İnanıram ki, Azərbaycan tamaşaçısı
ifamı bəyənib
zövq aldı
Türkiyəli skripkaçı Pelin Halkaçı
Bakıdan zəngin təəssüratla ayrıldı
Bu günlərdə Türkiyənin
tanınmış skripkaçısı, Memar Sinan
Universitetinin musiqi fakültəsinin dosenti, Borusan Filarmoniyasının
simfonik orkestrinin baş skripkaçısı Pelin
Halkaçı paytaxtımızın qonağı oldu. Sənətçi mayın 25-də M.Maqomayev adına Dövlət Filarmoniyasında
maraqlı konsert proqramı ilə çıxış etdi.
İndiyədək dünyanın
bir çox ölkələrində - İsrail,
Britaniya, Gürcüstan,
Macarıstan, Rumıniyada
geniş tamaşaçı
rəğbəti qazanan
solo konsertlərlə
çıxış edən
sənətçinin Azərbaycana ilk səfəri barədə
təəssüratını öyrəndik:
- Bakıya dəvəti çoxdan gözləyirdim.
Burada konsertimin gerçəkləşməsində Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Fəxrəddin Kərimovun xüsusi rolu var. Bu
məşhur sənətçi
1991-2004-cü illərdə İstanbulda çalışıb.
Bir-birimizi yaxşı
tanıyırıq. 1995-ci ildə
İstanbulun Böyükşəhər
bələdiyyəsi orkestr
yaratmaq istəyi ilə Fəxrəddin bəyə müraciət
etdi. Həmin orkestrdə mən baş skripkaçı, həyat yoldaşım Gökhan isə orkestrin müdiri olmaqla yanaşı, həm də violençeldə ifa edirdi. Fəxrəddin bəylə Türkiyədə
dəfələrlə konsertlərdə
çıxış etmişik.
Bakıya səfər
etməkdən, Azərbaycan
tamaşaçısı ilə
də ünsiyyətdə
olmaqdan çox məmnunam. İnanıram
ki, gələcəkdə
Azərbaycana belə qastrol səfərlərim
çox olacaq.
- Sənətə gəlişiniz
necə olub? Nə üçün məhz skripka ifaçılığını seçmisiniz? Ailənizdə
sizdən savayı musiqiçilər varmı?
- Xeyr, ailəmizdə məndən
başqa musiqiçi yoxdur. Musiqiçi olmağımı isə atam istədi və mən də skripkanı seçdim. Skripka, violençel, piano müasir dünyanın musiqi alətləridir. Bunlar sadəcə bir xalqa məxsus
deyil. Bu gün müasir dünya musiqisində skripkanın mühüm yeri var. 8 yaşımdan
bu alətdə ifa edirəm. Hazırda Türkiyənin
ən gözəl orkestri olan Borusan
Filarmoniyasının simfonik
orkestrinin baş skripkaçısıyam. Hələ
tələbəlik illərindən
başlayaraq təkcə
Türkiyədə deyil,
xarici ölkələrdə
də tez-tez konsert proqramları ilə çıxış
etmişəm. Tələbələrim
də çoxdur.
- Repertuarınızda
Qərb, yoxsa türk bəstəkarlarının
əsərlərinə daha
geniş yer ayırırsınız?
- Həm
Qərb, həm də türk bəstəkarlarının əsərlərinə
müraciət edirəm.
Hər halda Türkiyədə alman bəstəkarlarının sayı
qədər bəstəkar
yoxdur. Amma çox sevdiym türk bəstəkarları
var. Ümumiyyətlə,
ifamda seçimə gəlincə, bu bəstəkardan və onun əsərindən asılıdır.
- Bəs Azərbaycan bəstəkarlarına necə,
müraciət etmisinizmi?
- Təbii.
Onların əsərlərini
soloda ifa etmək imkanım olmasa da, sənətçi
kimi fəaliyyətə
başlayandan bəri Azərbaycanın tanınmış
bəstəkarları haqqında
məlumatım var. Amma bir neçə
il əvvəl maestro Fəxrəddin bəylə «Nizami» simfoniyasını ifa etmişdik. Yuxarıda qeyd etdiym kimi,
1995-ci ildən biz birlikdə eyni orkestrdə çalışmışıq.
Biz həm opera, həm də simfonik orkestr kimi fəaliyyət
göstərirdik. Həmin
vaxt konsert proqramlarının birində
dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin «Arşın
mal alan» musiqili komediyasını səhnəyə qoymuşduq.
Bundan başqa Fikrət Əmirovun «Kürd-ovşarı»
Azərbaycan kapriçiosu,
Soltan Hacıbəyovun
«Karvan», Üzeyir Hacıbəylinin «Koroğlu»
üvertürasını səsləndirdik,
Bursada Qara Qarayevin gecəsini keçirdik və çox uğurlu alındı. Gələcəkdə
bu əsərləri daha tez-tez öz
repertuarımıza daxil
edəcəyik.
