Horadiz şəhərində Muğam
Mərkəzi açıldı
Prezident İlham Əliyev mədəniyyət
ocağının açılışında iştirak edib
Prezident İlham Əliyev noyabrın 11-də Füzuli rayonuna səfəri
çərçivəsində Horadiz
şəhərində Muğam Mərkəzinin
açılışında iştirak edib. Dövlət başçısı və
xanımı Mehriban Əliyeva mərkəzdə
yaradılmış şəraitlə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, mərkəzin tikintisinə ARNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanılıb. Üç hektar ərazisi olan mədəniyyət ocağı prezident İlham Əliyevin göstərişi ilə inşa olunub. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı yerləşir. Binanın divarlarında Azərbaycanın muğam ustadlarının, habelə milli musiqi alətlərimizin şəkilləri asılıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin eskiz layihəsinə baxıblar.
İkinci və üçüncü mərtəbələrdə mühazirə və məşğələ otaqları var. Dövlət başçısı məşğələnin gedişini izləyib.
Mərkəzdəki 320 yerlik örtülü konsert zalı ilə tanışlıq zamanı bildirilib ki, zal müasir akustika sistemi və işıq effektləri ilə təchiz edilib.
Prezident İlham Əliyev və xanımı zalda Füzuli rayonunun “Qarabağ” instrumental ansamblının və gənclərin ifasında “Qarabağ şikəstəsi”ni dinləyiblər.
Mərkəzin
520 yerlik açıq yay
zalı da var. Bina
havalandırma, daimi su
təchizatı, müasir
işıqlandırma sistemləri və yüksək gərginlikli
elektrik generatoru ilə
təchiz olunub. Ətrafda geniş
abadlıq işləri görülüb,
gecə saatlarında müxtəlif rəng çalarlarına
malik işıq lampaları ilə təchiz
edilmiş fəvvarə quraşdırılıb,
yaşıllıq zolaqları salınıb. Mərkəzin həyətyanı
sahəsi həm də əhalinin istirahəti üçün
park kimi nəzərdə
tutulub.
Mədəniyyət.- 2010.- 12 noyabr.-
S. 2.