Dünəndən sabaha ünvanlar

 

  Bir teatrın adı haqqında xatırlamalar və bəzi adlar barədə mülahizələr

  

   Bugünkü Akademik Milli Dram Teatrının bir kollektivdə cəmləşdirilib dövlət himayəsinə verilməsi, ona rəsmi ad qoyulması və daimi fəaliyyət üçün bina ayrılması 1919-cu ildən başlayır. Həmin vaxtdan bu günədək teatrın ad dəyişmələri tam aydın olsun, bütün mahiyyəti ilə üzə çıxsın deyə, mən bu prosesi bir qədər açıqlamağı məqsədəuyğun sayıram.

  

   Sual oluna bilər: Nə üçün 1919-cu ilə kimi truppalar birləşib vahid kollektiv yaratmırdılar?

   Onda dövlət teatrı öz təsisatına götürmürdü. Bakıda bir neçə lider aktyor vardı və öz diktəsi, öz prinsipləri ilə fəaliyyət göstərməyi üstün tuturdu. Bunlardan Cahangir Zeynalovun, Hüseyn Ərəblinskinin, Sidqi Ruhullanın, Abbasmirzə Şərifzadənin, Mirzəağa Əliyevin, Hüseynqulu Sarabskinin adlarını xüsusi çəkmək olar.

   Yenə sual doğa bilər: Həmin lider aktyorlar teatrı təsisata çevirmək barədə düşünmürdülər? Düşünürdülərsə, bu ideyanı nə üçün həyata keçirmirdilər? Yaxud bu istəkdə bulunurdularsa, maneələr nədən ibarət idi?

   Qətiyyətlə deyirəm ki, onların düşünüb-düşünməmələrinin heç bir əhəmiyyəti yox idi. Çünki bu cəhd dövlət tərəfindən olmalıydı. 1919-cu il oktyabr ayının 24-də bugünkü Akademik Milli Dram Teatrı dövlət təsisatına keçdi. Bu münasibətlə 4 gün dalbadal bayram oldu. Kollektiv “Dəmirçi Gavə” (Şəmsəddin Sami), “Azərbay və Can” (İsa bəy Aşurbəyli), “Bakı müharibəsi” (Cəfər Cabbarlı), “Bakı müharibəsi və yaxud Nuru paşanın igidliyi” (Mirzəbala Məmmədzadə) tamaşalarını göstərdi. Teatr Maarif Nazirliyinin (Maarif və Dini Etiqad Nazirliyi) ixtiyarına verildi, ümumi tərəqqi üçün müəyyən işlər görüldü. 1919-cu ildən 1920-ci il aprelin 28-dək teatr belə adlandı: Dövlət Teatrosu.

   Oxucu sual verə bilər ki, teatr sözünü üçünteatrokimi işlədirsən?

   Cavab verirəm: Ötən əsrin 30-cu illərinin ortalarına qədər rəsmi sənədlərdə, afişa proqramlarda Azərbaycan əvəzinə türk, teatr əvəzinə teatro sözləri işlədilib. Tarixi dəqiqlik naminə sözləri həmin dövrdə yazıldığı şəkildə təqdim edirəm.

   Bolşeviklər 1920-ci ilin aprelində Azərbaycanı (təbii ki, ilk növbədə Bakını) ilhaq edəndən sonra Xalq Maarif Komissarlığı nəzdində incəsənət bölməsi yaradıldı. Görkəmli ədib, ictimai xadim, səhnə sənətinin yorulmaz aşiqi Əbdürrəhim bəy Haqverdiyev bölmənin teatr şöbəsində rəhbərliyə başladı. Ona teatr komissarı da deyirdilər. 1919-cu ildəki dövlət teatrının aktyor bazası əsasında Müstəqil Azərbaycan Hökumətinin Teatr Truppası yaradıldı. Kollektiv 1920-ci il mayın 4-də “Dəmirçi Gavə” (Şəmsəddin Sami) tamaşası ilə yeni fəaliyyətə qədəm qoydu. Tamaşalar Mayılov Teatrı binasında (indiki Opera Balet Teatrının binası) fəhlə klublarında oynanılırdı. Tağıyev Teatrının binası 1918-ci ilin fevralında yanmışdı. Mart hadisələrində erməni daşnakları yanmış binaya yenə od vurmuşdular. Tamaşaların məramnamələrinin (proqramlarının) ən yuxarı hissəsində böyük hərflərlə Müstəqil Azərbaycan Hökumətinin Teatr Truppası yazılırdı.

   Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1 mart 1921-ci il tarixli qərarı ilə Azərbaycan Teatr Truppası müstəqil elan olundu. Həmçinin üç nəfərdən ibarət repertuar şurası yaradıldı: Əbdürrəhim bəy Haqverdiyev, Ağakərim Şərifov Əzimov. (Qeyd. Müstəqil sözü hərfi mənada başa düşülməməlidir. Yəni, rus digər dilli teatr truppaları ayrıldılar). Sənət ocağının adı Azərbaycan Teatr Truppası oldu.

   1921-ci ilin mart ayındakı qərardan bir qədər sonra hökumətin rəsmi sənədi ilə kollektiv Türk Dövlət Teatrosu adlandırıldı ona bolşevik Dadaş Bünyadzadənin adı verildi. Dadaş Bünyadzadə hökumətdə vəzifə tuturdu inqilabdan əvvəl teatr truppalarında çalışmışdı. Həmin dövrdə mədəniyyət ocağına vəzifədə olan adamların adlarını verirdilər. Qayıdıram xronoloji ardıcıllığa.

   1922-ci ilin ilk günlərində hökumətin növbəti qərarı ilə Birləşmiş Dövlət Teatrı yenidən təşkil edildi. Bu zaman müəyyən cəhdlərdən sonra Azərbaycan truppası müstəqil kollektiv kimi ayrıldı. Tağıyev Teatrının təmiri yenicə qurtaran binası bu birləşmiş kollektivin ixtiyarına verildi. Ona görə birləşmiş deyirəm ki, həmin dövrdə Azərbaycan dilli Opera Operetta truppası da haqqında söhbət gedən kollektivə daxil idi. Yalnız iki il yarım sonra rəsmi qərarla Opera Teatrı (sonralar bu teatr da iki kollektivə, Opera Balet Teatrına Musiqili Komediya Teatrına ayrıldı) ayrılaraq müstəqil sənət ocağı kimi indiki binasında qərar tutdu.

   Tağıyev Teatrı binasında yerbəyer olandan bir neçə gün sonra, 1922-ci il yanvarın 17-də Azərbaycan Dövlət Teatrı Mirzə Fətəli AxundzadəninHacı Qarakomediyasının tamaşası ilə pərdələrini açdı. Teatrın adı sənədlərdə Birləşmiş Dövlət Teatrı, Dadaş Bünyadzadə adına Türk Dövlət Teatrosu kimi göstərildi.

   Dövlət teatrlarının adlarını dəyişdirmək haqqında Azərbaycan SSR Xalq Maarif Komissarlığı kollegiyasının 24 aprel 1923-cü il tarixli qərarı ilə kollektiv yoldaş Dadaş Bünyadzadə adına Dövlət Malı Teatrı adlandı.

   1924-cü ildən barəsində söhbət gedən sənət ocağının adı belə oldu: yoldaş Dadaş Bünyadzadə adına Dövlət Türk Akademik Dram Teatrosu (DTADT).

   1929-cu il 21 oktyabrda Xalq Maarif Komissarlığının qərarı iləAkademiksözüBədayesözü ilə əvəz olundu. Truppa Dadaş Bünyadzadə adına Dövlət Türk Bədaye Teatrosu (DTBT) adlanmağa başlandı.

   Azərbaycan SSR Xalq Komissarları Sovetinin 5 mart 1933-cü il tarixli qərarı ilə teatrın adı yenə dəyişildi. Bir müddət keçəndən sonra həmin adın əvvəlinəMəşədi Əzizbəyov adınasözləri yazılması barədə qərar verildi. İndi teatrın adı oldu Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı (ADDT). Xalq arasında bugünədək kollektivə qısaca Azdrama deyilir.

