Fokusçu səhnədə hər zaman sehrli ab-hava yaratmağı bacarmalıdır”

 

   Tofiq İsgəndərli: “Bu işdə peşəkar olmaq və tanınmaq üçün illərlə çalışmaq lazımdır”

  

   Fokus-illüziya nümayişi incəsənətin qədim növlərindən biridir. Sadə göründüyü qədər də mürəkkəb və maraqlıdır. Ölkəmizdə bu sənət növü elə geniş yayılmasa da, bu sahədə peşəkar olan sehrbaz-illüzionistlər fəaliyyət göstərir. Onlardan biri - Dövlət Uşaq Teatrının aktyoru, İllüzionistlərin Beynəlxalq Qardaşlıq Mərkəzinin (ABŞ) üzvü, “sehrbaz Tofiq əmi” kimi tanınan Tofiq İsgəndərli ilə görüşüb söhbətləşdik.

  

   - Bu sənətə gəlişiniz necə olub? Sizdə bu sənətə marağı kim yaradıb?

   - Orta məktəb illərindən bu sənətə maraq göstərmişəm. Hərdən kəndimizə sehrbazlar, bizim gözbağlayıcı dediyimiz artistlər gələrdi. Onların rəngarəng çıxışlarını həvəslə izləyərdim. Orta məktəbi bitirdikdən sonra Bakıya gəldim. Ovaxtkı “26 Bakı komissarı adına Mədəniyyət evi”nin nəzdində xalq teatrları və dərnəklər fəaliyyət göstərirdi. Həmin dərnəklərdən birinə üzv oldum. Mədəniyyət evinin rəhbəri S.M.Ştenberqin köməyi ilə illüzionistlər klubu yaratdıq. Bir müddət fəaliyyət göstərdik. Sonra hərbi xidmətə getdim. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən klubun fəaliyyətini bərpa etdik. 1980-ci ildən başlayaraq sənətə ürəkdən bağlandım. Peşəkar sənətçi olmaq məqsədilə sənədlərimi indiki Mədəniyyət və İncəsənət Universitetinə verdim. Dram-kino aktyorluğu fakültəsinə daxil oldum. Eyni zamanda Azərbaycan Dövlət Konsert Qastrol Birliyində müqavilə ilə işə düzəldim. Təhsilimi başa vurduqdan sonra təyinatımı “Azkonsert”ə verdilər...

   - Fokus-illüziya nə deməkdir?

   - Hər iki söz eyni məna kəsb edir. “Fokus” alman dilində “hokus-pokus” sözündən götürülüb. Mənası tamaşaçını təəccübləndirən bir hərəkət deməkdir. “İllüziya” isə latın sözüdür. Onun da mənası “yanlış təsəvvür” deməkdir. İllüzionist isə beynəlxalq termindir. Bütün ölkələrdə bu cür səslənir və qəbul olunub.

   - Fokusun da növləri var?

   - Fokusun bir sıra növləri var. Məsələn, manipulyasiyada əlin, barmaqların məharətli cəld hərəkəti əsas rol oynayır; illüziyada irihəcmli rekvizitlər vasitəsilə fokus təqdim edilir; riyazi fokus növündə sırf riyazi hesablamadan istifadə edilir; fiziki fokusda nömrələr fiziki qanunauyğunluqlar üzərində qurulur; kimyəvi fokus növündə müəyyən kimyəvi maddələrin qarışığından alınan reaksiyalardan istifadə edilir; optik fokuslar isə güzgülərin, işıqların köməyi ilə yaranır. Mnemotexnika növündə isə fokusçu ilə köməkçisi arasında əvvəlcədən düşünülüb yaradılan kodlardan istifadə olunur...

   - Bu sənət respublikamızda niyə az inkişaf edib?

   - Çünki bu sənətə gələnlərin çoxu onun zahiri parıltısına dəbdəbəsinə aldanır. Tez tanınmaq məşhurlaşmaq istəyir. Bir neçə fokus nömrəsi öyrəndikdən bir-iki çıxışdan sonra özlərini peşəkar fokusçu hesab edirlər. Sənətə bu cür yanaşmaq olmaz. Bu işdə peşəkarlıq əldə etmək tanınmaq üçün illərlə çalışmaq lazımdır. Belə olmasa təcrübən, ki, öz dəst-xəttin ola bilər. Fokus elə bir sənətdir ki, onu sözdə ifadə etmək olmur. Gərək hər şey əməldə göstərilsin göz önündə olsun. Burada vizuallıq əsasdır. Hər bir fokusçuda təhsil intellektin olması vacibdir. Hazırda bu sahədə istedadlı gənclər yetişir. Ancaq onlar hələ peşəkar fokusçu deyil...

