Suğra xanımın
solmayan çiçəkləri
Rəvayətə görə, Yaponiyanın
çay dəstgahı
ustası Rikyunun məşhur bir çiçəkli bağı
varmış. Bir gün
hökmdar bağa baxmaq istəyir. Bağa girəndə çiçəklərin
hamısını dərilmiş
görür. Qəzəblənmiş hökmdar çay dəstgahı otağına
daxil olur və orada yeganə
gül budağında
ikebano görür.
Rikyu öz bağındakı çiçəklərin
hamısını qurban
vermişdi ki, onların gözəlliyini
birində, həm də ən yaxşısında nümayiş
etdirsin.
Suğra Bağırzadə də sənətə bu arzuyla gəlmişdi. O, güllərin
hamısının ömrünü
uzatmaq istəyirdi. Gözünü açandan evlərində
müxtəlif güllər
görmüşdü. Anası Məleykə xanım çiçəkləri çox
sevərdi. Amma güllər
solanda kədərlənərdi.
Və o vaxtdan da Suğra
xanım güllərin
ömrünü uzatmaq,
anasının sevincinə
sevinc qatmaq istədi. Kiçik yaşlarından güllərlə oynamaq sevimli əyləncəsi idi. Peşəkar sənətə çox sonralar gəldi. Və floristikanı əsl
sənət səviyyəsinə
qaldırdı. Bu, çox mürəkkəb
bir işdir. Bu sahədə nəyəsə
tez nail olmaq mümkün deyil. Bir əsəri araya-ərsəyə gətirmək
üçün azı
iki il
vaxt lazımdır.
Floristikanın ikebanodan fərqi ondadır ki, burada güllər keramikaya çevrilir və ömrü daha uzun olur. İkebano isə
canlı güllərdən
hazırlanır. Suğra
xanım deyir ki, hər gülün
öz xüsusiyyəti
var: «Ona görə də işləyəndə onların
ləçəklərinin qalınlığından asılı
olaraq məhluldan istifadə edirəm. Əlbəttə, zərif
ləçəklərə daha az məhlul lazım olur. Belə güllərlə işləmək həm çətindir, həm də daha çox
vaxt aparır. Məsələn, mənim
«Zəfəran ömrü»
adlı bir tablom var. Bu əsər üzərində düz dörd il
işləmişəm. Burada zəfəran
bitkisinin bütün ömrü - qönçə,
çiçək, bar verən
və solmuş yarpaqlar - dövrləri əks olunub».
Suğra xanım
«Haqq yolu» adlı əsərini isə üç ilə başa çatdırıb: «Burda
istifadə etdiyim hər şeyi o müqəddəs torpaqdan
- Məkkədən gətirmişdim.
Namaz xalçası, oradan gətirdiyim torpaq, Kəbədə nurlandırılmış
buğda və ağ qızılgüllərdən
istifadə etmişəm».
Suğra xanımın yaratdığı
əsərlər dünya
floristləri tərəfindən
çox yüksək
qiymətləndirilir. O, floristika
sahəsində yeni,
professional sənət yaratdığına
görə Dünya Floristlər Şurasının
sertifikat və diplomlarına layiq görülüb, Fransada,
Malayziyada, Sankt-Peterburqda
və Latviyada keçirilən sammitlərin
iştirakçısı olub
və əsərlərini
təqdim edib. İndi də payızda Yeni Zelandiyada keçiriləcək növbəti
sammitə hazırlaşır.
Dünya
Floristlər Şurasına
27 ölkə daxildir.
Suğra
Bağırzadə bu
təşkilatda türkdilli
ölkələrin yeganə
təmsilçisidir.
Suğra xanımın 300-dən çox
əsəri var. Azərbaycan
Rəssamlar İttifaqında,
miniatür muzeydə altı dəfə fərdi sərgisi olub. Üç əsəri Muzey
Mərkəzində nümayiş
etdirilir. Hazırda 20-dək əsər üzərində
işləyir. Bu işlər hazır olanda yeni fərdi
sərgisini təqdim edəcək.
Suğra xanım yaradıcı insandır. Hələ uşaq ikən
oxuduğu «Cücələrim»
mahnısı ilə çox məşhurlaşmışdı.
Yaxşı səsi olduğuna görə 2-ci
sinifdə oxuyarkən
onu C.Cabbarlı adına «Azərbaycanfilm»
kinostudiyasının dublyaj
şöbəsinə işə
götürüblər. 14 yaşında «Yollar və küçələr»
adlı qısametrajlı
bədii filmə çəkilib. Bir il sonra
«Ulduz» filmində Yetər roluna dəvət olunub.
Ali təhsilini Neft-Kimya İnstitutunun kimya texnologiyası fakültəsində
alıb. Sonra tale yenidən onu
kinostudiyaya gətirib.
Bu dəfə mühəndis kimi aşkarlanma sexində işə başlayıb.
Sonra plyonka sexində işləyib. Bu illər ərzində Suğra xanım neçə-neçə bədii
filmə, axır vaxtlar isə bir neçə klipə çəkilib.
S.Bağırzadə Azərbaycan Rəssamlar və Kinematoqrafçılar
ittifaqlarının üzvüdür,
respublikanın Əməkdar
artistidir. Həm aktyor, həm də rəssam kimi işini çox sevir:
- Hər
ikisi incə sənətdir. Bəzən ikebano, canlı
güllərdən kompozisiya
da işləyirəm.
Kinoya çağırırlarsa, bu
işlərimi saxlayıram,
filmə çəkilirəm.
Sonra yenidən öz sevimli işimlə - güllərimlə məşğul
oluram. Kinostudiyada
həm iş otağım, həm də gül bağçam var. Əsərlərim
üçün lazım
olan məhsulu - gülləri özüm yetişdirirəm.
- İşlərinizlə maraqlananlar,
alıcılarınız varmı?
- Şəxsi saytımda əsərlərimin fotoqalereyasını
yerləşdirmişəm. Əsərlərimlə
Suğra Bağırzadə floristika
sahəsində təkcə
respublikamızda yox, həm də dünyada tanınan mütəxəssisdir. İnanırıq ki, davamçıları da olacaq.
Sədaqət Yusifqızı
Mədəniyyət.- 2010.- 26 may.- S. 15.