Sumqayıtda Tarix Muzeyinin açılışı
və Kitab bayramı
Mayın 19-da Sumqayıt şəhərində Tarix
Muzeyinin açılışı
və III Kitab bayramı keçirildi. Tədbirlərdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, nazirliyin Aparatının rəhbəri Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı
Vaqif Əliyev, Qazaxıstan Respublikası
Aktau şəhərinin
İcra Hakimiyyətinin
başçısı (akim)
Krımbek Kuşarbayev
rəhbərlik etdiyi nümayəndə heyəti
və şəhər
ictimaiyyəti, ziyalılar,
kitabsevərlər, mədəniyyət
müəssisələrinin əməkdaşları iştirak
edirdilər.
Tarix Muzeyi
Sumqayıtın mədəni
həyatına bayram hədiyyəsidir
Açılış mərasimində çıxış
edən şəhər
İcra Hakimiyyətinin
başçısı Vaqif
Əliyev qonaqları salamladı və tədbir iştirakçılarını
bu əlamətdar hadisə münasibətilə
təbrik etdi. Muzeydə görülən
işlər barədə
ətraflı məlumat
verən şəhər
rəhbəri son illər
ərzində Sumqayıtın
mədəni həyatında
bu kimi tədbirlərin
həyata keçirilməsinin
ənənə halını
aldığını vurğuladı.
İcra başçısı
tədbirdə Qazaxıstanın
Aktau şəhərinin
nümayəndə heyətinin
iştirakının əhəmiyyətini
vurğuladı: “Bu günü
hamımız səbirsizliklə
gözləyirdik. Muzeyin açılması
Sumqayıt üçün
xüsusi bir gündür. Qazaxıstan nümayəndələrinin
bugünkü bayramda iştirakı isə bir daha Aktaunun
Sumqayıtla qardaşlaşmış
şəhər olduğunu
göstərdi”.
Qeyd edək ki, Sumqayıt
və Aktau 2009-cu ildə qardaşlaşmış
şəhərlər elan
olunublar. İcra başçısı Sumqayıt
şəhərinin incəsənət
ustalarından ibarət
nümayəndə heyətinin
ötən il
Aktauya səfəri, Qazaxıstan Respublikasının
Dövlət Müstəqilliyi
günü və Dünya Azərbaycanlılarının
Həmrəylik Gününə
həsr olunmuş konsert proqramında çıxış etdiyini
bildirdi.
Sumqayıt şəhərinin
həyatında son illər
bir çox xoş hadisələrin baş verdiyini deyən V.Əliyev şəhərin mədəniyyət
ocaqlarının maddi-texniki
bazasının gücləndirildiyini
iştirakçıların nəzərinə çatdırdı:
“Sumqayıtda yerləşən
mədəniyyət sarayları,
mərkəzləşdirilmiş kitabxana və bir çox musiqi məktəbləri qısa zamanda təmir olunub. Bundan sonra da mədəniyyət
obyektlərinin təmir-bərpa
işləri davam etdiriləcəkdir. Bütün bu
işlərdə Mədəniyyət
və Turizm Nazirliyinin yaxından köməyi olub. Sumqayıt Tarix Muzeyinin açılışı da
buna bariz misaldır».
İcra başçısı
qeyd etdi ki, muzeyin binası
əvvəllər mədəniyyət
obyekti üçün
münasib deyildi: «İndi bina yenidən qurulduqdan sonra muzeyin fəaliyyəti
üçün hər
cür şərait
var. Bu bizi çox sevindirir. Sumqayıt gənc bir şəhər olsa da onun tarixi
zəngindir, muzey üçün çoxlu
eksponatları var. İndi
bu bina muzey
üçün lazım
olan standartlara cavab verir”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt sakinlərini təbrik edərək Tarix Muzeyinin şəhərin mədəni həyatı
üçün əhəmiyyətini
vurğuladı.
Tarix Muzeyinin
açılışının Beynəlxalq Muzeylər Gününə təsadüf
etməsinin xüsusilə
əlamətdar olduğunu
bildirən nazir bu hadisəni beynəlxalq bayrama bir hədiyyə kimi dəyərləndirdi:
“Bu gün ölkəmizdə
tarix-diyarşünaslıq muzeylərinin inkişafı
göz qabağındadır.
İnanıram ki, Sumqayıt
Tarix Muzeyinin kollektivi başda Oliya İslamova olmaqla bu mədəniyyət
ocağının fəaliyyətində
əlindən gələni
edəcəklər”.
