“Sevgi fəsli”nin təqdimatı oldu
Mayın 19-da Milli Kitabxanada
Mədəniyyət və
Turizm Nazirliyinin maliyyə dəstəyilə
nəşr olunan İslam ölkələri
şairlərinin şeirlərindən
ibarət “Sevgi fəsli” antologiyasının
təqdimat mərasimi
keçirildi. Tədbiri
giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov son illər İslam Konfransı Təşkilatına
üzv olan ölkələr arasında
müxtəlif sahələrdə,
o cümlədən mədəniyyət
sahəsində əməkdaşlığın
genişləndiyni vurğuladı.
Tədbirdə çıxış edən
Mədəniyyət və
Turizm Nazirliyinin Nəşriyyat, reklamın
təşkili və informasiya şöbəsinin
müdiri Vaqif Bəhmənli “Bakı-İslam
mədəniyyətinin paytaxtı
- 2009” çərçivəsində bir sıra uğurlu
tədbirlərin gerçəkləşdiyini,
yeni nəşrin işıq üzü görməsini bu tədbirlərin davamı
olduğunu bildirdi. V.Bəhmənli Azərbaycan dilində çap edilən antologiyanın digər dillərdə də nəşrinin zəruriliyini
qeyd etdi. Onun sözlərinə görə,
Azərbaycanda həyata
keçirilən mədəniyyət
siyasəti bu sahədə yeni-yeni uğurlu addımların atılmasına, dünya və ölkə əhəmiyyətli tədbirlərin
keçirilməsinə imkan
verir.
Nazirliyin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu tərcümə
sahəsində yeni kitab layihələrinin həyata keçirilməsi
istiqamətində işlərin
getdiyini, dünya poeziya nümunələrindən
ibarət iki cildlik toplunun nəşr olunacağını
söylədi.
Antologiyanın tərtibçisi
və redaktoru Ağacəfər Həsənli
yeni nəşrdə
16 İslam ölkəsindən
olan şairlərin şeirlərinin toplandığını,
gələcəkdə belə
layihələrin davam
etdiriləcəyini dedi.
O, Rusiya Federasiyası
ərazisində yaşayan
türkdilli xalqların
şair və yazıçılarının əsərlərindən ibarət
kitabın çapının
da gərəkli olduğunu bildirdi.
Tədbirdə tərcüməçilər kitabda
dərc olunan şeirlərdən nümunələr
oxudular.
Ceyhun
Mədəniyyət.- 2010.- 21 may.- S. 5.