Rəylər, təəssüratlar
“Azərbaycan gözəl bir mədəniyyət missiyası yerinə yetirdi”
Bakı Beynəlxalq Teatr Konfransına qatılan tanınmış
simalar, mədəniyyət, incəsənət
xadimləri, yazarlar, sənətşünaslar
tədbirin əhəmiyyətini xüsusi
vurğulayaraq, zəngin təəssüratlarını
bölüşdülər:
Fərəh Əliyeva, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri
- Bakıda ilk dəfədir ki, belə genişmiqyaslı Beynəlxalq Teatr Konfransı keçirilir. Bakının teatr mühitində bir canlanma, yeniləşmə var. Bu yeniləşmə təkcə teatr binalarının yüksək səviyyədə təmir olunması, yenidən qurulması ilə məhdudlaşmamalıdır. Əsas yeniləşmə, əlbəttə ki, teatrın daxilində olmalıdır. Onun yaradıcılıq prosesləri də yeni olmalıdır. Beynəlxalq Teatr Konfransı yeni təmayüllərin, yeni baxış bucaqlarının yaranmasına, qarşılıqlı əlaqələrin genişlənməsinə, möhkəmlənməsinə və nəhayət, yeni ideyaların yaranmasına təkan verəcək.
Betti Bleyer, “Azerbaijan İnternational” jurnalının
baş redaktoru
- 1993-cü ildən
Azərbaycan, onun tarixi, mədəniyyəti
ilə bağlı
“Azerbaijan İnternational” jurnalını
nəşr edirəm.
Azərbaycan son illər ərzində
çox inkişaf edib. Xüsusilə də, bu inkişaf incəsənət
sahəsində özünü
göstərir. Vaxtilə Azərbaycan
üçün ən
böyük problemlərdən
biri də informasiya blokadasının
mövcudluğu idi.
Mədəniyyətlər, incəsənətlər arasında heç bir mübadilə mövcud deyildi. Bu, Azərbaycanın keçirdiyi ilk belə Beynəlxalq Teatr Konfransıdır. Dünyanın müxtəlif ölkələrində
yaşayan incəsənət
adamları bir yerə toplaşıb.
İdeyaların, fikirlərin mübadiləsi
əlbəttə ki, çox gözəl, həm də kifayət qədər vacibdir.
Yaak Allik, Estoniya Teatr İttifaqının sədri, teatr tənqidçisi, rejissor
- On il
əvvəl Avropa Şurasında Azərbaycan
mədəniyyət siyasətini
qiymətləndirən ekspert
kimi çalışmışam.
Əvvəlki illərlə müqayisədə
Azərbaycan teatr mədəniyyətinin inkişafı
böyük təəssürat
yaradır. Sizin rejissorunuz
Vaqif İbrahimoğlu
Estoniyada tamaşa səhnələşdirib. Deməli, təcrübə mübadiləsi
var və sadəcə, onu inkişaf etdirmək lazımdır. Həmişə başqalarının nə
etdiyini bilmək lazımdır. Xüsusilə də, bu mübadilə
eyni talelərə malik ölkələrə
aiddir. Estoniya və Azərbaycan
vaxtilə SSRİ adlı
bir sistemə daxil olub. Biz həmişə bilməliyik ki, illər keçəndən
sonra ölkələrimizdə
nə baş verib, hansı inkişaf var.
Reinhard Auer, Avstriya Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti, yazıçı-dramaturq
- Azərbaycan
Avropa ilə Asiya, Qərb və Şərq arasında yerləşən
bir ölkədir.
Əlbəttə, dünyada baş
verən teatr prosesləri haqqında öyrənmək, fikir mübadiləsi aparmaq gözəl bir hadisədir və bu gün bu
hadisə Azərbaycanda
baş verir. Bununla da, Azərbaycan gözəl bir mədəniyyət missiyası
yerinə yetirdi.
Düşünürəm ki, bu konfrans fikir mübadiləsinin, təcrübə
mübadiləsinin və
xüsusilə də,
teatrın inkişafına
gətirib çıxaracaq.
Bu konfransa iki aspektdən yanaşmaq lazımdır:
birincisi, dünyanın
müxtəlif ölkələrindən
tanınmış teatr
mütəxəssisləri Bakıya gəlib. İkincisi, buraya gələn insanlar Azərbaycan cəmiyyətinin, mədəniyyətinin
necə inkişaf etdiyini gördülər.
Mən bu günə qədər iki Azərbaycan tamaşası
görmüşəm. Lakin Bakıda deyil, başqa şəhərlərdə.
Onlar çox müasir, insana ruh verən,
eyni zamanda Avropa standartlarına uyğun tamaşalar.
Azər Paşa Nemət, Azərbaycan Teatr Xadimləri İttifaqının
sədri
- Azərbaycan belə bir tədbiri
keçirməklə həm
də öz potensialını nümayiş
etdirir. Bu konfrans
Azərbaycan tərəfindən
bütün ölkələrə
bir mesajdır. Təşkil
olunacaq konfransda iştirakçılara tamaşalar
da təqdim ediləcək. Gərgin proqram
nəzərə alınaraq
xüsusi tamaşalar seçilib. Amma buna
baxmayaraq bütün teatrlarımızın qapıları
konfrans iştirakçılarının
üzünə açıqdır.