Demək istəyirəm
ki, getdikcə Türkiyədə Azərbaycan bəstəkarlarının
əsərlərinə daha çox diqqət yetirilir. Çünki biz eyni millətik. Azərbaycanın istər
klassik, istərsə də müasir bəstəkarlarıını Türkiyədə yaxşı
tanıyırlar. Onu da deyim ki,
Türkiyədə çoxlu
tanınmış Azərbaycan
sənətçisi fəaliyyət
göstərir. Onların
bəziləri orkestrdə
çalışır, digərləri
universitetlərdə müəllim
işləyirlər. Məsələn,
Sərvər Qəniyevi,
bizim orkestrdə çalışan Rüstəm
Mustafayevi və digərlərini tanıyıram.
Amma onlar məni daha yaxşı tanıyırlar.
- Pelin xanım, bu gün Türkiyədə
klassik musiqinin yeri necədir və sənətçi olaraq onun bugünkü
durumu sizi qane edirmi?
- Bu gün
Türkiyədə klassik
musiqi konsertlərinə
gələn tamaşaçılar
arasında gənclər
çoxluq təşkil
edir. Mən Avropa ölkələrində
çoxlu konsert proqramları ilə çıxış etmişəm
və şahidi olmuşam ki, zalda əyləşənlərin
əksəriyyəti yaşlı
adamlardır. Türkiyədə
gənclərin klassik
musiqini dinləməyə
belə kütləvi
formada meyil etməsi çox gözəldir. Düşünürəm ki, indi uşaqlar üçün
musiqi layihələri
gerçəkləşdirmək lazımdır. Çünki
15-20 il sonra klassik musiqinin tamaşaçıları onlar
olacaq və uşaqlara uyğun layihələri gerçəkləşdirmək
lazımdır ki, insanların həyatında
musiqi daha böyük yer tuta bilsin. Ölkəmizdə operalar
göstərilən zaman
iki ay əvvəldən
bilet almaq lazımdır.
Amma
çatışmayan məqam ondan ibarətdir ki, Ankara,
İstanbul, Mersin, İzmir, Antalya şəhərlərindən
başqa, Türkiyənin digər şəhərlərində
opera teatrları yoxdur. Türkiyədə
81 vilayət olduğu
halda onların yalnız 6-da opera teatrı fəaliyyət göstərir. Düşünürəm
ki, dövlət mədəniyyət siyasətində
bunu nəzərə almalı, bu istiqamətdə layihələr
həyata keçirməlidir.
Çünki insanlar bunu istəyir, qalır dövlətin dəstəyi.
Musiqi təhsilinə gəlincə,
hazırda Türkiyə universitetlərində böyük
musiqi fakültələri fəaliyyət göstərir və
konservatoriya adlanır. Konservatoriya böyük fakültə
kimi universitetlərə
bağlıdır. Məsələn,
mənim çalışdığım
Memar Sinan Universitetinin böyük bir qolu konservatoriya,
yəni musiqi fakültəsidir. Fəxrəddin
bəy də həmin konservatoriyada 10 ilə yaxın orkestr dərsləri keçib. İstanbulda 4 konservatoriya fəaliyyət
göstərir. Bu konservatoriyalar dünya standartlarına uyğun, inkişaf etmiş ölkələrlə ayaqlaşa
bilirlər. Antalyada həm simfonik, həm opera teatrı, həm də konservatoriya var.
Bizim simfonik orkestrlər
Avropa orkestrləri ilə eyni səviyyədədir. Əminəm ki, bir gün
Türkiyə Avropa Birliyinə daxil olsa, orada bu
sahədə üçüncü-dördüncü
yeri tutacaq. Çünki ölkəmizin potensialı
böyükdür, gəncləri
təhsilli, imkanları
genişdir. Klassik musiqi
Türkiyədə böyük
yer tutur. İyun- iyul aylarında hər cümə günü İstanbul,
- Azərbaycana
ilk dəfədir ki, gəlirsiniz. Vaxtınızın
az olmasına
baxmayaraq paytaxtımızla
- Bakı gözəl
şəhər təsiri bağışlayır. Filarmoniyanın zalının akustikası
da çox xoşuma gəldi. Konsert proqramında
məşhur İtaliya
bəstəkarı Antonio Vivaldinin
«Mövsümlər» əsərini,
görkəmli türk
bəstəkarı Kamal
Rəşid Reyin əsərini ifa etdim. İnanıram ki, Azərbaycan
tamaşaçıları ifamı bəyənib zövq aldılar. Bir sözlə, Bakıdan zəngin təəssüratla
ayrılıram.
Mehparə
Mədəniyyət.- 2010.- 26 may.- S. 6.