Sloveniyalı professor Lahıcda tarixi irsi tədqiq edib

 

   Azərbaycan və Sloveniya arasında mədəni dialoqun genişləndirilməsinə xidmət edən “Dünən, bu gün, sabah” adlı layihənin əlaqələndiricisi, professor xanım Vesna Çrnivets üç həftə ərzində İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olub. Azərbaycanın Sloveniyadakı səfirliyinin, bu ölkənin Xarici İşlər və Mədəniyyət nazirliklərinin dəstəyi ilə hazırlanmış layihə ilə bağlı Azərbaycanda və Sloveniyada 2010-2011-ci illərdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

  

   Professor Vesna Çrnivets deyib ki, 2002-ci ildən bəri müxtəlif layihələr tədbirlər çərçivəsində 10 dəfə Azərbaycana gəlib, 2008-ci ildə təşkil olunmuşGənclik mədəni irsimizin qorunmasılayihəsi ilə bağlı Lahıcda olub. O zamanLahıca xoş gəlmisiniz adlı 17 dəqiqəlik qısametrajlı film çəkib, 45 səkildən ibarət fotosərgi hazırlayıb. Budəfəki səfərində isə Lahıc kənd orta məktəbində həmin filmin təqdimatı keçirilib, fotoşəkillərin sərgisi açılıb.

   Vesna Çrnivets deyib: “Bu film fotosərgi artıq Sloveniyanın Lyublyana şəhərindəkiPionerski domincəsənət mərkəzində, “Volentin Vodnikadına mədəniyyət mərkəzində, Lyublyana Universitetinin etnoqrafiya mədəni antropologiya fakültəsində nümayiş etdirilib. Hazırda yeni layihə üzərində işləyirəm. Yay məktəbiadlanan bu layihə hər iki ölkənin tələbə müəllimlərinin qarşılıqlı istirahətinin təşkilini nəzərdə tutur. Lahıc Sloveniyadan gələn hər kəs üçün tayı-bərabəri olmayan mədəniyyət istirahət guşəsidir”.

   Professor Vesna Çrnivetsə FransanınDanone Azərbaycan şirkətinin hesabatlar üzrə mütəxəssisi, əslən Lahıcdan olan Büllurə Bayramova, Lahıc kənd orta məktəbinin direktoru Hikmət Haqverdili yaxından kömək göstəriblər. Qonaq bu dəfə qısametrajlı film çəkib. Professor, habelə məktəblilər tərəfindən çəkilən Azərbaycanın milli geyimlərini əks etdirən rəsmlər toplusu da hazırlayıb. Bu rəsmlər gələn il Sloveniyada uşaqlar tərəfindən çəkilmiş milli geyimlərin beynəlxalq rəsm sərgisində nümayiş etdiriləcək. Vesna Çrnivetsin Lahıca səfəri noyabrın 2-də başa çatıb.

 

 

   Mədəniyyət.- 2010.- 3 noyabr.- S. 14.