Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş film və fotosərgi

Noyabrın 2-də Azərbaycan Universitetində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş Lahıca xoş gəlmisiniz filminin və fotosərginin təqdimatı olub.

Azərbaycan və Sloveniya arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq çərçivəsində baş tutmuş layihə M.Hüseynzadənin İkinci Dünya müharibəsi zamanı Sloveniyada həlak olmasının anma günü ilə bağlı keçirilib. Tədbirdə universitetin müəllim və tələbə heyəti, Mədəniyyət və Turizm, Gənclər və İdman, Təhsil nazirliklərinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən filmin və sərginin müəllifi, Azərbaycan və Sloveniya arasında mədəni dialoqun genişləndirilməsinə xidmət edən Dünən, bu gün, sabah layihəsinin əlaqələndiricisi, professor Vesna Çrnivets bildirib ki, 2002-ci ildən bəri müxtəlif layihələr və tədbirlər çərçivəsində 10 dəfə Azərbaycanda olub. Azərbaycanı öz Vətəni qədər sevdiyini deyən V.Çrnivets ölkəmizin milli-mənəvi dəyərlərinin təbliği üçün zövqlə çalışdığını, layihənin dövlətlərimiz arasında mədəni əlaqələrin genişləndirilməsinə böyük töhfə verəcəyini diqqətə çatdırıb.

 

 

Mədəniyyət.- 2010.- 3 noyabr.- S. 2.