Bakıda beynəlxalq elmi-praktik teatr konfransı keçirilir

 

    “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər alternativlər”

  

   Noyabrın 9-da Dövlət Akademik Milli Dram Teatrında “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər alternativlər” mövzusunda beynəlxalq elmi-praktik teatr konfransının rəsmi açılış mərasimi oldu.

     

   Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etdilər.

   Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov Bahar Muradova, dövlət hökumət nümayəndələri, millət vəkilləri, ali məktəb rəhbərləri, tanınmış mədəniyyət incəsənət xadimləri, yaradıcı təşkilatların rəhbərləri, ziyalılar, media mənsubları iştirak edirdilər. Eyni zamanda beynəlxalq foruma 30 ölkədən 70-dək qonaq təşrif buyurmuşdu.

    Konfransı mədəniyyət turizm naziri Əbülfəs Qarayev açaraq qonaqları salamladı. Nazir vurğuladı ki, beynəlxalq tədbir prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq keçirilir.

   Sonra konfransın yüksək səviyyəli qonaqları, dünyanın tanınmış teatr mütəxəssisləri qısa açılış nitqi söylədilər.

   Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus konfrans iştirakçılarını salamlayaraq bildirdi ki, belə bir mötəbər tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdar olmaq lazımdır: “Azərbaycan elə bir ölkədir ki, öz mədəniyyəti ilə fəxr edə bilər. Mənim üçün böyük fəxrdir ki, bu konfransda öz ölkəmi təmsil edirəm”.

   Deyvidas Staponkus konfransın önəmini vurğulayaraq qeyd etdi ki, bu tədbir müxtəlif ölkələrin teatr sənətçiləri üçün qarşılıqlı təcrübə fikir mübadiləsi, tanışlıq üçün mühüm imkandır.

   UNESCO nəzdində Beynəlxalq Teatr İnstitutunun Britaniya nümayəndəliyinin rəhbəri Nevil Şulman konfrans iştirakçılarını, teatr həmkarlarını, azərbaycanlı dostlarını salamlayaraq konfransda iştirak etdiyi üçün böyük şərəf duyduğunu dilə gətirdi. Bu tədbirin sadəcə teatr konfransı olmadığını, beynəlxalq forum kimi böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. “Teatr dünyaya məxsusdur, dramaturq heç vaxt teatrı yaratmır, istər Çexov olsun, istər Höte, yaranan teatrlar onlara aid deyil, sadəcə dünyaya aiddir” - deyərək maraqlı bir müqayisə apardı.

   Natiq qeyd etdi ki, hansı ölkədə yaranmasından asılı olmayaraq, teatr bütün dünyada maraqla izlənilir. “Mən İngiltərədən gəlmişəm, orada Vilyam Şekspir anadan olub, amma bilirsiniz ki, o bütün dünyaya məxsusdur. Yeri gəlmişkən, 300 il bundan əvvəl İngiltərədə Con Devs adlı dahi, ixtiraçı təfəkkürə malik bir prodüser olub Şekspirin “Maqbet” əsəri səhnələşdirilərkən o ilk dəfə səhnə arxasında ildırım səsini səsləndirməyə müvəffəq olub. Ondan sonra da “İldırımın oğurlanması” ifadəsindən bütün dünyada istifadə olunub. Kim tərəfindən yaradılırsa yaradılsın, yaxşı bir layihə dünyadakı bütün teatrlarda istifadə olunur”.

   Sonra Çin Xalq Respublikasının Teatr Elmi Tədqiqatları İnstitutunun rəhbəri, “Teatr” jurnalının baş redaktoru Lin Şen konfrans iştirakçılarını salamladı. O, ümid etdiyini bildirdi ki, qədim bir torpaqda keçirilən konfransın çox maraqlı bir təcrübə mübadiləsinə çevriləcək: “Arzu edirəm ki, konfrans günlərində iştirakçılar tarixi “İpək yolu”nun, mədəniyyətlərarası dialoqun ruhunu hiss etsinlər. Çünki bu yolla zaman-zaman ölkələrə mədəniyyət, sənət yenilikləri daşınıb”. Çinli qonaq çıxışını bu sözlərlə bitirdi: “Ümid edirəm ki, müasir dünyada da biz bir-birimizdən bir çox ildırımları oğurlayacağıq”.

   Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi cənab Mişel Vais (Kanada) konfrans iştirakçılarını salamlayaraq bildirdi ki, rəhbərlik etdiyi assosiasiya 50 ildən artıqdır ki, fəaliyyət göstərir bu təşkilata 2500-dən çox teatr tənqidçisi daxildir. O, gələcəkdə teatrla bağlı digər tədbirlərin Azərbaycanda keçiriləcəyinə ümid etdiyini bildirdi.

   “Azerbaijan İnternational” jurnalının baş redaktoru xanım Betti Bleyer (ABŞ) Bakıda ilk dəfə beynəlxalq teatr konfransında iştirak edən hər kəsə təşəkkürünü bildirdi. Mədəniyyət sahəsində teatrın xüsusi çəkiyə təsir qüvvəsinə malik olduğunu vurğulayan qonaq bildirdi ki, bu cür konfranslar teatrın inkişafına, əldə olunan təcrübələrin mübadiləsinə imkan yaradır.

   Rusiyanın “5 axşam” Beynəlxalq Teatr Festivalının bədii rəhbəri xanım Marina Dmitirevskaya qısa çıxış edərək, Bakıda Beynəlxalq Teatr Konfransının keçirilməsini böyük hadisə adlandırdı həmkarlarına uğurlar arzuladı.

   Beynəlxalq Teatr İnstitutunun Ərəb Ölkələri üzrə koordinatoru İbrahim Assiri (Səudiyyə Ərəbistanı) konfransın yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara təşəkkür etdi. “Çox sevinirəm ki, Azərbaycana gəlmək mənə nəsib olub” - deməklə ölkəmizə öz sevgisini bildirdi.

   Beynəlxalq Teatr İnstitutunun ABŞ üzrə baş katibi Peter Qoldfarb salamlarını, səmimi arzularını konfrans iştirakçılarına çatdırdı. Teatrın dünənindən bugünündən söz açan Peter Qoldfarb teatrın əyləncə vasitəsi yox, həyat ölümlə bağlı ölməz bir sənət olduğunu bildirdi. Odur ki, insanlar teatra gedirlər. Həmişə belə olacaq.

   Sonra konfransın plenar iclası oldu.

  

 

   Təranə Vahid

 

   Mədəniyyət.- 2010.- 10 noyabr.- S. 2.