İncəsənət tariximizin pillələri

 

Muzey Mərkəzində bu mövzuda sərgi açıldı

 

Mayın 19-da Muzey Mərkəzinin Sərgi Qalereyasındaİncəsənət tariximizin pillələrimövzusunda sərgi açıldı. Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev sərginin əhəmiyyətindən, Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrindən, rəssamlıq sənətinin tarixini yaradan sənətkarlar haqqında danışdı: «XX əsr Azərbaycan incəsənət tarixi bir neçə mərhələ ilə müəyyənləşir. Ötən əsrin əvvəllərindən 1940-cı ilə qədərki dövrdə Azərbaycan təsviri sənətində əsaslı dəyişikliklər baş verib, yeniliklər meydana gəlib. Bu dövrdə Bakıda Rəssamlıq Məktəbi yaranıb, həmin məktəbin yetirmələri olan bir çox Azərbaycan rəssamları keçmiş SSRİ-nin nüfuzlu ali rəssamlIıq məktəblərini müvəffəqiyyətlə bitirərək vətənə qayıdıb incəsənət xəzinəmizə töhfələr veriblər».

Nazir müavini ötən əsrin əvvəllərində yaşayıb-yaratmış rəssamların yaradıcılığında yeni dövr sənətkarlarının faydalanması üçün çox cəhətlərin olduğunu diqqətə çatdırdı: «İncəsənət tariximizdə önəmli səhifə olan müharibəyəqədərki dövrdə yaradılmış əsərlərin tamaşaçılara, xüsusən gənclərə təqdim olunması tanınmış rəssamlarımızın yaradıcılığının təbliği məqsədilə nümayiş etdirilən sərgi həm yeni nəslə bir nümunədir».

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev isə öz çıxışında XX əsr Azərbaycan incəsənəti tarixinin mərhələlərindən, 1940-cı ilə qədər olan dövrdə təsviri sənətimizdə baş verən əsaslı dəyişikliklərdən, yeniliklərdən söz açdı: «Həmin dövrdə yaradılmış incəsənət əsərləri xalqımızın yaşadığı tarixi dövrün xüsusiyyətlərini özünəməxsus şəkildə nümayiş etdirir».

Sonra sərgiyə baxış keçirildi. Sərgidə Bəhruz Kəngərli, Əzim Əzimzadə, Reyhan Topçubaşova, Salam Salamzadə, Rüstəm Mustafayev, Böyükağa Mirzəzadə, Fuad Əbdürrəhmanov digər tanınmış fırça tişə ustalarının rəngkarlıq, qrafika heykəltəraşlıq əsərləri nümayiş etdirilirdi.

Sərgi mayın 24-dək davam edəcək.   

 

 

Mehparə

 

Mədəniyyət.- 2010.- 21 may.- S. 4.