Şübhəsiz ki, konfransın
Azərbaycan teatrının
inkişafına təsiri
olacaqdır. Tamaşaçılar bu inkişafı, nəticəni gələcək
tamaşalarda görəcəklər.
Beynəlxalq Teatr Konfransının
öz dəst-xətti,
formatı var. Mühazirələr
əsasən XXI əsr
dünya teatrının
inkişafı haqqında
olacaq. Azərbaycan teatrının da
bu istiqaməti haqqında ölkəmizin
görkəmli teatrşünasları,
sənətşünasları və teatr rejissorları
məruzələrlə çıxış
edəcəklər.
Elçin Hüseynbəyli, yazıçı-dramaturq
- Konfransın birinci önəmi odur ki, dünya
ictimaiyyətinin diqqətini
Azərbaycan mədəni
həyatına yönəldə
bilib. Qloballaşan bir dövrdə
Azərbaycanda teatra olan diqqət bu konfransla bir
daha sübut oldu. Dünya təcrübəsinin, teatr
sənətinin öyrənilməsi,
eləcə də başqa ölkələrin
teatr mütəxəssislərinin
Azərbaycan teatrı
ilə, bizim mütəxəssislərlə tanış olması baxımından da tədbir vacibdir. Teatrlararası dialoqların yaranması
çox mühümdür.
Hacı İsmayılov, Xalq artisti
- Azərbaycanda
birinci dəfədir ki, Beynəlxalq Teatr Konfransı keçirilir. Dünyada teatra olan münasibət
necədir, XXI əsrin
teatrı necə olmalıdır, bununla bağlı yaradıcı
qüvvələr nə
iş görməlidilər
- bütün bu məsələlər konfransın
müzakirə mövzusudur.
Konfrans çıxışçılarından birinin sözü çox xoşuma gəldi. Dedi, elə bir zaman
yetişib ki, tamaşaçılar sanki
teatrdan bir qədər uzaqlaşıblar,
başqalaşırlar. Biz o
tamaşaçıları yenidən teatra geri qaytarmalıyıq.
Mənim
bir aktyor olaraq sevincimin səbəbi odur ki, ilk dəfə olaraq gözəl təmirdən çıxmış
Milli Akademik Teatrının binasına
daxil olduq. Bu bütün teatr
işçilərinin bayramıdır.
Bizim isə borcumuz odur ki, gözəl
tamaşalar hazırlayaq.
Amaliya Pənahova, Xalq artisti
- Bakıda ilk dəfə Beynəlxalq Teatr Konfransının keçirilməsi mühüm
hadisədir. Mənə elə gəlir
ki, belə görüşlər davamlı
olsa, dünya teatr prosesinə təsir edə bilər. O cümlədən
də Azərbaycan teatrına. Azərbaycan teatrı bu
gün inkişafa doğru gedir. İstedadlar var - mən bunu sidq ürəklə
deyirəm. Bakı Bələdiyyə
Teatrının 60 faizi
gənclərdir və
çox istedadlıdılar.
Onlara qayğı, diqqət, reklam lazımdır.
Ona görə mənə elə gəlir ki, belə görüşlər
nə qədər çox olsa, biz bir-birimizlə qaynayıb qarışarıq, dünya
teatr proseslərindən
xəbərdar olarıq.
Dünya
teatrında olan yenilikləri biz də tətbiq edərik. Bu yalnız uğur
gətirər.
Fuad Poladov, Xalq artisti
- Bakıda bu konfransın keçirilməsi böyük və əlamətdar hadisədir. Konfrans yüksək səviyyədə yenidən qurulmuş, hələ tamaşaçı nəfəsi dəyməmiş ölkənin birinci teatrında keçirilir. Müxtəlif ölkələrdən mötəbər adamlar dəvət olunublar. Bu artıq Azərbaycan teatrında yeni bir dönüşün başlanğıcının təzahürü olmalıdır. Mənə elə gəlir ki, teatr sənətində başlanan islahatlar Azərbaycan teatrında dönüş yaradacaq. İslahatlar həmişə ağrılı olur. Mənə elə gəlir ki, buna dözmək lazımdır. Əgər Azərbaycan teatrı belə bir şansdan da istifadə edə bilməsə, sonra bizim nəsil korifeylərin ruhu qarşısında gözükölgəli olacaq.
Nicat Kazımov, Gənc Tamaşaçılar
Teatrının rejissoru:
- Bu konfransın
önəmi çox böyükdür. Çünki biz öyrənmişik ki, adətən özümüz
hansısa festivallara gedək, tamaşalara baxaq. Amma bu dəfə
isə bizim qonaqlarımız gəlib
və onlar bizi görəcəklər.
Qonaqları tamaşama baxmağa
da dəvət etmişəm. Hər halda
onların fikirlərini
eşidəcəyik, nəyi
bəyənib, nəyi
bəyənmədiklərini deyəcəklər. Onlardan yeni
nəsə eşidəcəyik.
Buna görə, belə konfransları keçirmək çox vacibdir.
Bizim xaricdə tanınası səhnə əsərlərimiz çoxdur. Bizim dramaturqları, teatrlarımızı dünya miqyasında tanıtmaq lazımdır. Konfrans bu baxımdan böyük hadisədir.
Gülər
Mədəniyyət.-
2010.- 10 noyabr.- S. 9.