Bakıda Avropa Şurasının gender bərabərliyi mövzusunda
konfransı keçirilib
Mayın 24-25-də Bakının
“Gülüstan” sarayında
Avropa Şurasının
qadınlar və kişilər arasında bərabərlik məsələlərinə
məsul nazirlərinin
mövzusunda VII konfransı
keçirilib. «Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin
təmin olunması” adlı konfransda Avropa Şurasına üzv dövlətlərin
müvafiq sahədə
fəaliyyət göstərən
qurumlarının rəhbərləri,
ABŞ-dan, Vatikandan, Kanadadan, Yaponiyadan və Meksikadan dəvət olunmuş qonaqlar, Bakıdakı diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının
təmsilçiləri iştirak
ediblər. Tədbirin açılış mərasimində Prezident Administrasiyasının humanitar
siyasət məsələləri
şöbəsinin müdiri
Fatma Abdullazadə ölkə başçısı
İlham Əliyevin konfrans iştirakçılarına
təbrik məktubunu oxuyub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mərasimdə çıxış
edib. Son illərdə Azərbaycan
paytaxtının bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini deyən Mehriban Əliyeva gender bərabərliyinə həsr
olunmuş konfransın
Bakıda keçirilməsinin
əlamətdar hadisə
olduğunu vurğulayıb:
«Gender və hüquqlar
bərabərliyi hər
hansı demokratik cəmiyyətin ən mühüm əsaslarından
biridir. XX əsr
Azərbaycan qadınının
həyatında da yeni dövrün başlanğıcı hesab
edilə bilər.
1918-ci ildə Azərbaycan müsəlman
Şərqində ilk demokratik
respublika olaraq qadınlara seçmək
və seçilmək
hüququnu verib.
Müasir Azərbaycanda elə
bir sahə yoxdur ki, orada
qadınlar iştirak etməsin. Onlar idarəçilik, hüquq-mühafizə və
ədliyyə orqanlarında
təmsil olunurlar, biznes fəaliyyəti ilə məşğul olur, siyasi və
ictimai proseslərdə
iştirak edirlər».
Konfransda çıxış
edən Avropa Şurasının baş
katibinin müavini xanım Mod de Bur Bukikkio vurğulayıb ki, qadınlara və kişilərə fərqli
münasibət bəsləyərkən
biz, həmçinin genderlə
bağlı struktur stereotiplərin aradan qaldırılmasına nail olacağıq:
«Konkret tədbirlər
görülməlidir ki,
həm təhsildə,
həm KİV-də bu cür dəyişikliklərin
həyata keçirilməsi,
gender bərabərliyinin təmin
edilməsi mümkün
olsun».
Bakıda keçirilən konfransda iştirak etməkdən məmnun olduğunu bildirən BMT baş katibinin müavini xanım Aşa Rouz Migro belə
bir aktual mövzunun müzakirəsi
üçün yaradılmış
şəraitə və
qonaqpərvərliyə görə
Azərbaycan hökumətinə
minnətdarlıq edib.
Sonra konfransda müxtəlif ölkələrin
nümayəndələri çıxış
ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova müzakirələrə sədrlik
edib.
Konfrans mayın 25-də qətnamənin
və fəaliyyət
planının qəbul
olunması ilə başa çatıb.
Mədəniyyət.- 2010.- 26 may.- S. 2.