Böyük türkmən
şairi Bakıda yad edilib
Ötən həftəsonu Bakıda qardaş türkmən xalqının böyük
şairi, filosof Məhdimqulu Fəraqi ilə bağlı bir sıra tədbirlər
keçirilib. M.F.Axundov adına Milli Kitabxanada təşkil edilmiş toplantıda direktor Kərim Tahirov türkmən ədəbiyyatının klassiki
olan Məhdimqulunun
(1733-1793) yaradıcılığından,
xalqlarımız arasındakı
yaxınlıqdan ətraflı
bəhs etdi. Qeyd olundu ki,
türkmən şairin
yaradıcılığına Qasım bəy Zakir, Molla Pənah
Vaqifin poeziyasının
təsiri olub. Məhdimqulu Azərbaycanda
da sevilə-sevilə oxunan şairlərdəndir.
Şairin 5 kitabı ölkəmizdə 25 min tirajla (“Dünya ədəbiyyatı klassikləri”
silsiləsindən) çap
olunub.
Milli Kitabxananın fondunda Məhdimqulunun Azərbaycan
və rus dillərində nəşr
olunmuş kitablarından
ibarət sərgi qonaqların marağına
səbəb olub. Türkmənistanın
Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri cənab Annaməmməd Məmmədov
çıxış edərək
səmimi qarşılanma
üçün ölkəsindən
gələn nümayəndə
heyəti adından minnətdarlığını bildirdi. Xalqlarımız, ölkələrimiz arasındakı əlaqələrin
tarixindən, mənəvi
köklərimizin eyniliyindən
geniş danışan
diplomat ədəbiyyatımızın
da bir-birinə yaxın olduğunu açıqladı. O, Azərbaycan
Milli Kitabxanası ilə bundan sonra da bir
çox müştərək
layihələr həyata
keçiriləcəyini
dedi.
Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu adına Dil və Ədəbiyyat
İnstitutunun
şöbə müdiri Çarı
Quliyev,
Türkmənistan EA-nın Milli Əlyazmalar İnstitutunun baş
mütəxəssisi
Atamurad Saparmuradov şairin yaradıcılığından ətraflı
bəhs edərək bildirdilər ki,
o, Sədi, Əlişir Nəvai, Füzuli, Nəsimi əsərlərindən bəhrələnib.
Türkmənistandan gələn qonaqlar bir sıra görüşlər keçirdikdən sonra Məhdimquluya həsr olunmuş tədbir hər iki
ölkənin incəsənət ustalarının iştirakı ilə
R.Behbudov adına Mahnı Teatrında davam etdirildi.
İradə Əsədova
Mədəniyyət.- 2010.- 26 may.- S. 12.