   Tezliklə teatrın ADDT yazılan xüsusi emblemi hazırlandı. Həmin emblem tamaşa proqramlarının səhnə pərdəsinin üzərində vuruldu.

   Azərbaycan Dövlət Dram TeatrınaAkademik Teatradı verilməsi barədə Azərbaycan SSR Nazirlər Sovetinin 16 dekabr 1959-cu il qərarından sonra kollektivin fəaliyyət göstərdiyi binanın qapı sütununa Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrı (ADADT) yazıldı.

   Bakı Şəhər Sovetinin 27 dekabr 1991-ci il tarixli qərarından sonra Azərbaycan Akademik Milli Dram Teatrı adını daşıyır.

   2008-ci ildən isə Mədəniyyət Turizm Nazirliyinin sənədlərində incəsənət ocağının adı belə verilir: Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı. Teatr binasının tağ sütunlarının yuxarısına da bu ad həkk olunub.

  

   * * *

 

   Mədəniyyət Turizm Nazirliyi son dörd ildə teatr islahatları istiqamətində səmərəli işlər görür. Teatr haqqındaqanunun qəbul olunmasında, səhnə sənətinin tərəqqisi istiqamətində ölkə prezidentinin rəsmi sərəncamlarının reallaşmasında nazirlik konseptual yeniləşmələr, fundamental yaradıcılıq axtarışları aparır. Məncə istərdim ki, bəzi teatrların adlarına da yenidən baxılması məqsədəuyğun olardı. Bir neçə misal çəkim.

   Azərbaycanda 2 musiqili dram teatrı var: Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrı Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı. Vaxtilə Naxçıvan teatrında orkestr, vokal səs imkanları olan aktyorlar çalışıblar. Ona görə bu kollektivdə muğam operaları operettalar, musiqili komediyalar oynanılıb. Lakin indi həmin teatrda orkestr var, lirik-soprano, lirik-dramatik soprano, messo-soprano, lirik tenor, dramatik tenor, bariton, bas səslərinə malik aktyorlar. Buna görə teatr son 30 ildə bir dənə opera tamaşaya hazırlamayıb. Səhnə təfsiri verdiyi bir neçə musiqili komediya isə son dərəcə zəif alınıb.

   Sumqayıt kollektivi isə fəaliyyətinə dram teatrı kimi başlayıb. Keçən əsrin 80-ci illərində heç bir bədii-estetik ehtiyac, ilk növbədə yaradıcılıq bazası (orkestr vokalçılar) olmadan bu kollektivə musiqili teatrı statusu verilib.

   Azərbaycan Dövlət Musiqili Dram Teatrı haqqında da bir neçə söz demək istəyirəm. Son 30 ildə Azərbaycanda barmaqla sayılacaq dərəcədə musiqili komediya yazılıb. Onların da əksəriyyəti bədii cəhətdən zəif, mövzu-problematika baxımından primitivdir. Kollektivdə işləyən güclü vokal artistlərinin aktyorluq, həm məşhur sənətkarların, həm istedadlı gənc komiklərin isə güclü vokal imkanları yoxdur. Güclü əsərlər olmadığına görə aktyorlar potensial imkanlarını illərlə açıqlaya, sənətdə təzə söz deməyə imkan qazana bilmirlər. Halbuki kollektivdə kifayət qədər maraqlı aktyor vokalçı vardır. Fikrimcə, teatrın adı Azərbaycan Dövlət Komediya Teatrı olarsa kollektiv həm musiqili komediyalar, həm milli, həm dünya klassiklərinin, çağdaş dramaturqların məşhur komediyalarını öz repertuarlarına daxil edə bilərlər. Bu, kollektivə çevik əlvan, zəngin məzmunlu repertuar qurmasına əsaslı zəmin yaradar.

  

 

   İlham Rəhimli

 

   Mədəniyyət.- 2010.- 10 noyabr.- S. 10.