Yaponiya ilə əlaqələr genişlənir
Ötən həftə Yaponiyanın paytaxtı Tokioda Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə
Dövlət Komissiyasının
6-cı iclası keçirilib. Tədbirdə
ölkəmizi təmsil
edən nümayəndə
heyətinin tərkibində
Mədəniyyət və
Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov da olub. M.Qəhrəmanovun verdiyi məlumata görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq
üzrə Dövlət
Komissiyasının iclası
çərçivəsində dövlət və özəl sektorunun nümayəndələrinin iştirakı
ilə İnvestisiya Forumu keçirilib. Tədbirdə Azərbaycan
nümayəndə heyəti
geniş şəkildə
təqdimat edib. AZPROMO-nun prezidenti A.Məmmədovun
başladığı təqdimat
İnformasiya və Texnologiyalar, Mədəniyyət
və Turizm, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinin,
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Dövlət Neft Şirkətinin nümayəndələri
tərəfindən
davam etdirilib. Azərbaycanda turizmin hazırkı inkişafı,
təqdim olunan mövcud turizm məhsulları və bu sahə üzrə
investisiya layihələrinə
dair məlumatlar M.Qəhrəmanovun təqdimatında
öz əksini tapıb: «Forum
iştirakçılarına yapon və ingilis
dillərində ölkəmizin
turizm potensialı ilə bağlı müxtəlif çeşidli
çap məhsulları
və 40 ədəd
CD formatında disklər
paylanıldı. Bununla
yanaşı, təqdimatdan
öncə 55 saniyəlik
reklam çarxı, forumun sonunda isə 10 dəqiqəlik film nümayiş olundu».
Bundan əlavə, Azərbaycanla
Yaponiya arasında iqtisadi əməkdaşlıq
üzrə Dövlət
Komissiyasının 6-cı iclası keçirilib. İclasda komissiyanın
əvvəl qəbul etdiyi qətnamə üzrə ikitərəfli
əməkdaşlıq çərçivəsində
görulən işlər
barəsində hesabatlar
dinlənilib və gələcək əməkdaşlığın
istiqamətləri ətrafında
fikir mübadiləsi aparılıb.
M.Qəhrəmanov tədbir
çərçivəsində JAİCA-nın Şərqi və Orta Asiya
və Qafqaz Departamentinin baş direktorunun müavini Kamiya Katsuhito ilə görüşüb,
onun təmsil etdiyi təşkilat tərəfindən
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 28 may.- S. 9.