Fransızlar Azərbaycan muğamının cazibəsində
Fransanın Eql şəhərinin
1000 illik yubiley tədbirlərində səslənən
muğamlarımız böyük
maraqla qarşılanıb
Mayın 13-14-də Fransanın ölkəmizdəki səfirliyinin
dəvəti, Azərbaycan
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyilə muğam
üçlüyü - Beynəlxalq
Muğam Festivalının
laureatı gənc xanəndə Vəfa Orucova, tarzən Rüfət Həsənov,
kamança ifaçısı
Elnur Mikayılov Fransanın Eql şəhərinin 1000 illik
yubiley tədbirlərində
iştirak ediblər.
Fransada ilk dəfə səfərdə
olan gənc musiqiçilərimiz xoş
təəssüratla qayıdıblar. “Fransada
Azərbaycan muğamlarını
yüksək qiymətləndirir
və sevirlər. Biz Azərbaycandan olan ilk musiqiçilər idik ki, bu
ölkənin qədim
Eql şəhərində
çıxış edirdik”
- deyə Rüfət
Həsənov təəssüratlarını
bölüşdü. O, şəhərin
yubiley tədbirlərində,
Azərbaycanla yanaşı,
İsveçrə, Almaniya,
Türkiyə və başqa ölkələrdən
də nümayəndələrin iştirak etdiyini bildirdi.
Azərbaycan musiqiçiləri
yubileyin açılışında
və bağlanışında
çıxış ediblər.
Dünya mədəniyyətinə
böyük töhfələr
vermiş Fransanın tələbkar tamaşaçıları
qarşısında “Segah”,
“Çahargah”, “Bayatı
Şiraz”, “Mahur hindi” muğamlarını
təqdim edən musiqiçilərimizin ifası
alqışlarla qarşılanıb.
Musiqiçilərimiz muğamlarla
yanaşı xalq və bəstəkar mahnıları da ifa ediblər. Tədbirdən sonra şəhərin meri sənətçilərimizə yanaşaraq musiqi alətlərimizlə maraqlanıb.
Vəfa Orucova:
«Mer mənə müraciətlə «Sizin qeyri-adi səs tembriniz var, o zəngulələri necə
edirsiniz. Bu, Allah vergisidir, yoxsa o səsi
idarə eləməyin
texnikası var?” deyə soruşdu. Mən də dedim ki, Allah
vergisidir”.
Musiqiçilərimiz Eql şəhəri barədə
təəssüratlarını da bölüşdülər.
“Bu şəhər İçərişəhərə bənzəyir, abidələri,
qədimliyi olduğu kimi qoruyub saxlamağa
çalışırlar”, - deyə Elnur Mikayılov bildirdi.
Musiqiçilərimiz yubiley tədbirinin bir yaddaqalan məqamını da qeyd etdilər. Onların sözlərinə görə, ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov Eql şəhərinin merinə Azərbaycan xalçası bağışlayıb. Mer bu hədiyyəni hörmətlə qəbul edi
Musiqiçilərimiz bu maraqlı, yaddaqalan səfərin təşkil olunmasına görə Mədəniyyət və
Turizm Nazirliyinə təşəkkürlərini bildirdilər.
Təranə
Mədəniyyət.- 2010.- 21 may.- S. 5.