   - Peşəkar fokusçu necə olmalıdır?

   - Peşəkar fokusçuda ilk növbədə güclü fantaziya, yaxşı əl qabiliyyəti, artistlik istedadı olmalıdır. Əgər fokusçuda fantaziya yoxdursa o, müəyyən bir çərçivədən kənara çıxa bilmir. Artistlik qabiliyyəti yoxdursa, fokusçuya qızıldan paltar geyindirib, əlinə qızıl çubuq versən yenə heç bir şey alınmayacaq.

   - “Tİ-Magiyaadlı teatr yaratmısınız. Bu barədə deyə bilərsiniz?

   - “Tİ-MagiyaAzərbaycan İllüziya Teatrı 1996-cı ildə dövlət qeydiyyatından keçib. O zamandan da fəaliyyət göstərir. Son illər fəaliyyət dairəmiz bir qədər məhdudlaşıb. Bu da maliyyə problemi yer-bina məsələsi ilə bağlıdır.

   - Son zamanlar telekanallarda az-az görünürsüz...

   - Çalışıram dəvət aldığım verilişlərdə çıxış edim. Əvvəllər AzTV-dəSehrli güzgüverilişi gedirdi. Həmişə eyni vaxtda efirdə yayımlanırdı. Onun üçün tamaşaçılarla efir vasitəsi ilə tez-tez ünsiyyətdə olurdum. Ümumiyyətlə, mənimsehrbaz Tofiq əmikimi tanınmağımda AzTV-nin əvəzsiz rolu olub. Amma indi çıxış etdiyim verilişlərin əksəriyyətində vaxt müxtəlifliyi var. Ona görə tamaşaçı ilə aramızdakı ünsiyyətdə pərakəndəlik yaranıb. Bütün bunlara baxmayaraq telekanallara minnətdaram.

   - Müəllifi olduğunuz fokus növləri varmı?

   - Dünyanın hər yerində fokusun qəbul olunan qızıl repertuarı var. Bu repertuardan hər kəs istifadə edə bilər. Bir müəllif fokusları var. İndi əksər telekanallarda klassik fokusun sirrinin açıb göstərilməsi ilə bağlı verilişlər yayımlanır. Bu bir tərəfdən yaxşı deyil. Ona görə ki, həmin o klassik fokuslar üzərində yüzlərlə yeni fokuslar yaranıb. Digər tərəfdən yaxşıdır ki, fokusçular görür ki, artıq bu fokusun sirri açılıb. Ona görə yeni bir nömrə yaratmağa məcbur olurlar. Bu gün az sayda yeni fokus nömrələri yaranır. Mənim özümün müəllifi olduğum altı fokus nömrəsi var...

   - Xarici səfərlərdə necə, olursunuzmu?

   - Sovet dövründə bir çox xarici ölkələrə qastrol səfərlərim olub. Son illərdə isə İran, Türkiyə Çinə qastrol səfərinə getmişəm. 2001-ci ildə Çində 20 ölkənin illüzionistlərinin iştirak etdiyi beynəlxalq festivaldan sertifikat hədiyyə ilə qayıtdım. İndi məşhur fokusçular Devid Kopperfild, Robert Qallup, Lans Burton, Ziqfird Royun üzv olduğu ABŞ-dakı İllüzionistlərin Beynəlxalq Qardaşlıq Mərkəzinin üzvüyəm.

   - Ən yaxşı tamaşaçı kimləri hesab etmək olar?

   - Fokusun ən yaxşı tamaşaçısı uşaqlardır. Çünki uşağıaldatmaq” o qədər asan deyil. Əgər hər hansı bir fokusçu sözün yaxşı mənasında uşağıaldadır”sa uşaq təxəyyülündəki sehrbaz obrazını yarada bilirsə o, sənətində uğur qazanmış olur. Uşaq fokusun sirrini tez tapır. Bu da ondan irəli gəlir ki, uşaq bu sirrin açılmasında sadə fikirlər söyləyir. Bəzən onların dedikləri reallığa uyğun olur. Gərək fokusçu səhnədə hər zaman sehrli bir ab-hava yaratmağı bacarsın.

   - Hazırda fəaliyyətinizi harada davam etdirirsiniz?

   - Telekanallarla Bakı Dövlət Sirki ilə əməkdaşlıq edirəm. Eyni zamanda Dövlət Uşaq Teatrının aktyoruyam.

  

 

   Söhbəti qələmə aldı: Savalan Fərəcov

 

   Mədəniyyət.- 2010.- 3 noyabr.- S. 15.