Şərqşünas alimin
kitabları Milli Kitabxanaya təqdim edilib
Görkəmli
şərqşünas alim,
tarix elmləri doktoru, professor, Rusiya EA-nın Şərqşünaslıq
İnstitutunun baş elmi işçisi, Moskvada fəaliyyət göstərən «Ocaq» Azərbaycan Mədəniyyəti
Cəmiyyətinin sədr
müavini Saleh Əliyevin Azərbaycan Milli Kitabxanasına vəsiyyət etdiyi kitabların təqdimat mərasimi keçirilib. Tədbirdə Milli Kitabxananın
direktoru Kərim Tahirov, Əməkdar elm xadimi Süleyman Məmmədov çıxış
edərək, Saleh Əliyevin həyat və yaradıcılığı
barədə danışıblar.
Qeyd edək ki, S.Əliyev iranşünas
alim kimi də dünya miqyasında tanınıb.
«XlX əsrin ikinci yarasında Azərbaycan, Türkiyə,
İraq maarifçilərinin
ictimai-siyasi əlaqələrində
İstanbulun rolu»,
«1978-1979-cu illərdə İran
inqilabı, səbəblər
və nəticələr»,
«Müasir İran tarixi», «XX əsrdə İranın siyasi və ictimai inkişafı və neft» monoqrafiyaları alimin ən sanballı əsərlərindən
sayılır. Elmi əsərləri
dünyanın bir çox dillərinə tərcümə edilib.
Gülər
Mədəniyyət.-
2010.- 5 noyabr.- S. 3.