Hər daşın altında bir tarix yatır

 

   Dünyaca məşhur Azıx mağarasından sonra Azərbaycan ərazisində ikinci qədim yaşayış məskəni Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Qazma mağarasıdır. Buradakı qədim insanların həyat tərzini sübut edən arxeoloji qazıntılar zamanı əldə edilmiş milli mədəniyyət abidələri Orta paleolit dövrünə aiddir.

  

   5 min illik tarixə malik, peyğəmbərlər peyğəmbəri Nuhun ayaq basdığı Naxçıvan torpağı dünya, respublika ölkə əhəmiyyətli qədim tarixi abidələri, maddi mədəniyyət əşyaları ilə tariximizin öyrənilməsinə dəyərli əsaslı mənbələr verən yurd yeridir. 15 ilə yaxındır ki, bu torpaqda Amerika, Fransa digər ölkələrin tarixçi arxeoloqları birgə Azərbaycan Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutunun əməkdaşlarının apardıqları tədqiqatlar yeni-yeni tarixi mənbələri üzə çıxarır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 6 dekabr 2005-ci il tarixli «Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix mədəniyyət abidələrinin qorunması pasportlaşdırılması işinin təşkili haqqında» sərəncamı isə bu sahədə daha böyük işlərin görülməsinə imkan yaradıb.

   Naxçıvan Muxtar Respublikası ərazisində 1100-dən çox tarixi abidə var. Şərur rayonu ərazisindəki Oğlanqala abidələri haqqında burada əldə olunmuş maddi mədəniyyət abidələri haqqında mətbuatda geniş məlumat verilib. Lakin Şərur rayonunun Dizə kəndi ərazisindəki Ovçular təpəsində aparılan arxeoloji qazıntılar bunun nəticəsində əldə edilən mənbələr bizə məlum olmayan sirri açır.

   Tarixi faktlar araşdırmalara əsasən qeyd etmək lazımdır ki, çoxminlik tarixə malik olan Ovçular təpəsinin qədim əhalisi Mesapotomiyanın Şimal hissəsi Anadolunun Şərqi ilə sıx münasibətdə olub. Buradakı tapıntılar Daş dövrünün sonu metal emalının başlanğıcı hesab olunan e. əvvəl VI-IV minilliklər dövrünü Kür-Araz mədəniyyəti ilə oxşarlıq təşkil edir.

   Qazıntılar zamanı əldə olunmuş maddi mədəniyyət dəyərləri qədim sakinlərin əkincilik, maldarlıq, ovçuluqla yanaşı dulusçuluqla da məşğul olmasından xəbər verir. Qazıntılar zamanı gildən hazırlanmış saxsı qablar, məişət əşyaları digər maddi mədəniyyət nümunələri qədim tariximizin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, Kür-Araz mədəniyyətində boyalı qablar istehsalı xüsusi yer tutub. Ovçular təpəsinin sakinlərinin dulusçuluqla məşğul olmasını sübut edən faktlardan biri onların gildən, saxsıdan düzəltdiyi məişət əşyalarının boyalı olmasıdır.

   Naxçıvan Muxtar Respublikası ərazisində, xüsusilə Şərur rayonu ərazisində gedən arxeoloji qazıntıların nəticələri qədim tariximzin zəngin qatlarını üzə çıxarır. Hər bir yenilik, mənbə ulu keçmişimizdən xəbər verir.

  

 

   Hüseyn Əliyev,

   Naxcıvan

 

   Mədəniyyət.- 2010.- 12 noyabr.- S. 8.