Turizm imkanlarımız
Küveytdə nümayiş
olunub
Mayın 19-22-də Küveytin
Əl-Küveyt şəhərində
“KİF-2010” Beynəlxalq Səyahət
Sərgisi keçirilib. Ölkəmizi bu sərgidə
Mədəniyyət və
Turizm Nazirliyinin Xarici turizm sektorunun
aparıcı məsləhətçisi
Kəmalə Həsənova
təmsil edib.
K.Həsənovadan aldığımız məlumata görə, “KİF-2010” Beynəlxalq Səyahət Sərgisində 24 kv m-lik sahədə respublikamızın turizm imkanlarını əks etdirən lövhə qurulub: «Küveytdə olarkən bu ölkənin insanlarında Azərbaycana böyük maraq olduğunu gördük. Bunu sərgi müddətində lövhəmizə çoxlu sayda yerli ziyarətçilərin yaxınlaşmasından da hiss etmək mümkün idi. Azərbaycana səfər etmək marağında olanlara ölkəmizə gəlmək üçün vizanın alınması qaydaları, gediş-gəliş üçün nəqliyyat vasitələri, prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri haqqında məlumatlar verdik. Sərgi iştirakçılarının daha çox marağına səbəb olan isə lövhəmizdə milli musiqilərimizin səsləndirilməsi oldu».
Nazirlik təmsilçisinin dediyinə
görə, sərgi çərçivəsində bir sıra turizm
şirkətləri ilə
görüşlər keçirilib. Küveyt
tərəfi 2010-cu ildə
Azərbaycanın turizm
şirkətləri və
kütləvi informasiya
vasitələrinin nümayəndələri
üçün Küveytə
infotur təşkil etmək niyyətindədir.
K.Həsənova bu ölkədə nəşr
edilən “Kuwait Times” və “Alrai” qəzetlərinə
Azərbaycanın turizm
potensialı barədə
geniş müsahibə
verdiyini də qeyd etdi.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 28 may.- S. 9.