Müslüm Maqomayevin 125 illiyinə həsr olunmuş konfrans

   

   Noyabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında görkəmli bəstəkar Müslüm Maqomayevin (1885-1937) 125 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirildi.

     

   Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq eyni ildə və gündə doğulmuş Müslüm MaqomayevÜzeyir Hacıbəylinin zəngin yaradıcılığının Azərbaycanın mədəni sərvəti olduğunu vurğuladı: «Bu il hər iki bəstəkarın 125 illik yubileyini qeyd edirik. Sentyabrda Beynəlxalq Musiqi Festivalı keçirildi. Festivalda Üzeyir bəylə yanaşı Müslüm Maqomayevin da əsərləri səsləndi. Hər iki bəstəkar həyatda da, sənətdə də yaxın dost, həmfikir olublarbuna görə də biz onları örnək bilirik”.

   Natiq qeyd etdi ki, görkəmli bəstəkar və dirijor M.Maqomayev Azərbaycan professional musiqi sənətinin inkişafına mühüm töhfələr verib, «Şah İsmayıl», “Nərgiz” operalarının, simfonikvokal əsərlərin, o cümlədən Azərbaycanda simfonik orkestr üçün yazılan ilk «Azərbaycan çöllərində» əsərinin müəllifidir.

   Sonra sənətşünaslıq namizədi Lalə Hüseynova «Şah İsmayıl»dan «Nərgiz»ə apara yollar» mövzusunda çıxış etdi. Bildirdi ki, “Nərgiz» operasının mövzusu indiki dövr üçün mübahisəli (müsavatçılarla bolşeviklərin mübarizəsi) olsa da, gözəl musiqisi var.

   O, bəstəkarın ictimai fəaliyyətindən də danışdı: «Müslüm Maqomayev Azərbaycanda maarifçiliyin inkişafında da böyük işlər görüb. Lənkəranda 6 il müəllim işləyib, orada dərnəklər təşkil edib”.

   Konfransda daha sonra Xalq artisti, professor Ramiz Zöhrabov, sənətşünaslıq namizədləri Ülkər Talıbova, Zemfira Qafarova «Müslüm MaqomayevÜzeyir Hacıbəyi. Məsləkdaşlar», “Müslüm Maqomayevin vokal yaradıcılığında musiqi və poeziyanın obraz uyğunluğu» və s. mövzularda çıxış etdilər.  

 

 

   Gülər

 

   Mədəniyyət.- 2010.- 12 noyabr.- S. 7.