Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri
Astarada
Mədəniyyət obyektlərindəki
vəziyyət
Ötən sayımızda xəbər
verdiyimiz kimi, mayın 25-də Mədəniyyət
və Turizm Nazirliyinin Aparatının
rəhbəri Firudin Qurbanov və nazirliyin bir qrup məsul işçisi Astara rayonu kənd mədəniyyət işçiləri
ilə görüş
keçirdilər.
Nazirliyin nümayəndələri
rayonun bəzi kəndlərində fəaliyyət göstərən
mədəniyyət evi, klub və kitabxanalara baxış
keçirərək mövcud vəziyyətlə
tanış oldular. Astaranın turizm baxımından əlverişli təbii şəraitə malik olduğunu nəzərə
alsaq, bu rayonda yerləşən mədəniyyət obyektlərinin
və tarixi abidələrin bərpasına
böyük ehtiyac duyulduğunu görərik.
Onu da qeyd edək
ki, indiyədək 6 rayonda keçirilən bu tip tədbirlərdən
fərqli olaraq, Astaradakı görüşdə
qonşu Masallı, Biləsuvar, Yardımlı
rayonlarının mədəniyyət
və turizm şöbələrinin müdirləri
də iştirak edirdilər.
Astara Mədəniyyət
Evində
Mədəniyyət Evində keçirilən
görüşü giriş
sözü ilə Astara Rayon İcra Hakimiyyəti başçısının
səhiyyə, təhsil
və mədəniyyət
üzrə müavini
Natiq İbadov açdı. O, Mədəniyyət və
Turizm Nazirliyinə Astara rayonunun mədəniyyət işçilərinin
problemləri ilə yaxından maraqlandığına görə, rayon İcra Hakimiyyəti başçısının təşəkkürünü
çatdırdı. Sonra
nazirliyin Aparat rəhbəri Firudin Qurbanov məruzə ilə çıxış
edərək rayon mədəniyyət müəssisələrinin
fəaliyyətindəki çatışmazlıqları
qeyd etdi, geniş turizm potensialına malik bölgədə işləyənlərin qarşısında duran məqsəd və vəzifələrdən
danışdı, mədəniyyət
və turizm sahəsində gedən inkişaf, yeni tikilmiş və təmir edilmiş mədəniyyət ocaqları, turizm obyektləri barədə məlumat və statistik göstəriciləri
görüş iştirakçılarının
nəzərinə çatdırdı.
F.Qurbanovun məruzəsi
mövzuya aid çəkilmiş fotoslaydla
müşayiət edilirdi.
Qeyd olundu ki, rayonun
kəndlərindəki klub
və kitabxana binaları əsasən ötən əsrin
60-70-ci illərində tikilib,
bir çoxunun təmirə ehtiyacı var, bir sıra
yaşayış məntəqələrində
müasir standartlara uyğun olaraq yeni mədəniyyət obyektləri tikilməlidir.
Mədəniyyət ocaqları turistlərin
diqqətini cəlb etməlidir
Dövlətin əsas prioritet istiqamətlərindən biri
mədəniyyət ocaqlarının
yenidən qurulması
və bərpasdır. Son
5 il ərzində respublikamızın paytaxtında
onlarla yeni mərkəzin inşa olunması, bəzilərinin
isə əsaslı şəkildə müasir
standartlara uyğun təmir ediməsi bunu bir daha
sübut edir. Amma məlumdur ki, bir sıra
rayon mərkəzlərində
mədəniyyət ocaqları
əsaslı təmir
olunsa da, bölgələrdəki mədəniyyət
obyektlərinin əksəriyyətinin
yenidən inşasına
ehtiyac var. Aparat rəhbəri F.Qurbanov çıxışında
bu məsələyə
toxunaraq bildirdi ki, mədəniyyət müəssisələrindəki vəziyyətlə yerindəcə
tanış olmaq işimizin xeyrinədir: “Son vaxtlar dövlət
tərəfindən mədəniyyət
obyektlərinə diqqət
artmaqdadır. Regionların
inkişafı ilə
bağlı 2009-2013-cü illər
üzrə Dövlət
Proqramında mədəniyyət
obyektlərinin də inkişafı nəzərdə
tutulub. Bu bir daha onu
göstərir ki, dövlətimiz mədəniyyət
obyektlərinin vəziyyəti
ilə daim maraqlanır. Mədəniyyət
ocaqlarını elə
səviyyəyə çatdırmaq
lazımdır ki, respublikamıza gələn
turistləri də cəlb etsin. Bölgələrdə mədəniyyət
evləri, klub və kitabxanalar nə qədər keyfiyyətli olsa, gənclərin diqqətini
daha çox bu məkanlara cəlb etmək olar”.
Tədbirdə rayon mədəniyyət
və turizm şöbəsinin müdiri
Şadoğlan Bayramov
da çıxış
edərək bildirdi ki, kəndlərdəki mədəniyyət ocaqlarının
daha çox kənd icra nümayəndələrindən asılı olması mədəniyyət və
turizm şöbələrinin
işini çətinləşdirir:
“Amma biz daim əlimizdən gələn
köməkliyi göstəririk.
Onların problemləri
ilə daim maraqlanırıq və müxtəlif görüşlər
keçiririk”. Bundan sonra rayonun mədəniyyət
müəssisələrinin bəzi məsul işçiləri çıxış
etdilər. Çıxışlardan
sonra tədbir iştirakçılarının təklifləri dinlənildi.
Təkliflər və
problemlər nazirliyin işçiləri tərəfindən
qeyd edildi. Nəzərinizə çatdıraq ki,
Mədəniyyət və
Turizm Nazirliyinin kənd mədəniyyət
işçiləri ilə
görüşləri və
bölgələrdə yerləşən
mədəniyyət obyektlərin
vəziyyəti ilə
tanışlıq digər
rayonlarda da davam etdiriləcək.
İntiqam Hacılı
Mədəniyyət.- 2010.- 28 may.- S. 4.