Ə.Qarayev qonaqların
diqqətinə çatdırdı
ki, ilk dəfə o, mədəniyyət naziri kimi Sumqayıta səfər edən zaman Oliya xanım
muzeyin yenidən bərpa edilməsi təklifi ilə çıxış edib:
“Sevinirəm ki, belə bir təşəbbüs
eşitdim. Əslində biz bunu bütün
regionlardan gözləyirik.
Təşəbbüsün özü böyük
məsuliyyət deməkdir.
Mədəniyyət işçiləri ziyalı olaraq qərarları qabaqlayıb
prosesə qoşulmalıdırlar.
Yaşadığı regionun mədəni
inkişafının yollarını
görməli və təkliflər verməlidirlər”.
Sumqayıt şəhərinin
gələcəkdə gənclərin
təfəkkürünü formalaşdıran bir siyasət aparacağına
inandığını qeyd
edən nazir gənclərin dövlətçilik
ruhunda tərbiyə olunmasını mədəniyyət
işçilərinin qarşısında
duran əsas vəzifə olduğunu bildirdi: “Mən sumqayıtlıları xalqımızın,
ölkəmizin inkişafında
böyük uğurlara
dəvət edirəm”.
Sonra nazir Əbülfəs Qarayev tədbir iştirakçılarını muzeyə dəvət etdi. Nazir və tədbir iştirakçıları
ikimərtəbəli binadan
ibarət olan Muzeyə baxış keçirərək təqdim
olunan ekspozisiyalarla
Muzeyin fondunda 15 min-dən artıq eksponat mövcuddur. Burada böyük öndər Heydər Əliyevin Sumqayıtın tarixində
olan rolu və şəhərin yubileyləri ilə bağlı stendlər
var. Ekspozisiyalarla
“Kitabxana işçiləri
oxucular arasında təbliğatı gücləndirməlidirlər”
Sumqayıtda keçirilən
ikinci böyük tədbir isə Nizami Gəncəvi adına meydanda
gerçəkləşən III Kitab bayramı idi. Bayrama qatılan mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev və Sumqayıt İcra Hakimiyyətinin başçısı
Vaqif Əliyev kitab stendlərinə tamaşa etdilər. İnformasiya
və maarifləndirici
xarakter daşıyan rəngarəng tərtibatla
yanaşı, meydanı
stendlər və kitab stellajları bəzəyirdi. Latın qrafikası
ilə nəşr olunmuş 10 min kitab 30 bölmədə 10 mövzu
üzrə təqdim edilirdi. “Heydər Əliyev və milli mədəniyyət”,
“Yeni kitablar”, “Uşaqlara hədiyyə”,
“Dünya ədəbiyyatı”,
“Müasir Azərbaycan
mədəniyyəti”, “Qarabağ
- qan yaddaşımız”
və s. mövzularda stendləri nəzərdən
keçirən nazir Sumqayıt sakinlərinin kitaba olan münasibətini
soruşdu.
Gənclərdən yalnız bir-iki nəfər kitab oxuduğunu bildirdi. Mədəniyyət
və turizm naziri ədəbiyyatı kütləviləşdirmək məqsədilə ardıcıl
olaraq üç ildir ki, respublikamızın
bölgələrində kitab
bayramları keçirildiyini
qeyd etdi: “Bu tədbirlər kitaba marağın qaytarılması
üçün əsas
vasitədir. Kitabxana işçiləri oxucular arasında təbliğatı gücləndirməlidirlər”.
Nizaminin abidəsi qarşısında
nümayiş olunan səhnəciklər bayramın
ən maraqlı məqamı oldu. Qonaqları Dədə
Qorqud salamladı.
Hüseyn Ərəblinski
adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının
aktyorları kitab haqqında maraqlı fikirlər, kəlamlar, aforizmlər səsləndirdilər.
Teatrın aktyorları Sumqayıt
Mədəniyyət Evinin
iştirakı ilə
müxtəlif tamaşalar
və səhnəciklər
nümayiş etdirdilər.
Qeyd edək
ki, kitab bayramından sonra nazir Sumqayıt şəhər Bülbül
adına 2 saylı İncəsənət
Məktəbində aparılmış
təmir işləri
ilə yaxından
İntiqam Hacılı
Mədəniyyət.- 2010.- 21 may.- S. 8.