Oğuzda ədəbi-bədii
gecə keçirilib
Azərbaycanın dilbər guşələrindən
biri də dağlar qoynunda yerləşən Oğuz
rayonudur. Təbii gözəlliyinə görə
hər kəsi heyran qoyan bu
məkana “Azərbaycanın
İsveçrəsi” deyirlər.
Elə bu gözəlliklərdir ki,
bu yurdun insanlarının hiss və duyğularını
bədii sətirlərə
çevirməyə ruhlandırır.
Bu gün Oğuzda 40-a yaxın yazıb-yaradan insan var. Müəlliflərin fərdi nəşr
olunmuş kitablarından
başqa onların yaradıcılıqlarından ən
gözəl, seçmə
nümunələr iki
almanaxda - 2002-ci ildə
“Kövrək addımlar”
və 2006-cı ildə
isə “Oğuzun sözü” adı ilə nəşr edilib.
Oğuzda “Qönçə” ədəbi
birliyi də fəaliyyət göstərir. Bu
günlərdə rayonun
tarix-diyarşünaslıq muzeyində keçirilən
«Mənim kimliyimi, mənim adımı, Vətənimdən soruş,
elimdən soruş» adlı musiqili ədəbi-bədii gecə
oğuzlu yazarlara həsr olunmuşdu. Tədbirdə yerli yazarlardan Yusif Rzayev, Mübariz Orucov, Firuzə Qarayeva, Əli Əliyev, Vaqif Əmrahov, Qəsidə Abdullayeva iştirak ediblər. Onların hər biri müxtəlif
peşə sahibləri
olsalar da, yaradıcılıqla müntəzəm
məşğul olurlar.
Tədbirin gedişində dəvətli
qonaqlar sazın, sözün sehriylə, özlərinin də qeyd etdikləri kimi, gündəlik yaşamın axarından uzaqlaşaraq fərqli bir aləmə düşüblər. Əsas
ideya isə bu oldu ki,
hər kəs gərək elə yaşasın ki, elindən, obasından soruşulduqda varlığı və kimliyi yada düşüb,
xoş hisslərlə
xatırlansın.
Tədbirdə RİH-nin məsul işçisi T.Daşdəmirov, mədəniyyət və
turizm
şöbəsinin müdiri U.Baxışova, gənclər və
idman idarəsinin rəisi R.Mahmudov,
rayon bələdiyyəsinin nümayəndəsi E.Əliyev, MKS-nin, Heydər Əliyev muzeyinin, Uşaq kitabxanasının, rayon mədəniyyət evinin işçiləri, 2 saylı
orta məktəbin şagird
və müəllimləri iştirak
ediblər.
A.Xuduyeva,
Oğuz rayon tarix-diyarşünaslıq
muzeyinin direktoru
Mədəniyyət.- 2010.- 26 may.- S. 12.