Astarada kənd mədəniyyət işçiləri ilə görüş keçirildi

 

Mayın 25-də Mədəniyyət Turizm Nazirliyinin məsul işçiləri Astarada kənd mədəniyyət işçiləri ilə görüş keçirdilər.

 

Görüş regionlarda, xüsusilə kənd mədəniyyət müəssisələrinin fəaliyyətində mövcud olan problemlərin, habelə vətəndaşların müraciətlərində qaldırılan müvafiq məsələlərin yerində araşdırılması həlli yollarının müəyyənləşməsinə həsr olunmuşdu. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının səhiyyə, təhsil mədəniyyət üzrə müavini Natiq İbadov, rayon kənd mədəniyyət müəssisələrinin rəhbərləri işçiləri iştirak edirdi.

Tədbiri açan N.İbadov sözü Mədəniyyət Turizm Nazirliyinin Aparatının rəhbəri Firudin Qurbanova verdi. F.Qurbanov regionların iqtisadi inkişafı ilə bağlı görülən işlər, mədəniyyət turizm sahəsində dövlət siyasətinin əsas istiqamətləri, son zamanlar mədəniyyət müəssisələrində aparılan quruculuq bərpa işləri haqqında ətraflı məlumat verdi. Görüşdə rayon mədəniyyət müəssisələrinin fəaliyyətindən, mövcud çatışmazlıqlardan, onların həlli yollarından söz açıldı. F.Qurbanov qeyd etdi ki, bölgələrdəki mədəniyyət müəssisələrinin rəhbərləri, mədəniyyət işçiləri mövcud problemlər, onların həlli ilə bağlı təkliflərini daha aktiv şəkildə bildirməli, təşəbbüslər irəli sürməlidirlər.

Toplantıda Astara rayon Mərkəzi Kitabxana Sisteminin, Tarix-Diyarşünaslıq Muzeyinin, Heydər Əliyev Muzeyinin direktorları, digər mədəniyyət müəssisələrinin rəhbərləri çıxış etdilər. Sonda rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov çıxış edərək Astara rayonunun mədəniyyət müəssisələrindəki problemlərdən danışdı ölkə prezidentinin mədəniyyət turizmlə bağlı sərəncamlarına, Mədəniyyət Turizm Nazirliynin müvafiq qərarlarına uyğun şəkildə bu problemlərin aradan qaldırılacağını bildirdi. Rayon mədəniyyət müəssisələrinin rəhbərləri bu istiqamətdə görəcəkləri işləri diqqətə çatdırdılar.

Qeyd edək ki, F.Qurbanov Astara rayonunun bir neçə kəndində mədəniyyət müəssisələrinin vəziyyəti ilə tanış oldu.

Tədbir barədə növbəti sayımızda ətraflı məlumat verəcəyik.

 

 

İ.Hacılı

 

Mədəniyyət.- 2010.- 26 may.- S. 3.