞ, BƏƏ və
digər ölkələrdən olan
şirkətlər ilk dəfə
sərgidə iştirak
edirlər.
“Delimanco” ilə
saatda 600 pirojna
Açılış mərasimindən sonra sərgi iştirakçılarının
bir neçəsi ilə həmsöhbət
olduq. Bərdə
Yağ-Pendir MMC-nin təmsilçisi İlham Qasımov bildirdi ki, təmsil etdiyi müəssisə
ötən əsrin 70-ci illərində
yaradılıb. Onun sözlərinə görə,
sözügedən zavod fəaliyyətdə
olduğu müddətdə
gündəlik 60 ton süd emal edərək müxtəlif çeşiddə
təbii süd məhsulları istehsal edib ki, bu məhsullar da nəinki respublikamızda, hətta keçmiş
Sovet
İttifaqının digər regionlarında da öz keyfiyyət nişanı ilə
tanınıb: «1993-cü ildən bu günə qədər respublikamızda yaranan iqtisadi və siyasi sabitlik nəticəsində
aparılan özəlləşdirmə proqramı
çərçivəsində bir
çox müəssisələr kimi,
Bərdə
Yağ-Pendir Zavodu da özəlləşdirilib və səhmdar cəmiyyətə
çevrilib.
Hazırda zavod fermerlərdən gündəlik 30 ton süd tədarük edərək, ən son texnologiyalar və dünya standartlarına uyğun olan müxtəlif çeşiddə təbii süd məhsulları istehsal edir».
“Delice-İran”
şirkətinin direktoru
Yaşar Kahribi bildirdi ki, dünyada
10 il ərzində
500-dən artıq “Delimanco”
şöbəsi yaradılıb:
«Bu texnologiya vasitəsilə
bir saat ərzində 600 ədədə
qədər məhsul
istehsal olunur. Koreyalıların istehsalı olan “Delimanco” cihazı ilə yüksək keyfiyyətli pirojna insanın gözü qarşısında istehsal olunur. Tez bir zamanda istehsal olunan bu pirojna un, yumurta və bitki yağından hazırlanıb, içərisi isə
kremlə
doldurulur.
Cihazın alış-veriş mərkəzlərində işlədilməsi münasibdir».
Sərgidə diqqətimizi cəlb edən lövhələrdən
biri də Pakistanın “Hemani” şirkətinə məxsus
idi. Şirkətin meneceri Əli Abbas Xakunun dediyinə görə,
əsası
1949-cu ildə qoyulmuş “Hemani”
bitki ticarətində
böyük təcrübəyə
malikdir:
«Müştərilərin daha təbii yolla faydalanması üçün bitki mənşəli məhsullar istehsal edirik. Məhsullarımız artıq Şimali
Afrika
ölkələrində
və
Şimali Asiyanın bazarlarında ad qazanıb. Əsasən bitki
çayı, bitki
yağları, ətriyyat və kosmetik vasitələr istehsal edirik. Azərbaycanda hazırda bizim brendimiz yoxdur, amma
çox istərdik ki,
olsun və məhsullarımız satılsın. Çünki sizin insanlar bizim
məhsullarla
çox maraqlanırlar”.
«Böyrək suyu»
- böyrəyin təbii
dərmanı...
Naxçıvanda fəaliyyət
göstərən “Böyrək
suyu” MMC-nin sədri Kamran İsmayılov bildirdi ki, 2005-ci ildən “Böyrək” mineral süfrə
suyu və “Savalan-Naxçıvan” böyrək
mineral süfrə suyunun
qazlı və qazsız formada istehsalına başlayıblar:
«Naxçıvanın Şahbuz
rayonunun Dayalıqlı
kəndində fəaliyyət
göstəririk. «Savalan» mineral suyu isə Babək
rayonunun Sirab kəndində istehsal edilir. Bu sular
böyrək suyu su bulağından götürülür. Suyun götürüldüyü
quyunun dərinliyi 76 metrdir. Bu su
böyrək daşı
və iltihabı xəstəlikləri üçün
çox faydalıdır».
Sərgidə Bərdə,
Daşkəsən, Qəbələ,
Salyan, habelə Azərbaycanın digər
rayonlarının yerli
zavod və fabriklərinin məhsulları
- ət, süd və quş əti məhsulları, konservləşdirilmiş məmulatlar,
dondurma, meyvə- tərəvəzlər, uşaq
və pəhriz qidaları, tütün,
bal və digər ənənəvi bölmələr
nümayiş olunurdu.
Qeyd edək ki, sərgi
bu gün (21 may) işini başa vuracaq.
Onu da bildirək ki, artıq növbəti belə sərgilər yeni bir məkanda - “Bakı Ekspo” sərgi və konfrans mərkəzində
keçiriləcək.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 21 may.- S. 9.